Azərbaycan bu ölkə ilə 400 milyonluq layihələrə BAŞLADI
Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan və Özbəkistan arasında ümumi dəyəri 389 milyon ABŞ dolları olan 10 investisiya layihəsinə start verilib.
Bizim.Media xəbər verir ki, bunu "Report.az"a müsahibəsində TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi, müsahibənin hazırlandığı dövrdə həm də Özbəkistanın nəqliyyat nazirinin müavini vəzifəsini tutan Jasurbek Çoriyev bildirib.
Bu investisiya layihələrinə Azərbaycan Prezidentinin 23-24 avqust tarixlərində Özbəkistana səfəri zamanı start verilib.
"Bu layihələr arasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yanacaqdoldurma məntəqələri (YDM) şəbəkəsinin tikintisi layihəsi də yer alır. Birinci mərhələdə Nəməngan, Cizzəx, Səmərqənd, Sırdərya və Daşkənd vilayətlərində beş YDM-in tikintisi planlaşdırılır. Bundan başqa, "Yeni Daşkənd" massivinin ərazisində 4 hektar sahədə "Azərbaycan" parkının tikintisinə başlanılıb", - J.Çoriyev bildirib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 24 Sentyabr 2026 20:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















