Azərbaycan bu ölkə ilə diplomatik münasibətlər qurur
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Nyu Yorkda Azarbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Tofiq Musayev və Botsvana Respublikasının BMT yanında daimi nümayəndəsi Çarlz Masole tərəfindən iki dövlət arasında diplomatik münasibətlərin qurulması ilə bağlı Birgə Kommünike imzalanıb.
Axar.az xəbər verir ki, Birgə Kommünikedə Azarbaycan ilə Botsvana ölkələri va xalqları arasında qarşılıqlı anlaşmanı və əməldaşlığı təşviq etmək niyyəti ifadə olunur.
Sənəddə, həmçinin vurğulanır ki, hər iki dövlətin hökumətləri diplomatik əlaqələrin qurulmasında BMT Nizamnaməsini və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini, xüsusən də dövlətlərin suverenliyini, ərazi bütövlüyünü və onların daxili işlərinə qarışmamaq prinsipini əsas tuturlar.
Daimi nümayəndələr, həmçinin Birgə Kommünikenin BMT sənədi kimi yayılması üçün qurumun Baş katibinə məktub ünvanlayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 12 Noyabr 2025 21:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















