Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Azərbaycan bunu heç zaman unutmayacaq Bu, insanlıq əleyhinə cinayətdir AzPolitika onlayn siyasiictimai qəzet

Azərbaycan bunu heç zaman unutmayacaq Bu, insanlıq əleyhinə cinayətdir AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Vurulan təyyarəyə Rusiya ərazisində eniş icazəsinin verilməməsi insanlıq əleyhinə olan cinayətdir".

Bunu İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı, tarix elmləri doktoru Vasif Qafarov deyib.

O xatırladıb ki, Prezident İlham Əliyev dekabrın 29-da Azərbaycan Televiziyasına verdiyi müsahibədə 2024-cü il dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı bir çox qaranlıq məqamlara aydınlıq gətirib: "İlk öncə qeyd etməliyik ki, Azərbaycan Prezidenti Rusiyanın Sankt-Peterburq şəhərinə səfərə gedərkən yolda təyyarədə qəza barədə məlumat alan kimi dərhal Bakıya geri döndü və Bakı hava limanında operativ müşavirə keçirdi. Prezidentin göstərişi ilə Dövlət Komissiyası yaradıldı və hadisəni araşdırmaq üçün dərhal Azərbaycan xüsusi nümayəndə heyəti Aktau şəhərinə ezam edildi. Eyni zamanda, Prezidentin göstərişi ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu cinayət işi açdı. Bütün bunlar bu böyük faciənin ağır nəticələrinin tezliklə aradan qaldırılması və bu hadisənin günahkarlarının cəzalandırılması istiqamətinə Azərbaycan Prezidentinin əzmini və iradəsini göstərdi.

Prezident İlham Əliyev müsahibəsində qəzanın ilkin səbəbi kimi Rusiya tərəfindən ortaya atılan quş dəstəsi ilə toqquşma və ya təyyarədəki qaz balonunun partlaması ilə bağlı versiyaların tamamilə cəfəng və absurt olduğunu və bunun Rusiya tərəfinin məsələni ört-basdır etmək cəhdindən başqa bir şey olmadığını açıq bir şəkildə bəyan etdi. Prezidentin qeyd etdiyi kimi, ortada olan təkzibedilməz fakt ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında yerdən açılan atəş nəticəsində xaricdən ciddi zədə alıb, radioelektron mübarizə vasitələri tərəfindən təyyarəmiz idarəolunmaz vəziyyətə salınıb və idarəetməni demək olar ki, itirib".

"Fuzelyajın dəlik-deşik olması, təyyarədə olan sərnişinlərin və ekipaj üzvlərinin qəlpə yaraları alması Azərbaycanın mülki təyyarəsinin Qroznı şəhəri yaxınlığında Rusiya tərəfindən vurulduğunu sübut edən tutarlı faktlardır. Öz günahını etiraf etmək, Azərbaycandan vaxtında üzr istəmək yerinə, ortada olan çoxsaylı təkzibedilməz faktları danmaq və müxtəlif cəfəng versiyalar irəli sürmək ağılsızlıq və vicdansızlıq olmaqla yanaşı, bütün dünya qarşısında özünü hörmətdən salmaq və etibarını itirməkdən başqa bir şey deyildir.

Yerdən açılan atəş nəticəsində vurulan təyyarəyə yaxınlıqda yerləşən Minvod, Mahaçqala və digər hava limanlarına eniş icazəsi verməmək, idarəolunmaz vəziyyətdə olan təyyarəni dənizin üzəri ilə daha uzaq Aktauya istiqamətləndirmək, çox böyük ehtimal ki, təyyarənin Xəzərin o tayına gedib çata bilməyəcəyi və dənizə düşəcəyinə, törədilən cinayətin tamamilə ört-basdır ediləcəyinə hesablanmış daha böyük insanlıq əleyhinə olan cinayət əməlidir. Rusiyada vurulan təyyarəmiz məhz pilotların və ekipajın peşəkarlığı, göstərdikləri fədakarlıq və qəhrəmanlıq sayəsində Aktauda qəza enişi edə bilib: Nəticədə təyyarədəki 62 sərnişin və 5 ekipaj üzvündən 29 nəfərin həyatı xilas edildi, eyni zamanda təyyarənin Rusiyada vurulmasını sübut edən fuzelyajdakı qəlpə izləri kimi təkzibedilməz sübutlar ortaya çıxdı. Sağ qalan ekipaj üzləri və sərnişinlərin ifadələri də təyyarənin vurulduğunu təsdiq edir" — deputat bildirib.

V.Qafarov söyləyib ki, Prezident İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli sərəncamı ilə baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə, qəzaya uğrayan təyyarənin pilotları Kşnyakin İqor İvanoviç, Kalyaninov Aleksandr Georgiyeviç və stüardessa Əliyeva Hökumə Cəlil qızı ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə, digər ekipaj üzvləri Əsədov Zülfiqar Sərdar oğlu və Rəhimli Aydan Vaqif qızı 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edildilər: "Azərbaycan Prezidentinin iradəsi ilə qəzanın təfərrüatlarını tam şəkildə araşdırmaq üçün beynəlxalq ekspertlərdən ibarət işçi qrup yaradılıb. Bu işçi qrupda təyyarənin istehsalçı şirkəti – “Embraer”in, Braziliyanın müvafiq qurumlarının, Azərbaycan, Qazaxıstan və Rusiyanın, o cümlədən Dövlətlərarası Aviasiya Komitəsinin nümayəndələri təmsil olunub. “Qara qutu”lar açıldıqdan sonra hadisənin detalları və tam təfərrüatları üzə çıxacaq və bu gün hələ ki, sual kimi qalan bir çox məsələlərə aydınlıq gətiriləcək".

Milli Məclisin deputatı vurğulayıb ki, bu gün ortada Azərbaycanın mülki təyyarəsinin Rusiyada vurulması və nəticədə 38 nəfərin faciəli şəkildə həyatını itirməsi faktı var: "Prezident İlham Əliyevin Rusiyadan tələbləri tam reallığı əks etdirir və ədalətlidir. Rusiya tərəfi öz günahını etiraf etməli və Azərbaycandan üzr istəməli, günahkarları cinayət məsuliyyətinə cəlb etməli və cəzalandırmalı, Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu tələblər beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır. Ümid edirik ki, Rusiya tərəfi tezliklə reallığı və Azərbaycanın tələblərini qəbul edəcək. Vurulan təyyarəyə Rusiya ərazisində eniş icazəsinin verilməməsini isə Azərbaycan heç zaman unutmayacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 Dekabr 2024 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri