ABŞ da aviaşirkətin sistemində ciddi problem yaranıb
Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-ın Corciya ştatının Atlanta şəhərində “Delta Air Lines” aviaşirkətinin elektron sistemində yaranan texniki nasazlıq ölkə üzrə yüzlərlə reysin gecikməsinə səbəb olub.
Gununesi.info xəbər verir ki, bu barədə “The New York Post” qəzeti məlumat yayıb.
Nasazlıq təyyarələrin çəkisinin və ağırlıq mərkəzinin hesablanmasına cavabdeh olan sistemdə qeydə alınıb. Yerli vaxtla saat 11:00-a olan məlumata görə, ABŞ-ın ən işlək hava limanlarından biri olan Hartsfild-Cekson hava limanında 681 uçuş, ölkə üzrə isə “Delta Air Lines”in 591 reysi təxirə salınıb. “FlightAware” xidmətinin məlumatına görə, Atlantadan uçuşların orta gecikmə müddəti bir saatı ötüb.
Hadisə ABŞ-ın dövlət qurumlarında və iri şirkətlərində ardıcıl texniki nasazlıqların qeydə alındığı dövrə təsadüf edib.
Qeyd edək ki, bir həftə əvvəl Federal Aviasiya Administrasiyası hava hərəkətini idarəetmə mərkəzlərində rabitə probleminə görə ölkə üzrə bütün uçuşları dörd saatdan çox müddətə dayandırmışdı.
Son vaxtlar “Microsoft”, “United Airlines” və “JPMorgan Chase” şirkətləri də genişmiqyaslı texniki problemlərlə üzləşib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 23 Noyabr 2026 00:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















