Azərbaycan çempionatında son 8 mövsümün antirekordu qeydə alındı
Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.
Misli Premyer Liqanın XII turu aşağı məhsuldarlıqla əlamətdar olub.
Fanat.Az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, baş tutan 5 görüşdə 5 qol vurulub.
Yalnız “Şamaxı” – “Zirə” qarşılaşmasında (0:2) iki qol qeydə alınıb. “Neftçi” – “Araz-Naxçıvan” (0:1), “Kəpəz” – “Səbail” və “Sumqayıt” – “Sabah” (hər ikisi 1:0) matçlarında bir top vurulub. “Turan Tovuz”la “Qarabağ”ın görüşü isə qolsuz bitib.
Turda orta məhsuldarlıq 1,00-a bərabər olub. Bu, son 8 mövsümün antirekordudur.
Həm eyni, həm də daha aşağı məhsuldarlıq sonuncu dəfə 2016/2017 mövsümündə yaşanıb. Həmin vaxt 4 matçın keçirildiyi XXII turda 4 (orta məhsuldarlıq 1,00), II turda cəmi 3 (orta məhsuldarlıq 0,75) qol qeydə alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 04 Noyabr 2024 18:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















