Azərbaycan çempionatlarında ən çox oyun keçirən futbolçu: Qara Qarayevin bu rekordu yeniləməsi çətin görünür
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 12 avqust, AZƏRTAC
Azərbaycan çempionatlarında ən çox oyun keçirən futbolçu olduğum üçün qürur duyuram.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq üzvü Rahid Əmirquliyev deyib.
Yarımmüdafiəçi sayca 34-cü Azərbaycan çempionatına qədər baş tutan əvvəlki 33 mövsümdə 451 oyun keçirərək Mahmud Qurbanova məxsus rekordu (421) qırdığını xatırladıb: “Onun kimi dəyərli futbolçunun rekordunu yeniləmək asan deyil. Ona görə də, bu nailiyyət mənim üçün böyük şərəfdir”.
R.Əmirquliyev hazırda ən yaxın izləyicisi Qara Qarayevlə arasında 100 oyun fərq olduğunu vurğulayıb: “Bu, kiçik rəqəm deyil. Fikrimcə, Qaranın bu rekordu qırması çətin görünür, amma futbol sürprizlərlə doludur. Ona yalnız uğur və ən əsası sağlamlıq arzulayıram. Təki, rekordu qırsın. Heç bir rekord əbədi deyil. İnanıram ki, gələcəkdə başqa futbolçular daha çox oyun keçirərək bu göstəricini yeniləyəcəklər”.
Qeyd edək ki, Rahid Əmirquliyev son olaraq II Liqada çıxış edən “Şahdağ Qusar”ın formasını geyinib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 12 Avqust 2025 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















