Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Azərbaycan cənub qonşusu ilə münasibətlərdə gərginlik istəmir

Azərbaycan cənub qonşusu ilə münasibətlərdə gərginlik istəmir

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi 


Tehranın diqqətinə bir daha çatdırılıb ki, Azərbaycan cənub qonşusu ilə münasibətlərdə gərginlik istəmir


Yaşadığımız müasir dövrdə olduqca ciddi siyasi-iqtisadi proseslər cərəyan edir. Bir çoxları baş verənləri dünyanın yeni nizamının formalaşması, beynəlxalq münasibətlər sisteminin yenidən inşa olunması ilə izah edirlər və qlobal güclərdən tutmuş kiçik ölkələrə kimi bütün dövlətlərin bu nizamda mümkün qədər əlverişli mövqelərə sahiblənmək istədiklərini düşünürlər.

Ölkələrin daxilində baş verən kataklizmlər bəşər övladı üçün təəccüb doğurmayan proses olsa belə, qısa tarixi mərhələdə dövlətlərarası münasibətlər kontekstində baş verən sürətli dəyişikliklər siyasi analitika və proqnozlaşdırma üçün sözün əsl mənasında başağrısına çevrilib. Çünki son bir neçə ildə əski düşmən dövlətlər arasında nəzərəçarpacaq yaxınlaşma və hətta tərəfdaşlıq münasibətlərinin formalaşması bir tərəfdən, keçmiş müttəfiqlərin, hətta qardaş xalqların isə bir-birinə qənim kəsilməsi isə digər tərəfdən bir o qədər də asan izah olunan məsələlər deyil. Azərbaycanla İran arasında münasibətlərin zaman-zaman gərginlik dövrünə qədəm qoyması da bu qəbildən olan hallardan biridir. Rəsmilərin sərt bəyanatları, hərbçilərdən tutmuş deputatlara və ekspertlərədək, mediadan tutmuş sosial şəbəkələrdəki fəallara qədər geniş arealda müşahidə olunan qarşılıqlı ittihamlar təbii ki, heç də xoşagələn hal deyil. O baxımdan son dönəmlər cənub qonşumuz İranla münasibətlərin normallaşması yönündə bir sıra addımların şahidi olmaqdayıq. Ötən gün Azərbaycan və İran arasında qarşılıqlı etimad artırılması tədbirlərini davam etdirmək barədə razılıq əldə olunub. 

 

Prezidentin köməkçisi deyib ki, Azərbaycan İranla heç bir məhdudiyyət olmadan və qarşılıqlı fayda əsasında mehriban qonşuluq şəraitində siyasi, iqtisadi və mədəni əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərdə əsas məqam etimadın gücləndirilməsi və anlaşılmazlıqların aradan qaldırılmasıdır. İrana səfər etmiş Prezidentin köməkçisi Hikmət Hacıyev İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşündə deyib ki, Azərbaycan tərəfdən İrana heç bir təhdid olmayacaq. Mehdi Sənayi isə öz növbəsində bildirib ki, Azərbaycan İran üçün təkcə mühüm və dəyərli qonşu deyil, iki ölkənin xalqları bir-birinə qohum və dostdurlar. Onun fikrincə, iki ölkə arasında münasibətlərin səviyyəsi sırf diplomatik formatdan kənara çıxmalı, digər dövlət və özəl sahələrə də yayılmalıdır: "İnsanlar arasında təmasların dərinləşməsi əməkdaşlığın inkişafına böyük təsir göstərəcək. İranın öz qonşuları, o cümlədən Azərbaycan ilə münasibətlərdə əsas məqsədi strateji əlaqələr qurmaq, istənilən gərginlikdən uzaq olmaqdır". M.Sənayi əlavə edib ki, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi çox kiçikdir: 

"Biz makroiqtisadi və ticarət layihələrini müəyyən etməklə, iş adamlarını mədəni-iqtisadi əlaqələrin inkişafı və genişləndirilməsinə cəlb etməyə çalışmalıyıq. İki ölkənin mənafeyi naminə iqtisadi əlaqələr və ticarət şəbəkəsi yaratmaq üçün lazımi imkanlar və vacib platformalar mövcuddur". Prezidentin köməkçisi İran Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri Kamal Xərrazi ilə də görüşüb. Məlumata görə, görüşdə iki ölkənin elmi-tədqiqat mərkəzləri və ictimai-siyasi fikir daşıyıcıları arasında əməkdaşlıq və qarşılıqlı səfərlərin təşkili məsələləri müzakirə edilib. İran Prezidenti Məsud Pezeşkian da Hikmət Hacıyevi qəbul edib. Görüşdə H.Hacıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səmimi salamlarını və ölkəmizə səfərə dəvətini İran Prezidentinə çatdırıb. Görüşdə Azərbaycan-İran əlaqələrinin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub, o cümlədən iqtisadiyyat, nəqliyyat, energetika, ticarət, investisiya və humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi və həyata keçirilən birgə layihələrin önəmi vurğulanıb. Həmçinin regional və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Bununla yanaşı, Hikmət Hacıyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianla siyasi, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib. Tərəflərin görüşündə Bakıda aparılmış müzakirələrin davamı olaraq iki ölkə arasında siyasi, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Şimal-Cənub Nəqliyyat Dəhlizinin əhəmiyyəti xüsusilə qeyd edilib. Xatırladaq ki, ötən ay baş nazirin müavini Şahin Mustafayev Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Dövlətlərarası Komissiyanın 16-cı iclasında iştirak etmək məqsədilə İranda səfərdə olub. İclasda iqtisadiyyat, ticarət-investisiya, neft-qaz, energetika, nəqliyyat-tranzit və humanitar sahələrdə qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi və həyata keçirilən birgə layihələrin davam etdirilməsi üzrə müzakirələr aparılıb. İclasın yekunu olaraq Şahin Mustafayevlə İran İslam Respublikasının yol və şəhərsalma naziri, komissiyanın İran tərəfindən sədri xanım Fərzanə Sadeq Anlaşma Memorandumunu imzalayıblar. Səfər çərçivəsində Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev, həmçinin İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurasının sədri, İran İslam Respublikasının yol və şəhərsalma, neft, energetika nazirləri ilə görüşlər keçirilib, ikitərəfli əlaqələr, regional və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Onu da qeyd edək ki, ötən il İran ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 21 faiz artıb. İranın Yol və Şəhərsalma Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Əmin Tərfa bildirib ki, əgər 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 480 milyon dollar olmuşdusa, 2024-cü ildə bu rəqəm 580 milyon dollara yüksəlib. Onun sözlərinə görə, iki qonşu dövlət arasında tranzit və nəqliyyat sahələrində yaxşı əməkdaşlıq əlaqələri mövcuddur: “Ağbənddə İran ilə Azərbaycan arasında Araz çayı üzərində salınan yeni körpünün tikintisi son mərhələdədir”.


"Atlas" Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu "Şərq"ə açıqlamasında deyib ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İrana səfəri bir neçə səbəbdən Azərbaycan üçün əhəmiyyətlidir. Ekspertin sözlərinə görə, Tehranın diqqətinə bir daha çatdırılıb ki, Azərbaycan cənub qonşusu ilə münasibətlərdə gərginlik istəmir: 

"Ölkəmiz qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıdır. Ermənistanın mövqeyinə görə, Zəngəzur dəhlizi yubandığına görə Azərbaycan İran ərazisindən – Araz çayının sahili ilə keçən dəhlizə əhəmiyyət verir. Çayın üzərində körpünün inşaatı bitmək üzrədir. İran üzərindən dəhlizin qısa müddətdə işə düşməsinin bölgə ölkələri üçün faydası olacaq. Bunu Tehran da anlamamış deyil. Üçüncüsü, Azərbaycanın müxtəlif ölkələrlə, o cümlədən İsrail və ABŞ ilə münasibətlərinin İrana qarşı yönəlmədiyi dəfələrlə deyilsə də, bu, Tehranda təkrarən iranlı rəsmilərin diqqətinə çatdırılıb. Dördüncüsü, rəsmi Bakı mötədil Prezident Məsud Pezeşkianla normal əməkdaşlığa ümid edir. Pezeşkianın da Azərbaycanla əməkdaşlığa marağı var. Mümkündür ki, Tehrandakı danışıqlarda iki ölkə Prezidentinin yaxın müddətdə görüşünün təşkili barədə də fikir mübadiləsi aparılıb".


Analitik vurğulayıb ki, sadalanan müsbət məqamlara baxmayaraq, İranın mühafizəkar və dini dairələri növbəti anti-Azərbaycan təxribatları ilə əldə edilənlərin üstündən yenə xətt çəkə bilərlər: 

"Hər dəfəsində belə olur. İki ölkənin rəsmiləri və diplomatları görüşür, tərəfdaşlıqdan və ortaq layihələrdən danışırlar. Üstündən bir müddət keçdikdən sonra əyalət mollalarından biri və ya SEPAH generalı Azərbaycanı hədəf götürən açıqlama verir, İran dövlətinin nəzarətindəki televiziya kanalları, agentlikləri və saytları bunları yayımlayır, nəticədə müsbətə doğru irəli sürülən təşəbbüslər yarımçıq qalır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Fevral 2025 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see862

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see476

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see338

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see304

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see288

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see285

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see283

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see269

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see258

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see257

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see251

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see246

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see243

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see241

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see230

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see224

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see224

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see223

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see199

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri