Ukrayna əraziləri parçalansa, ordu xalq birliyi qəbul etməyəcək və partizan müharibəsinə başlayacaqlar
Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu barədə Bizimyol.info xəbər portalına danışan politoloq Qədir Aslan bu məsələni öncədən proqnozlaşdırıb: “Mən bunu proqnozlaşdırmışdım ki, noyabr-dekabr aylarında sürətlənəcək. Hazırda Ukrayna Novorossiyski bombalayır. Kölgə donanmasını hədəf alıb. Oradakı neft infrastrukturu, yəni ixrac borularını, istilik və elektrik enerji sistemlərini hədəfə alıb. Beləliklə, danışıqlar gedərkən Ukrayna ordusu real olaraq Rusiyanın belinə, onurğasına tətbiq edir. Onların da çox böyük nəticələri var. “Rosneft”in ixracı 90 faiz azalıb. Bu, özü bir göstəricidir. Danışıqlar gedərkən Ukraynanın ordusunun generalitetinin fəallaşması onu göstərir ki, onlar öz mövqelərini bildirirlər ki, Rusiya ilə bu şəkildə yaşamağı qəbul etməyəcəklər”.
Politoloq bildirib ki, Ukrayna ərazilərinin parçalanması, dondurulması, orduda hansısa istehkamların geri çəkilməsini ordu və xalq qəbul etməyəcək. Qədir Aslan hesab edir ki, bir gün də olsun buna dözüm göstərməyəcəklər, hətta məcburən bütün dünya birləşib Ukrayna ordusunu və Ukrayna xalqını məcbur etsə, partizan müharibələri, həmçinin Rusiyanın böyük şəhərlərində böyük partlayışlar başlayacaq.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 01 Dekabr 2025 22:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















