Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Rusiyadan miqrantları üzən QƏRAR

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Azərbaycan İran: Münasibətlərdə dönüş nöqtəsi

Azərbaycan İran: Münasibətlərdə dönüş nöqtəsi

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkələrimiz arasında əlaqələrin dinamik surətdə inkişafına böyük ümidlər var

Yerləşdiyi geocoğrafiyanın lider ölkəsi olan Azərbaycanın inkişaf tempi, bölgənin gələcək inkişafı ilə bağlı yaratdığı reallıqlar beynəlxalq aləmdə yaxın tərəfdaş qismində qəbul olunmamızda böyük əhəmiyyət daşımaqdadır. Bu gün Azərbaycan dünyanın aparıcı dövlətləri, o cümlədən, beynəlxalq təşkilatlar ilə ikitərəfli əlaqələrə malikdir. Bakı xüsusilə region ölkələri ilə münasibətlərə olduqca həssas yanaşır - bu mənada İran ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə inkişafı yeni yaranan iqtisadi-ticari situasiyanı daha da gücləndirən amillər sırasında qeyd olunur, siyasi əlaqələrin stabilliyinə xidmət edir. Tehran ilə Bakı arasındakı yaxın qonşuluq münasibətlərinin dərinləşməsi regional inkişaf tempinə müsbət təsirlərini göstərir. Yeri gəlmişkən, iyunun 4-də Azərbaycan Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub. Müqəddəs Qurban bayramı münasibətilə bir-birini və iki ölkənin dost, qardaş xalqlarını səmimiyyətlə təbriki edən dövlət başçıları Məsud Pezeşkianın respublikamıza rəsmi səfərini xatırlayaraq aparılan səmərəli müzakirələri yüksək dəyərləndiriblər.

Tarixi bağlara əsaslanan əlaqələr

Bəhs edilən münasibətlər həm yaxın qonşuluq prinsiplərinə, həm də tarixi bağlara əsaslanır. İran Prezidenti Məsud Pezeşkianın aprelin 28-də Bakıya rəsmi səfəri zamanı dövlət başçılarının bir-birinə “əziz qardaşım” deyə xitab etmələri, ikitərəfli əlaqələri qardaşlıq münasibətləri kimi səciyyələndirmələri xüsusi diqqət çəkir. Bu, iki dövlət və xalq arasındakı yaxınlığın, səmimiyyətin necə yüksək səviyyədə olduğunun əyani təsdiqidir. Azərbaycan ilə İranı çoxəsrlik qonşuluq əlaqələri birləşdirir. Məsud Pezeşkianın böyük nümayəndə heyəti ilə Azərbaycana səfərə gəlməsi və Prezident İlham Əliyev tərəfindən yüksək qonaqpərvərliklə qarşılanması ona dəlalət edir ki, hər iki tərəf həm dövlətlər, həm də cəmiyyətər səviyyəsində qonşuluq münasibətlərinin bundan sonra da dərinləşməsində və daha da möhkəmlənməsində maraqlıdır.

Xudafərin dostluq körpüsüdür

Azərbaycan-İran münasibətləri  regionda yaranmış yeni siyasi-iqtisadi gerçəkliklər fonunda uğurla davam etdirilir. İki ölkə arasında siyasi dialoq yüksək səviyyədədir. Hər iki ölkənin rəhbərliyi regional əməkdaşlığı dəstəkləyir. Eyni zamanda Azərbaycan və İran rəhbərliyi 3+3 platformasının səmərəliliyinin artırılması ilə bağlı güclü siyasi iradə nümayiş etdirir. Xatırladaq ki, bəhs olunan format çərçivəsində Tehranda da görüş keçirilib. M.Pezeşkianın ölkəmizə səfəri çərçivəsində baş tutan tədbirlərdə liderlər bu mövqeyə sadiq olduqlarını bir daha vurğulayıblar. Yeri gəlmişkən, onu da qeyd edək ki,  İranın 12 dövlətlə quru sərhədləri var. Ən etibarlı sərhəd isə Azərbaycanladır. Xatırladaq ki, 44 günlük müharibədən sonra - 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev sərhəd bölgəsində səfərdə olub və Xudafərin körpüsünü “Dostluq körpüsü” adlandırıb. Xudafərin adi bir körpü deyil. O, əbədi olaraq dostluq, qardaşlıq körpüsü kimi qalmalıdır.

Dostluğun, yaxın qonşuluğun əyani təsdiqi...

İki Prezident arasında baş tutmuş telefon danışığı əsnasında hazırda iki ölkənin aidiyyəti dövlət qurumlarının Məsud Pezeşkianın ölkəmizə rəsmi səfəri zamanı qarşıya qoyulan tapşırıqların həyata keçirilməsi üçün səylərini davam etdirdikləri vurğulanıb. Səfərin nəticəsi olaraq Bakı-Təbriz aviareysinin bərpası və Bakı-Tehran istiqamətində təyyarə reyslərinin sayının artırılması qeyd edilib, bunun xalqlarımız arasında təmasların artmasına müsbət təsir göstərəcəyinə əminlik ifadə olunub. Azərbaycan-İran əlaqələrinin inkişafında hazırda dönüş nöqtəsinin olduğu vurğulanıb və birgə səylərlə ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə dinamik surətdə inkişaf edəcəyinə ümidvarlıq bildirilib.

Son illərdə Azərbaycanla İranın birgə reallaşdırdıqları layihələr dostluğun, yaxın qonşuluğun əyani təsdiqidir. İndiyədək nəqliyyat sahəsində fəal əməkdaşlıq formalaşıb.  Hər iki ölkə Şimal-Cənub Dəhlizində öz səylərini birləşdirib. İki qitə arasında daşınacaq yüklərin 15 faizi bu dəhliz vasitəsilə həyata keçirilsə, Azərbaycanla İran külli miqdarda gəlir əldə etmək imkanı qazanacaqlar. Hazırda iki dost ölkə Şimal-Cənub Dəhlizinin funksionallığının artırılmasına böyük səy göstərir. O cümlədən indiyədək respublikamız bu marşrut üzrə öz ərazisində böyük infrastruktur layihələri həyata keçirib. Bakı Beynəlxalq Ticarət limanının yükaşırma qabiliyyətinin artırılması ilə yanaşı, Ələt-Astara avtomobil yolu yenidən qurulub. İran Astarası ilə Azərbaycan Astarası arasında yeni dəmir yolu körpüsü tikilərək istifadəyə verilib, Astaraçay üzərində yeni avtomobil körpüsünün tikintisi artıq başa çatıb. Hazırda Azərbaycan Dövlət Dəmir Yolları QSC İranın Astara şəhərində yük terminalının tikintisini davam etdirir. Hazırda, eyni zamanda, Ağbənd istiqamətində yeni avtomobil körpüsü tikilir. Bu körpü tikiləndən sonra o da Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi olacaq. Bu körpü təkcə Azərbaycanın əsas hissəsini onun ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən körpü deyil, bu, beynəlxalq nəqliyyat dəhlizinin bir seqmentidir.

Bənzərsiz su diplomatiyası

Azərbaycan və İran qonşu dövlətlər olaraq Araz çayı vasitəsilə bənzərsiz su diplomatiyası həyata keçirirlər. “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının inşası ilə ikitərəfli münasibətlərdə yeni bir səhifə açılıb. Ölkələrimiz arasında xoş niyyətə əsaslanan münasibətlərin inkişafını təmin edən siyasətin töhfəsi olaraq uzun illərdir fəaliyyət göstərən Araz, Mil-Muğan su anbarları və Araz Su Elektrik Stansiyasından sonra Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihəsinin həyata keçirilməsi göstərir ki, Azərbaycan və İran öz aralarındakı sərhədi davamlı şəkildə səmərəli əməkdaşlıq imkanlarına uğurla çevirən ölkələrdir.

Azərbaycan qarşıdan gələn dövrdə də İranla ikitərəfli əlaqələri inkişaf etdirmək istiqamətində siyasət yürüdəcək. Yaxın vaxtlarda Azərbaycanın İrandakı səfirliyinin açılması da gözlənilir. Artıq səfirliyimizə hücum edən şəxs cəzalandırılıb. İyuldan səfirliyimiz yeni binada fəaliyyət göstərəcək. Yerin tapılması, uyğunlaşdırma işləri vaxt tələb edib.

Mübariz ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 İyun 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see922

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see401

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see312

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see228

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see220

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see217

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see210

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see205

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see202

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see201

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see194

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see192

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see190

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see187

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see186

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see183

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see181

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see177

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see172

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri