Icma.az
close
up
RU
Azərbaycan Cənubi Qafqaz bölgəsinin sülh və təhlükəsizliyini öz gücü hesabına təmin etmək iqtidarındadır

Azərbaycan Cənubi Qafqaz bölgəsinin sülh və təhlükəsizliyini öz gücü hesabına təmin etmək iqtidarındadır

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Bu gün Azərbaycan dünyayı düşündürən, bərpa olunan enerjinin geniş şəkildə təşviq olunması, yaşıl enerji hasil olunması, iqlim dəyişikliyi və digər məsələlərlə bağlı çox vacib bir missiyanı artıq işğaldan azad olunmuş ərazilərdə həyata keçirir. Müxtəlif sahələrdə yeni nailiyyətlərə imza atmaqdadır. 8 noyabr Zəfər günü, Azərbaycanın sonrakı mərhələdə əldə edəcəyi uğurlar üçün zəmin yaratmış oldu”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, Azərbaycan postmünaqişə dövründə artıq həmin müstəvilərdə, həm Azərbaycan üçün mühim əhəmiyət kəsb edən, həm Cənubi Qafqaz üçün vacib sayılan, həm də Avrasiya qitəsinin maraqlarına müəyyən mənada cavab verən, lahiyələrin olumlu şəkildə həyata keçirilməsinə nail oldu.

Azər Allahverənov

“Bu gün Azərbaycan qütbləri əlaqələndirən və şərqdən qərbə doğru yüklərin, sərnişinlərin daşınmasını təmin edə biləcək transmilli beynəlxalq nəqliyyat dəhlizlərinin işə salınması baxımından, karbohidrogen resursların Avropa bazarlarına çıxarılması, eyni zamanda yaşıl enerjinin hasil olunması istiqamətində böyük işlərə imza atmaqdadır.

Eyni zamanda Türk Dövlətləri Təşkilatına daxil olan Özbəkistan, Qazaxıstan və digər ölkələrdən Avropaya doğru nəql edilməsi və bütövlükdə Avropanın 10 ölkəsini qazla təmin edən, onlardan 7-si Avropa İttifaqına üzv olan dövlətlərin enerji təhlükəsizliyinə zəmanət verən bir tərəf qismində çıxış edən Azərbaycan artıq beynəlxalq münasibətlər sistemində özünə yer tutmaqdadır. Çox layiqli tərəfdaş kimi qəbul edilən, sözü imzası qədər dəyərli olan bir dövlət kimi qəbul olunur. Bir çox beynəlxalq platformalarda Azərbaycan faktiki olaraq, bu mövqedən çıxış edir.

Cənubi Qafqazla bağlı, o cümlədən Avrasiya gedən bir çox layihələrin reallaşmasında Azərbaycanın sözü də, rolu da, iştirakı da həlledici olur. Bu baxımdan Azərbaycan beynəlxalq münasibətlər sistemində güclü dövlətə çevrilib. Azərbaycan öz gücü hesabına Cənubi Qafqaz bölgəsində sülh və təhlükəsizliyin təmin edilməsi iqtidarında olan bir dövlətdir. Bu gün Azərbaycanın Ermənistan-Azərbaycan münasibətləri konteksində irəli sürən sülh gündəliyi beynəlxalq aləm tərəfindən qəbul edilən Azərbaycanın sülh prinsipləri, o cümlədən COP 29-la bağlı, Azərbaycanın bu mötəbər tədbiri ev sahibliyi etməsinə dair 200 dövlətin yekdil qərar verməsi bir daha onu götərir ki, Azərbaycan bütün sahələrdə inkişaf edib, bütün sahələrdə güclü dövlətə çevrilməkdədir. Bu gün Azərbaycanla hesablaşırlar. Hətta dünyanın güclü dövlətləri tərəfindən qəbul edilən bir dövlət statusuna malikdir ki, sıravi bir vətəndaş kimi bizi çox sevindirir, biz bununla qürur duyuruq. Bir daha əminliklə bildirmək istəyirik ki, bu uğur həm də 8 noyabr Zəfər günündə qazanılmış uğur sayəsində baş verir”-deyən deputat bildirib ki, bu gün biz Azərbaycanın inkişafına və uğurlarına qürurla şahidlik edirik.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 08 Noyabr 2024 22:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri