Icma.az
close
up
RU
Menu

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

Gündə 50 qramdan artıq yemək zərərlidir

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

Azərbaycan Çin münasibətləri hərtərəfli məzmuna malikdir

Azərbaycan Çin münasibətləri hərtərəfli məzmuna malikdir

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Prezident İlham Əliyev: Birgə Bəyanatın imzalanmasından sonra bütün sahələrin hamısında qarşılıqlı fəaliyyətin əhəmiyyətli dərəcədə fəallaşması müşahidə olunub

Azərbaycan ilə Çin arasında inkişaf edən ikitərəfli münasibətlər son illərdə qarşılıqlı etimad, strateji tərəfdaşlıq və ortaq iqtisadi maraqlar əsasında yeni mərhələyə yüksəlib. Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi və geoiqtisadi proseslərin sürətlə dəyişdiyi bir dövrdə hər iki ölkə əməkdaşlığın dayanıqlı inkişafını təmin edən istiqamətlərə xüsusi önəm verir. Bu baxımdan ticarət, nəqliyyat-logistika, investisiya, enerji, rəqəmsal iqtisadiyyat və humanitar sahələr üzrə genişlənən əməkdaşlıq Azərbaycan-Çin əlaqələrinin məzmununu daha da zənginləşdirir.

Xüsusilə, Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin aprelində Çinə reallaşan səfəri və bu səfər zamanı hərtərəfli strateji ələqələrin qurulması ilə bağlı Birgə bəyanatın imzalanması münasibətlərin inkişafına xüsusi təkan verib. Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında bildirib ki, keçən il Çin Xalq Respublikasına dövlət səfərindən və hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın imzalanmasından sonra bütün sahələrin, - siyasi, iqtisadi, nəqliyyat, - hamısında qarşılıqlı fəaliyyətin əhəmiyyətli dərəcədə fəallaşması müşahidə olunub: “Biz buna çox şadıq və böyük əhəmiyyət veririk. Bu gün Azərbaycanda daha çox Çin şirkəti var. Onlardan bəziləri artıq böyük investisiyalar qoyur, digərləri isə müxtəlif infrastruktur layihələrində iştirak edir”.

Azərbaycanda quraşdırılan bütün Günəş panelləri Çin mənşəlidir

Qeyd edək ki, Çin Azərbaycanda bərpa olunan enerji  sahəsində aktiv iştirak edir - Azərbaycan Prezidentinin Çinə səfərləri zamanı bu amil ön plana çıxıb. Qeyd edək ki, ötən ilin aprelində Prezident İlham Əliyevin Çinə səfəri zamanı bərpa olunan enerji sahəsində əməkdaşlığa dair 6 sənəd imzalanıb. Bu sənədlər ümumilikdə 260 MVt gücündə günəş elektrik stansiyaları, 100 MVt-lıq üzən günəş elektrik stansiyası, 30 MVt gücündə batareya enerji saxlanc sistemi, dənizdə minimum 2 QVt gücündə külək elektrik stansiyasının inşası, daha 2 MVt gücündə külək enerjisi layihəsinin inkişafı, eləcə də bərpa olunan enerji və elektrik enerji sisteminin planlaşdırılması üzrə əməkdaşlığı əhatə edir. Dövlət başçısı qeyd edib ki, Azərbaycanda Günəş enerjisinin inkişafı üzrə çoxsaylı layihələr həyata keçirilir: “Çin şirkətləri bu sektora yalnız bu yaxınlarda investisiya qoymağa başlasalar da, Çindən kənar şirkətlərlə müqavilələr çərçivəsində Azərbaycanda quraşdırılan bütün Günəş panelləri Çin mənşəlidir. Bu o deməkdir ki, investordan asılı olmayaraq, Azərbaycanda gördüyünüz istənilən Günəş paneli Çində istehsal olunur. Belə olan halda, heç bir başqa ölkə qiymət və keyfiyyət baxımından Çin istehsalçıları ilə rəqabət apara bilməz. Yəqin təsadüfi deyil ki, hazırda Çin şirkəti tərəfindən Azərbaycanda işləyəcək və ixrac ediləcək Günəş paneli zavodunun tikintisi üçün böyük bir investisiya layihəsi həyata keçirilir”.

Hərbi-texniki təminat sahəsində əməkdaşlığı inkişaf etdirməkdə çox maraqlıyıq

Əlaqələr həm də müdafiə sənayesi sahəsini əhatə edir. Prezident İlham Əliyevin Pekinə dövlət səfəri zamanı imzalanan Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatın, hərbi sahə daxil olmaqla 20-dən çox sənədin imzalanması tərəfdaşlığın deklarativ xarakter daşımadığını, konkret öhdəliklər və fəaliyyət planları ilə təmin edildiyini ortaya qoydu. Bu sənədlər paketi, əslində, sonrakı bütün hərbi əməkdaşlıq fəaliyyətlərinin, o cümlədən 2026-cı ilin aprelindəki işçi görüşün hüquqi və institusional əsasını təşkil etdi. Bu strateji çərçivə daxilində əməkdaşlığın texniki ölçüsü xüsusi diqqətə layiqdir, çünki Azərbaycanın Çindən əldə etdiyi hərbi platformalar ölkənin müdafiə qabiliyyətini fundamental şəkildə dəyişdirmək potensialına malikdir. Bu baxımdan ən əhəmiyyətli addım HQ-9BE uzaqmənzilli hava hücumundan müdafiə raket kompleksinin əldə edilməsidir. Azərbaycan bu müasir Çin istehsalı sistemi arsenalına qatan dünyada dördüncü ölkə olmaqla, Hava Hücumundan Müdafiə qabiliyyətini keyfiyyətcə tamamilə yeni səviyyəyə qaldırdı.

Azərbaycan-Çin hərbi əməkdaşlığının ən uzunmüddətli və ən transformativ aspekti həm də texnologiya transferi və birgə istehsal istiqamətidir. Tərəflər arasında müzakirə edilən əməkdaşlıq modelində silahların sadəcə idxalı deyil, onların müəyyən komponentlərinin Azərbaycan ərazisində yığılması nəzərdə tutulur. CPMIEC (China Precision Machinery Import-Export Corporation) kimi Çinin aparıcı dövlət müdafiə şirkətləri ilə birgə hərbi-texniki müəssisələrin qurulması məsələsinin prioritet elan edilməsi bu strategiyanın konkret institusional formada həyata keçirilməsi deməkdir.  Dövlət başçısı IV Şuşa Qlobal Media Forumunun açılışında deyib ki, bu gün Azərbaycanda daha çox Çin şirkəti var. Onlardan bəziləri artıq böyük investisiyalar qoyur, digərləri isə müxtəlif infrastruktur layihələrində iştirak edir: “Dövlət səfərim zamanı Çinin bir çox aparıcı şirkətinin rəhbərliyi ilə görüşdüm və məmnunam ki, onların Azərbaycandakı fəaliyyətləri artıq öz nəticələrini verir, həm də çox səmərəli, sürətli və çox yüksək keyfiyyətlə işləyir. Biz, həmçinin qarşılıqlı fəaliyyətin yeni bir fəslini - müdafiə sahəsində əməkdaşlığı açdıq. Azərbaycan artıq müəyyən hərbi məhsullar əldə edib, onlardan bəziləri Qələbəmizin beşinci ildönümünə həsr olunmuş paradda nümayiş etdirilib, bəziləri hələ yoldadır, digərləri isə hələ də müzakirə mərhələsindədir. Buna görə də biz hərbi-texniki təminat sahəsində əməkdaşlığı inkişaf etdirməkdə çox maraqlıyıq”.

Çindən Azərbaycan vasitəsilə və Azərbaycana daşınan yüklərin həcmi artır

İki ölkə arasında əlaqələrdən danışarkən, müasir qlobal iqtisadi münasibətlər sisteminin ən mühüm ştrixlərindən biri, Şərq-Qərb əməkdaşlıq xətti xüsusilə diqqəti cəlb edir. Yeni iqtisadi nizamın ən strateji məqamlarından olan Şərq-Qərb dəhlizi üzrə əlaqələr Bakı-Pekin münasibətlərinə xüsusi rəngarənglik qatır. Ötən ilin aprelində iki ölkə arasında imzalanan hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat bu əməkədaşlığın istiqamətlərini tam şəkildə özündə əks etdirir. Vurğulamaq lazımdır ki, Orta Dəhlizin inkişafına xüsusi həssaslıqla yanaşan Çinin Azərbaycana münasibətdə strateji tərəfdaş yanaşması ölkəmizə həm siyasi həm də iqtisadi üstünlüklər vəd edir. Paralel olaraq iki ölkə bu əlaqələrin şaxələndirilməsi istiqamətində davamlı işlər görürlər. Çin Xalq Respublikası hazırda Xəzər dənizinə, Qırğızıstan və Özbəkistan vasitəsilə daha bir dəmir yolunun tikintisini maliyyələşdirir. Bu isə o deməkdir ki, Xəzər dənizinə və nəticə etibarı ilə Azərbaycana yükdaşımaların həcmi artacaq. Bəli, Azərbaycanın təşəbbüskarı və fəal iştirakçısı olduğu Orta Dəhliz layihəsi Çin ilə Avropa arasında yükdaşımaların daha təhlükəsiz, sürətli və səmərəli marşrut üzrə həyata keçirilməsinə mühüm töhfə verir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və tranzit imkanları ölkəni bu marşrutun əsas həlqələrindən birinə çevirib. Çin üçün isə Orta Dəhliz tədarük zəncirlərinin şaxələndirilməsi və Avrasiya məkanında iqtisadi əlaqələrin genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Prezident  IV Şuşa Qlobal Media Forumunun açılışında deyib ki, Çindən Azərbaycan vasitəsilə və Azərbaycana daşınan yüklərin həcmi artır: “Artıq qeyd etmişəm ki, biz ticarət limanımızın gücünü demək olar ki, ikiqat artırırıq və əsasən, Çindən, həmçinin Mərkəzi Asiya ölkələrindən gələn yeni yükdaşımaların həcmlərinə güvənirik. Buna görə də burada qarşılıqlı münasibətlərin çox yaxşı tarixi, həmçinin bu dəhliz boyunca yerləşən bir çox ölkə ilə çoxtərəfli əməkdaşlıq mövcuddur”.

Orta Dəhliz strateji təhlükəsizlik baxımından ön plana çıxır

Sirr deyil ki, ABŞ-İran münasibətlərində davam edən gərginlik və Rusiya-Ukrayna müharibəsinin yaratdığı geosiyasi qeyri-müəyyənlik Avrasiya məkanında ənənəvi nəqliyyat və ticarət marşrutlarının etibarlılığına ciddi təsir göstərib. Mövcud şəraitdə dövlətlər və beynəlxalq şirkətlər yüklərin daha təhlükəsiz, sabit və qısa müddətdə daşınmasını təmin edən alternativ marşrutlara üstünlük verməyə başlayıblar. Bu kontekstdə Xəzər dənizi üzərindən Orta Dəhlizin strateji əhəmiyyəti daha da artıb. Dəhliz həm Şərqlə Qərb arasında ticarətin fasiləsiz davam etməsinə imkan yaradır, həm də qlobal təchizat zəncirlərinin şaxələndirilməsinə töhfə verir. Azərbaycanın müasir nəqliyyat infrastrukturu, liman və dəmir yolu imkanları Orta Dəhlizi regionun ən perspektivli tranzit marşrutlarından birinə çevirib. Beləliklə, mövcud geosiyasi qarşıdurmalar fonunda Orta Dəhliz yalnız iqtisadi deyil, həm də strateji təhlükəsizlik baxımından beynəlxalq əhəmiyyət qazanan nəqliyyat xətti kimi ön plana çıxır.

P.İSMAYILOV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 İyul 2026 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see298

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see277

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see272

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see265

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see264

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see264

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see246

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see245

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see242

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see242

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see239

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see237

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see234

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see230

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see217

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see210

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see199

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see183

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see181

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri