Icma.az
close
up
RU
Azərbaycan Çin münasibətləri qlobal arenada strateji əməkdaşlığı gücləndirir ŞƏRH

Azərbaycan Çin münasibətləri qlobal arenada strateji əməkdaşlığı gücləndirir ŞƏRH

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 24 aprel, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına səfəri və bu səfər çərçivəsində imzalanmış Birgə Bəyanat özündə bir sıra vacib aspektləri əhatə edir. İndiki geosiyasi rəqabətin güncləndiyi bir məqamda dövlətimizin başçısının Çinə səfəri, müzakirə olunan məsələlər və imzalanan bu mühüm sənəd iki ölkə arasında bir çox sahələrdə strateji əlaqələrin əsas təməlini təşkil edir. Biz bilirik ki, Çin qlobal miqyasda çox güclü iqtisadi və siyasi oyunçuya çevrilib. Ona görə də bu gün Çinlə Azərbaycan arasında ticari sahədə yaxınlaşma ölkəmizin maraqları baxımından mühüm əhəmiyyət kəsb edir. Siyasi sahədə tam etimad mövcuddur, Çin Azərbaycanın ərazi bütövlüyü tanıyıb, Azərbaycan da öz növbəsində Tayvan məsələsində tam olaraq Çinin suverenliyini və ərazi bütövlüyünü tanıyır. Bu məsələlər iki ölkə arasında imzalanan bəyannamədə də öz əksini tapıb. Çin və Azərbaycanın siyasi sistemi və partiyaları arasında çox uğurlu əməkdaşlıq mövcuddur və bu sahədə də əlaqələrin intensivləşməsi nəzərdə tutulur. Çin Azərbaycanın irəli sürdüyü sülh gündəliyini tam olaraq dəstəkləyir və hər iki ölkə BMT mərkəzli dünya quruculuğunun, beynəlxalq hüquqa əsaslanan nizamın, beynəlxalq münasibətlərin BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə əsaslanan əsas normalarının qorunmasına səy göstərir. Bu isə o deməkdir ki, Azərbaycan və Çin hazırda mövcud olan beynəlxalq sistemlə münasibətlərin tənzimlənməsində maraqlıdırlar və birmərkəzli güc mərkəzinin qalmasını istəmirlər. Eyni zamanda, humanitar sahədə, BMT və digər çoxtərəfli strukturlar çərçivəsində sıx qarşılıqlı fəaliyyəti davam etdirmək, Çinin BMT-də irəli sürdüyü Sivilizasiyalararası Beynəlxalq Dialoq Gününün elan edilməsi kimi məsələlərdə dəstək ifadə olunub. Bunlar onu göstərir ki, bu səfərlər BMT və digər strukturlar çərçivəsində Azərbaycanla Çin arasında birgə əməkdaşlıqla bağlı güclü təməllərin əsası qoyulub.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov deyib.

O bildirib ki, Birgə Bəyanatda Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın genişləndirilməsinin qeyd olunması, Çinin Azərbaycanla beynəlxalq təşkilatlar və iqtisadi platformalarda tərəfdaşlığa çox böyük önəm verdiyini göstərir. Xüsusən qeyd olunmalıdır ki, Azərbaycan bu gün Şanxay Əməkdaşlıq Təşkilatında çox fəal şəkildə təmsil olunur: “Çin-Azərbaycan əlaqələrinin əsasını ticari və iqtisadi tərəfdaşlıq təşkil edir və bu sahədə bir çox maraqlı layihələr həyata keçirilir. Onların arasında xüsusilə “Bir kəmər, bir yol” təşəbbüsü və Azərbaycanın “İpək yolunun dirçəldilməsi” strategiyası ön plana çıxır. Azərbaycanın tarixən “İpək yolu” üzərində yerləşməsi və bu marşrutdan ticarət məqsədilə istifadə etməsi bu layihələrin tarixi əsaslarını təşkil edir. Hazırda həyata keçirilən strategiyalar da məhz bu qədim ticari əlaqələrin bərpasına və yenidən canlanmasına xidmət edir ki, burada Azərbaycan ilə Çin arasında tərəfdaşlıq xüsusi əhəmiyyət kəsb edir.

Çinin Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyünü dəstəkləməsi də iki ölkə arasında dərin iqtisadi əməkdaşlıq niyyətindən xəbər verir. Eyni zamanda, viza rejiminin aradan qaldırılması iqtisadi və ticari münasibətlərin daha da genişlənməsinə, həmçinin humanitar, mədəniyyət və təhsil sahəsində əlaqələrin inkişafına şərait yaradacaq.

Tərəflər neft-kimya, metallurgiya, tekstil sənayesi, əczaçılıq, maşınqayırma, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsini vurğulayıblar. Bütün bu təşəbbüslər enerji keçidi, dayanıqlı sosial-iqtisadi inkişafın təşviqi, bərpaolunan enerji mənbələri üzrə əməkdaşlığın genişləndirilməsi və təmiz enerji sahəsində qlobal tərəfdaşlığın formalaşdırılması üçün mühüm zəmin yaradır”.

V.Əhmədovun sözlərinə görə, imzalanan Bəyanat çərçivəsində Çin-Avropa-Çin transxəzər ekspress-marşrutlarının yaradılması nəzərdə tutulur ki, bunun özü də çox böyük əhəmiyyətə malikdir və Azərbaycanın qeyri-neft sektorundan gəlirlərinin artması və tranzit-nəqliyyat qovşağına çevrilməsi istiqamətində mühüm addım sayıla bilər. Şəhərsalma və infrastruktur, dayanıqlı inkişaf və sağlam ekoloji mühit sahəsində də Çinlə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur və Qarabağda gedən quruculuq işlərinə Çin şirkətlərinin cəlb olunması, qarşılıqlı investitsiya mühitinin gücləndirilməsi bu prosesə ciddi töhfə verəcək.

“Çin Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsində (AQEM) sədrliyini dəstəkləyir və Azərbaycan tərəfinin AQEM-in inkişafına yönəlmiş “Daha Güclü AQEM: Asiyada qarşılıqlı əlaqə, rəqəmsallaşma və davamlı inkişaf” mövzusunda silsilə tədbirlərin keçirilməsi üzrə səylərini yüksək qiymətləndirir. Bu isə ondan xəbər verir ki, bu gün Azərbaycanın iqtisadi baxımdan vacib region olan Asiya regionunda mövqeləri güclənməkdədir və Çin kimi nəhənglə bir çox sahələrdə güclü tərəfdaşlıq formalaşır. Bütün bunlar isə imkan verəcək ki, Azərbaycan regionda Çinin dəstəyi ilə meqa layihələr gerçəkləşdirə bilsin”, - deyə politoloq vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:302
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Aprel 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see336

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see308

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see268

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see252

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see250

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see246

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see241

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see233

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see230

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see227

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see217

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see216

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see214

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see209

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see207

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see204

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see202

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see201

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see186

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri