Icma.az
close
up
RU
Azərbaycan Çin strateji tərəfdaşlığı: Tiencində yeni səhifə

Azərbaycan Çin strateji tərəfdaşlığı: Tiencində yeni səhifə

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Çin Xalq Respublikasının Tiencin şəhərində keçirilən “ŞƏT plyus” formatındakı Zirvə toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında ikitərəfli görüş baş tutub. Görüş zamanı ölkələr arasındakı strateji tərəfdaşlıq münasibətlərinin inkişafı, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olunub. Prezident İlham Əliyev həmçinin sammitdə çıxış edərək Azərbaycan-Çin əlaqələrinin prioritetliyini və beynəlxalq təşəbbüslərə dəstəyini vurğulayıb. Görüşün əvvəlində dövlət başçıları birgə foto çəkdirdilər. Çin Sədri Si Cinpin Azərbaycan Prezidentini “mənim əziz dostum” deyərək salamlayıb və onun “ŞƏT plyus” Zirvə toplantısında, həmçinin Çin Xalq Respublikasının xarici hərbi müdaxilə və faşizm üzərində qələbəsinin 80 illiyi münasibətilə keçiriləcək təntənəli tədbirlərdə iştirakına görə təşəkkürünü bildirib.

Si Cinpin Azərbaycan ilə Çin arasında 30 ildən artıq dövr ərzində qurulmuş uğurlu əməkdaşlıq münasibətlərinə toxunaraq, hazırda əlaqələrin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini qeyd edib. O, Prezident İlham Əliyevin Çinə dövlət səfərini məmnunluqla xatırlayıb və səfər çərçivəsində aparılmış müzakirələrin əhəmiyyətini vurğulayıb. Çin Sədri ölkələr arasındakı ticarət dövriyyəsinin artmasını, energetika (o cümlədən bərpaolunan enerji) və rəqəmsallaşma sahələrində əməkdaşlığın genişlənməsini müsbət qiymətləndirib. Həmçinin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Azərbaycan-Çin əməkdaşlığının möhkəmləndiyini, Azərbaycan ərazisindən Çin mallarının daşınmasının əhəmiyyətini və Trans-Xəzər marşrutunun rolunu qeyd edib.

Si Cinpin Çin tərəfinin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əlaqələrinin genişlənməsini dəstəklədiyini bildirib. O, Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün təmin olunması üçün birbaşa dialoqun vacibliyini vurğulayıb və Çin tərəfinin ölkəmizin suveren inkişaf modelini dəstəklədiyini, başqa ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə sadiq olduğunu qeyd edib.
Cavab olaraq Prezident İlham Əliyev dəvətə görə təşəkkürünü bildirib və Çin Xalq Respublikasının xarici hərbi müdaxilə üzərində qələbəsinin 80 illiyi münasibətilə təbriklərini çatdırıb. Dövlət başçısı Çinə dövlət səfərini məmnunluqla xatırlayaraq, səfər zamanı Si Cinpinlə görüşlərin və aparılmış dialoqun iki ölkə arasındakı əməkdaşlığın inkişafına ciddi təkan verdiyini qeyd edib. O, hərtərəfli strateji tərəfdaşlığa dair imzalanmış sənədin əhəmiyyətini vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətində Çin ilə əlaqələrin inkişaf etdirilməsinin prioritet istiqamətlərdən biri olduğunu bildirib. O, ölkəmizin Tayvan, Honkonq və Sincan-Uyğur Muxtar Rayonu məsələlərində Çinin mövqeyini dəstəklədiyini və Tayvanda keçirilmiş seçkiləri pisləyən ilk ölkələrdən biri olduğunu qeyd edib. Dövlət başçısı ölkələr arasındakı ticarət münasibətlərində əsaslı artımı vurğulayıb və “Bir kəmər, bir yol” layihəsinin vacib tərkib hissəsi olan Orta Dəhliz vasitəsilə daşımaların artmasını bu dəhlizin səmərəliliyinin nümunəsi kimi qiymətləndirib.

Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında normallaşma və sülh gündəliyi üzrə danışıqların ikitərəfli əsasda aparıldığını və artıq iki ölkə arasında sülhün bərqərar olduğunu bildirib. Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəklədiyi, vizasız gediş-gəliş rejiminin tətbiqindən sonra turizm sahəsində əlaqələrin inkişaf etdiyi qeyd olunub. Söhbət zamanı Azərbaycanla Çin arasında əməkdaşlığın perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.

Sammitdə çıxış edən Prezident İlham Əliyev ŞƏT sammitinə dəvətə, səmimi qəbula və tədbirin yüksək səviyyədə təşkilinə görə Sədr Si Cinpinə minnətdarlığını bildirib. O, Çin dövlətini ŞƏT-də uğurlu sədrliyi münasibətilə təbrik edərək, qarşıya qoyulan məsələlərin həyata keçirilməsində uğurlar arzulayıb.

Dövlət başçısı Azərbaycanla Çin arasında səmimi dostluq və hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu, bu əlaqələrin dərinləşdirilməsinin Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayıb. Son iki ildə əlaqələrin keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini qeyd edən Ölkə başçısı, ötən il Astanada keçirilmiş ŞƏT sammitində strateji tərəfdaşlıq qurulduğunu və bu il Çinə dövlət səfəri zamanı hərtərəfli strateji tərəfdaşlıq barədə Birgə Bəyanatın imzalandığını bildirib.

Prezident İlham Əliyev Azərbaycanın Çin tərəfindən irəli sürülmüş Qlobal İnkişaf Təşəbbüsü, Qlobal Təhlükəsizlik Təşəbbüsü, Qlobal Sivilizasiya Təşəbbüsü və Qlobal İdarəetmə Təşəbbüsünü fəal dəstəklədiyini qeyd edib. O, ölkələr arasındakı qarşılıqlı fəaliyyətin siyasi, iqtisadi-ticari, sərmayə, enerji, nəqliyyat-logistika, rəqəmsal iqtisadiyyat, elm, texnologiya, təhsil və mədəniyyət sahələrini əhatə etdiyini vurğulayıb. Bu ilin iyul ayından vizasız rejimin tətbiqinin turizmin inkişafına təkan verdiyini bildirib.

Dövlət başçısı Azərbaycanın regionda Çinin etibarlı tərəfdaşı olduğunu, beynəlxalq və regional sülhün qorunmasına töhfə verdiyini qeyd edib. O, “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri kimi Azərbaycanın bu istiqamətdə praktiki layihələr reallaşdırdığını bildirib. Azərbaycanın Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən biri olduğunu vurğulayan Dövlət Başçısı, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişafını, Ələt Beynəlxalq Dəniz Limanının buraxılış qabiliyyətinin artırılmasını qeyd edib.

Orta Dəhlizin Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı marşrut olduğunu bildirən Prezident İlham Əliyev, 2022-ci ildən bəri bu dəhliz üzrə yükdaşımaların həcminin təxminən 90 faiz artdığını və keçid müddətinin azaldığını qeyd edib. O, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının yaradılması üzrə razılaşmaların tranzit imkanlarını genişləndirəcəyini və Zəngəzur dəhlizinin Orta və Şimal-Cənub dəhlizlərinin mühüm seqmentinə çevriləcəyini bildirib.

Sonda Prezident İlham Əliyev Sədr Si Cinpinə dəvətə görə təşəkkür edib və sammit iştirakçılarına səmərəli iş arzulayıb.

Bu görüş və sammit Azərbaycan-Çin münasibətlərinin daha da möhkəmlənməsinə və regional əməkdaşlığın inkişafına töhfə verəcək mühüm hadisə kimi qiymətləndirilir.

Abbas Pənahov,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədr müavini

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Sentyabr 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri