Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Azərbaycan Çin strateji tərəfdaşlığı: Geosiyasi perspektivlər

Azərbaycan Çin strateji tərəfdaşlığı: Geosiyasi perspektivlər

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ölkəmizin xarici siyasətdəki uğurları gündən-günə artmaqda və inkişaf etməkdə davam edir. Bu baxımdan, Asiya ölkələri ilə qurulan sağlam əməkdaşlıq, strateji tərəfdaşlıq, qarşılıqlı dostluq münasibətləri xüsusilə diqqətəlayiqdir.

2025-ci il aprelin 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinin nüfuzlu Sinxua agentliyinə verdiyi müsahibə, Azərbaycan-Çin münasibətlərinin strateji xəttini, gələcək prioritetlərini və qlobal çağırışlar fonunda bu əməkdaşlığın mahiyyətini aydın şəkildə ortaya qoydu. Dövlət başçısının fikirləri bir tərəfdən mövcud tərəfdaşlıq modelinin dərinliyini, digər tərəfdən isə onun inkişaf potensialını göstərməklə gələcək əməkdaşlığa yeni üfüqlər açır.

Prezident İlham Əliyev müsahibəsində 2023-cü il iyulun 3-də imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”ni iki ölkə arasında münasibətlərin transformasiyası baxımından “tarixi hadisə” kimi qiymətləndirdi. Bəyannamə 1992-ci il, diplomatik münasibətlərin qurulmasından bəri aparılmış siyasi kursun məntiqi davamı və yüksəksəviyyəli əməkdaşlığın institusional təminatıdır. Cənab Prezidentin vurğuladığı kimi, bu sənəd Azərbaycanla Çin arasında rəsmi strateji tərəfdaşlıq münasibətlərinin formalaşdığını rəsmən təsbit edir ki, bu da “böyük nailiyyət və böyük məsuliyyət” deməkdir.

Cənab Prezident xüsusilə diqqətə çatdırdı ki, Azərbaycan-Çin strateji tərəfdaşlığı qarşılıqlı hörmət, bərabərlik, daxili işlərə qarışmamaq və suverenliyə riayət prinsiplərinə əsaslanır. Bu, Azərbaycanın xarici siyasətinin fundamental xəttini – balanslaşdırılmış, çoxvektorlu və müstəqil diplomatik strategiyanı əks etdirir. Dövlətimizin başçısının dediyi kimi, “biz vacib və etibarlı tərəfdaşlarıq”, çünki münasibətlər “qarşılıqlı fayda və etimad” üzərində qurulub. Bu yanaşma, beynəlxalq sistemdə dövlətlərin suverenliyi və müstəqil seçimlərinin təmin edilməsinə çağırış kimi də dəyərləndirilə bilər.

İlham Əliyev müsahibəsində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə keçirdiyi görüşlərin mühüm məqamlarına da toxundu. Cənab Prezident qeyd etdi ki, Astanada keçirilən görüş zamanı Çinə dövlət səfərinə dəvət alıb və bu dəvəti məmnuniyyətlə qəbul edib. Eyni zamanda, Çin liderini Azərbaycana səfərə dəvət etdiyini bildirərək, bu səfərlərin “dövlətlərarası münasibətlərin dərinləşməsinə əlavə impuls verəcəyini” xüsusi vurğuladı. Burada yalnız diplomatik rituallar deyil, siyasi etimadın və qarşılıqlı maraqların təməlində formalaşan strateji baxış hiss olunur.

Dövlət başçısının diqqət yetirdiyi mühüm məqamlardan biri də Azərbaycan və Çinin qlobal platformalarda birgə fəaliyyətidir. Müsahibədə COP29 sammitinin nəticələri, xüsusilə İtki və Zərər Fondunun işə salınması və iqlim maliyyəsinin inkişaf etməkdə olan ölkələrə yönləndirilməsi kimi məsələlərə də toxunuldu. Çin Xalq Respublikasının Baş nazirinin müavininin bu sammitdə iştirakı Azərbaycan-Çin əməkdaşlığının qlobal ölçüdə daşıdığı əhəmiyyəti bir daha sübut etdi. İlham Əliyev bu aspektləri vurğulamaqla göstərdi ki, Bakı-Pekin xətti yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, eyni zamanda qlobal gündəlikdə də fəal koordinasiyaya əsaslanır.

Prezident İlham Əliyevin Sinxua agentliyinə verdiyi müsahibə həm Azərbaycan-Çin münasibətlərinin siyasi-institusional arxitekturasını, həm də bu əlaqələrin geosiyasi əhəmiyyətini təhlil etməyə imkan verir. Çinlə strateji tərəfdaşlıq Azərbaycanın Asiya istiqamətində diplomatik fəaliyyətinin mühüm dayağına çevrilir. Bu, cənab Prezidentin düşünülmüş və ardıcıl xarici siyasət xəttinin tərkib hissəsi olmaqla yanaşı, qlobal güc mərkəzləri ilə balanslı əməkdaşlığın uğurlu nümunəsidir.

Dövlət başçısı COP29 çərçivəsində Azərbaycanın təqdim etdiyi 14 qlobal təşəbbüsün geniş beynəlxalq dəstək aldığını xüsusi qeyd etdi. O, beynəlxalq təzyiqlərə baxmayaraq Azərbaycanın qlobal iqlim diplomatiyasında siyasi iradə və peşəkarlıq nümayiş etdirdiyini vurğuladı. Bu, Azərbaycanın qlobal gündəlikdə aparıcı aktora çevrilməsi və dayanıqlı inkişafın təşviqində qlobal oyunçularla tərəfdaşlığının göstəricisidir.
Azərbaycan–Çin iqtisadi əməkdaşlığı sürətlə genişlənir. Cənab Prezidentin də qeyd etdiyi kimi, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 3,744 milyard dollara çataraq 20,7% artım nümayiş etdirdi. Çin artıq Azərbaycanın dördüncü ən iri ticarət tərəfdaşına çevrilib. Bununla belə, dövlət başçısı qeyd etdi ki, hələ reallaşdırılmamış böyük potensial mövcuddur və bu potensialın gerçəkləşdirilməsi istiqamətində Hökumətlərarası Komissiyanın rolu əvəzsizdir.

Çinin “Kəmər və Yol” təşəbbüsünün ilk dəstəkçilərindən biri olan Azərbaycan, Prezident İlham Əliyevin sözləri ilə desək, bu layihəyə Çindən sonra ən çox sərmayə yatıran ikinci ölkədir. Trans-Xəzər dəhlizindən tutmuş Bakı Beynəlxalq Dəniz Limanına qədər uzanan nəhəng infrastruktur layihələri Azərbaycanın bu təşəbbüsdəki rolu və strateji əhəmiyyətini daha da artırır. Tranzit daşımaların həcminin 86% artması Azərbaycanın bu istiqamətdə uğurlarının göstəricisidir.

İki ölkə arasında təhsil sahəsində əməkdaşlıq, Konfutsi İnstitutunun fəaliyyəti və qarşılıqlı dil öyrənmə təşəbbüsləri strateji tərəfdaşlığın humanitar ölçüsünü göstərir. Prezident İlham Əliyev bu sahədə atılan addımların yalnız qarşılıqlı mədəni əlaqələrin zənginləşməsini deyil, həm də dövlətlərarası münasibətlərin dərinləşməsini təmin etdiyini qeyd etdi.

Dövlət başçısı Azərbaycanın beynəlxalq siyasətdə ədalətli və çoxtərəfli yanaşmanı dəstəklədiyini bir daha bəyan edərək BMT prinsiplərinə sadiqliyini vurğuladı. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Qlobal Cənubun maraqlarını müdafiə etməsi və ŞƏT ilə əməkdaşlığın genişləndirilməsi ölkənin beynəlxalq münasibətlərdə konstruktiv rol oynadığını sübut edir.

Cənab Prezident Çinin rəhbəri Si Cinpinin müdrik və uzaqgörən siyasətinə yüksək qiymət verdi. Çinin qlobal güc kimi formalaşmasında əldə etdiyi nailiyyətlər, İlham Əliyevin fikrincə, təkcə Çin üçün deyil, bütövlükdə beynəlxalq sistem üçün də mühüm əhəmiyyət kəsb edir. Bu qiymətləndirmə, həmçinin Bakı ilə Pekin arasında liderlər səviyyəsində formalaşan qarşılıqlı etimadın siyasi təzahürüdür.

Nəticə olaraq, Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlıq təkcə ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də regional və qlobal geosiyasi düzənin formalaşmasında mühüm rol oynayır, beynəlxalq ədalət, inkişaf və sülh uğrunda ortaq mübarizəni əhatə edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinin nüfuzlu “Sinxua” agentliyinə verdiyi müsahibə, iki ölkə arasında strateji əməkdaşlığın dərinləşməsinin, qarşılıqlı hörmət və etimada əsaslanan tərəfdaşlığın siyasi manifestinə çevrildi. Cənab Prezidentin vurğuladığı kimi, Azərbaycan və Çin arasında 2023-cü ilin iyulunda imzalanmış “Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” bu münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu rəsmi şəkildə təsdiqləyir.

Azərbaycan–Çin münasibətləri yeni dövrün geosiyasi və iqtisadi reallıqları fonunda strateji mahiyyət kəsb edir. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan bu tərəfdaşlığı yalnız ikitərəfli formatda deyil, həm də qlobal təhlükəsizlik, dayanıqlı inkişaf, iqlim dəyişmələri ilə mübarizə və beynəlxalq hüququn təşviqi istiqamətində genişlənən çoxtərəfli əməkdaşlıq platforması kimi dəyərləndirir.

Çin Xalq Respublikasının “Kəmər və Yol” təşəbbüsünün uğurlu icrasında Azərbaycan Respublikasının fəal iştirakı, həmçinin ŞƏT və BMT kimi qurumlarla əməkdaşlıqda sərgilədiyi prinsipial mövqe sübut edir ki, Bakı və Pekin arasında qurulan dialoq sadəcə iqtisadi və texnoloji deyil, eyni zamanda dəyərlərə, mədəniyyətə və siyasi etimada əsaslanan kompleks bir tərəfdaşlıqdır.

Ziyafət ƏSGƏROV
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:343
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 Aprel 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see317

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see276

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see259

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see256

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see251

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see245

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see241

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see222

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see218

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see217

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see215

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see212

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see210

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see207

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see198

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see183

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see176

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri