Icma.az
close
up
RU
Azərbaycan COP29 ev sahibliyi etməklə yaşıl enerjini təşviq edir

Azərbaycan COP29 ev sahibliyi etməklə yaşıl enerjini təşviq edir

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

COP29-un Azərbaycanda keçirilməsi təsdiqləndikdən sonra bir sıra Qərb dövlətləri və beynəlxalq təşkilatlar Azərbaycana qarşı aktiv şəkildə qarayaxma kampaniyası aparmağa balaşdılar. Azərbaycan enerji istehsalı və ixracı ilə bağlı böyük bir ölkədir, xüsusilə neft və qaz sektoru onun iqtisadiyyatının əsasını təşkil edir. Qərb dövlətləri, Azərbaycanın ekoloji siyasətini və iqlim dəyişikliyinə qarşı mübarizədəki fəaliyyətlərinə qarşı atılan böhtanların heç bir əsası yoxdur. Bir il ərzində onlar maksimum bu istiqamətdə səy göstərdilər. Amma onların bu iyrənc fəaliyyətinin heş də faydası olmadı. Prezident İlham Əliyev Sammitdəki açılışda verdiyi mesajı ilə Qərbin ikili satandart mövqedə olan dövlətlərinin bir daha məyus etdi: “Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərs vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bəzi siyasətçilər, dövlət nəzarətində olan QHT-lər və feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevrilib. Mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!Azərbaycanın strateji mövqeyi, enerji ehtiyatları və Cənubi Qafqaz regionundakı rolu, xüsusən də Avropa ilə əlaqələrində əhəmiyyət kəsb edir. Qərb dövlətləri, Azərbaycanın bu mövqeyindən istifadə etməsini öz maraqları baxımından narahatlıq doğuran bir faktor olaraq görürlər. Bu, zaman zaman müəyyən bir geosiyasi təzyiq və ya siyasi təsir vasitəsi kimi ortaya çıxa bilər. Azərbaycana qarşı yönələn tənqidlər, ölkəmizin beynəlxalq səviyyədəki nüfuzuna və təsirinə qarşı bir maneə yaratma məqsədini güdür. Bununla belə, Azərbaycanın COP29-a ev sahibliyi etməsi, ölkəyə beynəlxalq arenada daha çox diqqət çəkmək və etimad qazanmaq şansı verir. Bəzi dövlətlər, bu cür nüfuz artımını narahatlıqla izləyirlər. Bütün bu amillər, bəzi Qərb dövlətlərinin Azərbaycanın ev sahibliyi edəcəyi bu böyük tədbiri, həm də ölkə üzərində siyasi və diplomatik təsir vasitəsi kimi görməsinə səbəb olur. Bu cür müzakirələr, həmçinin COP29-un tələbləri və gələcəkdə keçiriləcək digər iqlim zirvələrinin müzakirələri ilə bağlı daha geniş bir çərçivəyə oturur. Hər halda, bu tip vəziyyətlər, beynəlxalq siyasətin və diplomatiyanın mürəkkəbliyini və dinamikasını nümayiş etdirir.Milli təhlükəsizlik və ərazi bütövlüyü məsələsi Azərbaycanın strateji fəaliyyət istiqamətlərindən hesab olunur. Dövlətin təhlükəsizlik siyasətinin tərkib hissəsi olaraq, beynəlxalq terrorizm və ekstremizmə qarşı mübarizədə beynəlxalq əməkdaşlıq və normativ hüquqi bazanın təkmilləşdirilməsi əhəmiyyət kəsb edir. Dövlətimiz ərazi bütövlüyünün danışıqlar yolu ilə təmin edilməsi üçün 30 ilə yaxın mücadilə etmişdir. Lakin Ermənistanın qeyri-konstruktiv mövqe sərgilməsinə görə bu danışıqlar nəticəsiz qalmışdır. Bununla yanaşı, dövlətimiz regionda yaradılmış qondarma rejimin məhv olması üçün terrorizm və ekstremizmə qarşı mübarizə istiqamətində fəaliyyətlərini gücləndirmişdir. 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu işğal altından olan torpaqlarımızı azad etmişdir. Ali Baş Komandan çıxşında deyib ki, BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalan qətnamələrinin tələblərini öz gücümüzlə icra etdik: “Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin otuz ilə yaxın Ermənistan tərəfindən işğalına və bir milyona yaxın azərbaycanlının öz əzəli torpaqlarından didərgin düşməsinə baxmayaraq, biz güclü ölkə qura bildik, iqtisadiyyatı təmin etdik və müstəqil siyasət həyata keçirdik. Dörd il öncə biz İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik və beləliklə, biz öz suverenliyimizi tam bərpa etdik. Bütün bunlar BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun oldu. Həmin qətnamələr otuz il kağız üzərində qaldı. Biz həmin qətnamələrin tələblərini öz gücümüzlə icra etdik, beynəlxalq hüququ və ədaləti bərpa etdik, Ermənistanın işğalına son qoyduq”. Qarabağ münaqişəsinin həlli və regionda sülhün bərpa olunması, Azərbaycanın xarici siyasətinin ən önəmli məsələlərindən biridir. Beləliklə ərazi bütövlüyümüzün təmin etməyə yönəlmiş addımlar öz nəticəsini vermişdir. Bunun üçün ölkəmizin milli müdafiə və təhlükəsizlik sistemi qurulmuşdur. Azərbaycanın güclü müdafiə qabiliyyəti, strateji müttəfiqliklər və beynəlxalq təhlükəsizlik strukturlarında iştirak etməyi bu gün də davam etdirir. Bu məqsədlə, həmçinin, hərbi sənayenin inkişafına da diqqət yetirilir.

Nicat İsmayılov

YAP Yasamal rayonu "Akim Abbasov küç. 73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Noyabr 2024 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see387

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see352

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see332

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see331

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see329

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see311

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see307

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see284

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see274

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see264

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see263

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see257

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see256

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see255

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see238

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see218

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see214

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see206

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri