Azərbaycan Cüdo Federasiyası: Səid Mollayi hazırda millinin üzvü deyil EKSKLÜZİV
Icma.az, Report.az portalına istinadən məlumat yayır.
Cüdoçu Səid Mollayi (81 kq) hazırda Azərbaycan millisinin üzvü deyil.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
"Amma onun karyerasını bitirib-bitirmədiyi ilə bağlı heç nə deyə bilmərik. Məlumatımız yoxdur", - deyə qurumdan bildirilib.
Qeyd edək ki, Səid Mollayi 2022-ci ilin mayında Azərbaycan yığmasına cəlb edilmişdi. 33 yaşlı cüdoçu 2011-2019-cu illər aralığında İranı, 2019-2022-ci illər aralığında Monqolustanı təmsil edib.
Mollayi 2018-ci ildə Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb. O, Tokio-2020 Yay Olimpiya Oyunlarında isə gümüş mükafata sahib çıxıb.

Azərbaycan Cüdo Federasiyası: Səid Mollayi hazırda millinin üzvü deyil
25 Fevral 2025 12:02
Səid Mollayi özünə yeni iş tapıb
25 Mart 2025 15:21
Azərbaycan Cüdo Federasiyası ümumrespublika seminarı keçirib
28 Dekabr 2024 17:46
Azərbaycan Cüdo Federasiyası ACF turuna start verir
05 Mart 2025 15:04
Azercell və Azərbaycan Cüdo Federasiyası “İlin markası” seçilib
11 Noyabr 2024 16:35

