Icma.az
close
up
RU
Azərbaycan cüdoçuları dünya çempionatlarında ən yaxşı ikinci göstəriciyə imza atıblar

Azərbaycan cüdoçuları dünya çempionatlarında ən yaxşı ikinci göstəriciyə imza atıblar

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 21 iyun, AZƏRTAC

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan millisi mundialı üç bürünc medalla başa vurub.

Yığmanın heyətində Zelim Tçkayev (81 kiloqram), Elcan Hacıyev (90 kiloqram) və Zelim Kotsoyev (+100 kiloqram) fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.

Qazanılan 3 medal Azərbaycanın dünya çempionatlarında say baxımından ən yaxşı 2-ci göstəricisi olub. Yığma ən yaxşı nəticəyə də məhz 2017-ci ildə Budapeştdə keçirilən mundialda nail olub. Həmin zaman milli komanda 2 gümüş, 2 bürünc olmaqla 4 mükafata sahib çıxıb.

Macarıstanda hər 3 medalı kişi cüdoçular əldə ediblər. Bu da kişilər arasında qazanılan medalların sayına görə rekordun təkrarıdır. 2017-ci ildəki dünya çempionatında da medalların 3-ü kişilərin (Rüstəm Orucov, Orxan Səfərov, Elmar Qasımov) aktivində idi.

Budapeştdə fəxri kürsüyə qalxan Zelim Tçkayev (81 kiloqram) və Elcan Hacıyev (90 kiloqram) karyeralarında ilk dəfə mundialda medal sevinci yaşayıblar. Bununla da dünya çempionatlarında medal qazanan cüdoçularımızın sayı 20-yə çatıb.

Cüdo üzrə Azərbaycan millisi 24 ildən sonra dünya çempionatında 81 kiloqram çəki dərəcəsində medal əldə edib. Bu çəkidə son medalı 2001-ci ildə Almaniyanın Münxen şəhərində keçirilmiş mundialda Elxan Rəcəbli (bürünc medal) qazanıb. Tçkayevin əldə etdiyi müküfat həmin çəki dərəcəsində Azərbaycanın cüdo tarixində 2-ci medalıdır.

Bundan başqa, yığmamız 15 ildən sonra dünya çempionatında 90 kiloqram çəki dərəcəsində medala yiyələnib. Bu çəkidə son mükafata 2010-cu ildə Almaniyanın Münxen şəhərində keçirilən mundialda Elxan Məmmədov (bürünc medal) sahib çıxıb.

Zelim Kotsoyev ardıcıl 4-cü dünya çempionatında fəxri kürsüyə yüksəlib. O, daha əvvəl – 2022-ci ildə Daşkənddə və 2023-cü ildə Dohada dünya üçüncüsü olub. Kotsoyev ötən il Əbu-Dabidə isə 100 kiloqram çəki dərəcəsində dünya çempionu adını qazanıb. İdmançı həm də mundialdakı medalların əyarına və sayına görə komanda yoldaşı Hidayət Heydərova çatıb. Heydərov da karyerasında dünya çempionatlarının 1 qızıl (2024, Əbu-Dabi) və 3 bürünc (2018 - Bakı, 2019 - Tokio, 2022 – Daşkənd) mükafatını əldə edib.

Bu dünya çempionatında kişilər arasında 7 çəki dərəcəsinin 5-də (60 kiloqram və +100 kiloqram istisna olmaqla) son Olimpiya çempionları mundiala qatılıb. Onlardan heç biri çempion ola bilməyib. Yalnız Hifumi Abe (Yaponiya, 66 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) bürünc medala yiyələnib. 81 kiloqramda ikiqat Olimpiya çempionu Takanori Naqase (Yaponiya) ilk görüşündə, 90 kiloqramda ikiqat Olimpiya çempionu Laşa Bekauri (Gürcüstan) ikinci qarşılaşmasında məğlub olaraq mötəbər turniri medalsız başa vurub. Qadınlar arasında son Olimpiya çempionlarından 2 cüdoçu mundialda iştirak edib. Onlardan Beatris Souza (Braziliya, +78 kiloqram) ikinci görüşündə uduzaraq medalsız qalıb. Son Olimpiya çempionlarından yalnız Alise Bellandi (78 kiloqram, İtaliya) dünya çempionu olmağı bacarıb.

Ümumiyyətlə, dünya çempionatında mübarizələr olduqca gərgin keçib. Belə ki, 14 çəki dərəcəsinin 10-da yeni dünya çempionları (5 kişi, 5 qadın) olub.

Azərbaycan idmançılarının bəziləri hesabda öndə olduqları görüşləri uduzublar. Bu da bəzi nüanslarda cüdoçularımızın nisbətən geri qalmasından xəbər verir və bu detallar üzərində işlənilməlidir. Əhməd Yusifov (60 kiloqram) 1/16 finalda son Olimpiadanın üçüncüsü Ryuju Naqayama (Yaponiya), Elcan Hacıyev (90 kiloqram) yarımfinalda Qoki Tajima (Yaponiya), Vüqar Talıbov (90 kiloqram) 1/32 finalda Luka Maysuradze (Gürcüstan), Uşanqi Kokauri (+100 kq) üçüncü yer uğrunda Temur Raximov ilə (Özbəkistan) görüşlərdə hesabda öndə olmalarına baxmayaraq, qarşılaşmalardan məğlub ayrılıblar.

Əhməd Yusifovun (60 kiloqram) 1/16 finalda uduzduğu Ryuju Naqayama və Ruslan Paşayevin (66 kiloqram) 1/8 finalda məğlub olduğu Takaşi Takeoka (Yaponiya) sonda dünya çempionu olublar.

Millimizin 3 bürüncdən başqa, bir 5-ci yer (Uşanqi Kokauri) və bir 7-ci yer (Rəşid Məmmədəliyev) də əldə edib. Bu da diqqətəlayiq nəticələrdir. Həmçinin yığmada gənc cüdoçular var. Daha dəqiq desək, komanda yenidən formalaşdırılır. Həmçinin əsas hədəf gələn il Bakıda keçiriləcək dünya çempionatında yaxşı çıxış etməkdir. Eləcə də, bu dünya çempionatı yeni Olimpiya tsiklinin ilk mundialı idi. Buna görə də əldə edilən 3 bürünc medal gələcəyə ümidlə baxmağa imkan verir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 İyun 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see124

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see124

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri