Azərbaycan cüdosunun inkişafında xüsusi xidməti olanlar mükafatlandırılıb FOTO İdman və Biz
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
2024-cü ildə Azərbaycan cüdosunun inkişafında xüsusi xidmətləri olmuş bir neçə cüdo ailəsi üzvünün yubileyi qeyd edilib.
İdman.biz xəbər verir ki, mükafatlandırma mərasimi növbəti Azərbaycan çempionatı zamanı baş verib.
Mərasimdə Əməkdar bədən tərbiyəsi və idman xadimi Əli Dəvrişov, veteran cüdoçular arasında 12 qat dünya, 10 qat Avropa çempionu Fərhad Rəcəbli, dünya və Avropa çempionatlarının mükafatçısı, ACF prezidentinin müşaviri Natiq Bağırov, Əməkdar bədən tərbiyəsi və idman xadimi Sevda Qarayeva, çoxsaylı beynəlxalq yarışların qalibi, Azərbaycan cüdosunun fəxri siması veteran cüdoçu Faiq Ağayev, Əməkdar məşqçi, Azərbaycan Cüdo Federasiyasının nizam-intizam komissiyasının üzvü Ruzbeh Vəliyev və Pekin-2008 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi Mövlud Mirəliyevə yubileyləri münasibətilə Azərbaycan Cüdo Federasiyası adından təbrik plaketləri təqdim edilib.
Azərbaycan Cüdo Federasiyası (ACF) İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, “Cüdo Klub 2012” İctimai Birliyinin sədri və klubun təsisçisi, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı Azər Əsgərova 6-cı DAN sertifikatı təqdim edilib.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 30 Noyabr 2024 21:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















