Icma.az
close
up
RU
Azərbaycan daha da inkişaf edəcək və güclənəcək TƏHLİL

Azərbaycan daha da inkişaf edəcək və güclənəcək TƏHLİL

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Böyük Qayıdışa dair Dövlət Proqramları uğurla başa çatdırılacaq 


Bütün keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdaraq firavan yaşamaqda davam edəcəklər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edib, yeni mənzillərə köçən kənd sakinlərinə evlərin açarlarını təqdim ediblər.

"Ağdərənin Suqovuşan kəndində yaşayış kompleksi istifadəyə verilib", "Prezident və xanımı Həsənriz kəndinin sakinləri ilə görüşdü", “Həsənriz kəndində 33 ildən sonra ilk dəfə bayram tonqalı qalandı" kimi xəbərlər İlaxır (Torpaq) Çərşənbəsinin ən xoş xəbərləri kimi tarixə yazıldı. İlaxır Çərşənbəsini dövlət başçısı ilə birgə qarşılamaq, bayram tonqalının işığına toplaşmaq, Suqovuşan, Həsənriz sakinlərinin yaddaşında xoş xatirələrə çevriləcək. 

Dövlət başçısı Suqovuşan kəndinin sakinləri ilə görüşüb söhbət edərkən bir sıra mühüm məqamlara toxunub. Sakinləri bayram münasibətilə təbrik edən dövlət başçısı Suqovuşan kəndinin İkinci Qarabağ müharibəsinin ilk həftəsində işğalçılardan azad edilən ilk kənd olduğunu xatırladıb və qeyd edib ki, 2022-ci ildə bu Novruz tonqalını Suqovuşan kəndində qalayarkən buraya insanların köçürülməsi üçün şərait yaradılmasına göstəriş verib.

Cənab Prezident Suqovuşanın işğalçılardan azad edilməsinin xüsusi əhəmiyyətə malik olduğunu, bunun Ordumuza və bütün xalqımıza böyük ruh yüksəkliyi gətirdiyini bildirib. O, hərbi nöqteyi-nəzərdən bu kəndi işğalçılardan azad etməyin böyük qəhrəmanlıq və fədakarlıq tələb etdiyini vurğulayıb və öz canlarından keçərək bu şərəfli missiyanı yerinə yetirən şəhidlərimizə Allahdan rəhmət diləyib.

Qeyd edək ki, qələbəmizin tamlığı məsələsi, doğrudan da, üzərinə vurğu ediləcək çox önəmli məsələdir. Regionumuzdakı və dünyadakı bir çox acı təcrübələr də bu məsələnin nə qədər böyük əhəmiyyət daşıdığını göstərir. Uzağa getməyək, qonşu Gürcüstan uzun illərdir ki, öz ərazi bütövlüyü uğrunda mübarizə aparır, lakin heç bir nəticəyə nail ola bilmir. Həmçinin Moldova da 30 ildən çoxdur ki, Dnestryanı ərazinin separatçılıq səylərinin qarşısını ala bilmir. Ukraynanın acınacaqlı durumu isə göz qabağındadır. Bu mənada, Prezidentimizin də vurğuladığı kimi, 44 gün ərzində düşməni böyrü üstə qoymaq, həqiqətən də, xalqımızın, dövlətimizin və ordumuzun gücünü göstərir. 

2023-cü ilin 19-20 sentyabrında gerçəkləşən lokal antiterror əməliyyatının parlaq nəticəsi isə 44 günlük müharibədəki Zəfərimizi taclandırıb. Cənab Prezidentin vurğuladığı kimi, bu əməliyyat separatçılığın kökünü kəsib və 200 illik erməni vəhşiliklərinə son qoyulub.



Bu gün işğaldan azad olunmuş ərazilərin yenidən qurularaq cənnətə çevrildiyini vurğulayan millət vəkili Azər Badamov "Sherg.az"a açıqlamasında deyib ki, 30-33 il ərzində məcburi köçkünlük həyatının bütün sıxıntılarını bilavasitə öz üzərlərində hiss etmiş soydaşlarımızın əzab-əziyyət içərisində yaşamalarına artıq son qoyulur:


 "Azad edilmiş ərazilərimiz dövlətimizin gücü, dövlət başçımızın iradəsi ilə bərpa olunur, yenidən qurulur. Torpaqlarımızda həyat yenidən dirçəlir. O cümlədən Suqovuşanda da həyat qaynamağa başlayıb, sakinlər bayramlarını öz doğma yurdlarında keçirir və firavan həyatlarına davam etdirirlər. Suqovuşan ilk azad olunan yaşayış məntəqəmizdir. Suqovuşanın azad olunması digər yaşayış məntəqələrin də azad olunmasını sürətləndirdi və cəmi 44 gün ərzində Zəfərimizi elan etdik. Təbii ki, Ermənistan ərazilərimizdə möhkəmlənmişdi. Bir neçə müdafiə səddi yaratmışdılar, ərazilər minalanmışdı və irəli getmək çox çətin idi. Hətta ermənilər o müdafiə sədlərini keçə biləcəyimizə inanmırdılar. Amma ordumuzun peşəkarlığı və qəhrəmanlığı sayəsində biz Zəfərə nail olduq".


Zəfərə gedən yolumuzun enişli-yoxuşlu olduğunu vurğulayan deputat qeyd edib ki, ölkəmizin ərazi bütövlüyünü təmin etmək heç də rahat olmayıb:

 "Son 30 ildə dövlətimiz yenidən quruldu, iqtisadiyyat inkişaf etdirildi, ordu quruculuğuna diqqət artırıldı, xalqın milli həmrəylik ruhu gücləndirildi və öz sinəsini düşmən gülləsinə verərək torpaqlarını işğaldan azad etməyinə hazır olan gənc nəsil formalaşdırıldı. Bununla yanaşı beynəlxalq səviyyədə ölkəmizin haqq səsinin qəbul edilməsi istiqamətində böyük işlər görüldü. Çünki düşmənin arxasında böyük güclər dayanmışdı. Belə ki, BMT qətnamələrinin dinc yolla icrasını təmin etmək üçün yaradılmış ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hərə bir cürə Ermənistana dəstək verirdi və torpaqlarımızın erməni işğal altında qalması üçün əlindən gələni edirdi. Cənab Prezident Suqovuşan sakinləri ilə görüşü zamanı bu məsələyə xüsusilə toxunaraq Minsk qrupunun ermənipərəst siyasətini bir daha ifşa etdi. Belə ki, üç həmsədr dövlətin biri silah, biri siyasi dəstək, digəri isə iqtisadi dəstək verirdi. Dövlət başçımızın da qeyd etdiyi kimi, müharibə başlayanda kimin necə aparacağı da bəlli deyildi. Amma dövlət başçımızın uzaqgörən siyasəti beynəlxalq mövqelərimizi möhkəmlətmişdi və 44 günlük Vətən müharibəsi dövründə ermənilərə dayaq olan dövlətlər BMT-də ölkəmizə qarşı qətnamələr, sanksiyalar qəbul etdirmək istəsələr də, məqsədlərinə nail ola bilmədilər. 30 il ermənilərin işğalı altında qalaraq düşmənin möhkəm müdafiəsini təşkil etdiyi torpaqlarımız 44 gündə azad olunsa da 1,5 əvvəl 24 saatdan az bir müddətdə keçirilmiş lokal xarakterli antiterror tədbirləri sayəsində Qarabağda erməni separatçılığının kökü kəsildi, tabutuna son mismar vuruldu. Əlində silah tutaraq Azərbaycan dövlətinin suveren hüquqlarını pozaraq ərazilərimizdə xunta yaradanların Bakıya tanklarla gəlmək və çay içmək arzusu vardı. Təbii ki, düşmənimizin bu arzusunu müzəffər ordumuz həyata keçirdi. Belə ki, onların  tankları Bakıya gətirilərək Qələbə paradımızda nümayiş etdirildi və Hərbi Qənimətlər Parkında yerləşdirildi. Çay içmək arzusunda olanları isə gətirib istintaq təcridxanasında çay içmək arzusuna çatdırdıq. Təbii ki, onlar layiqli cəzalarını alacaqlar". 


Xalqımızın birliyi, gənclərimizin vətənpərvərlik ruhu, ordumuzun qəhrəmanlığı sayəsində torpaqlarımızı işğaldan azad etdiyimizi xatırladan A.Badamov qeyd edib ki, bu uğurda çoxlu şəhid verdik, qazilərimiz sağlamlıqlarını itirdilər:

 "Allah şəhidlərimizə rəhmət eləsin! Amma Zəfərimizin müəllifi və əsas qəhrəmanı "Nəyi, nə zaman və necə etməyi hamıdan yaxşı bilən Prezident İlham Əliyevdir. Dövlət başçımızın uzaqgörənliyi sayəsində bütün addımlar ölçülüb-biçilib və zamanında atıldığına görə daha az itkilərlə böyük qələbəyə imza atdıq. Bu gün dünyada baş verən müharibələrin necə davam etdiyini və sonlandırıldığını  görürük. Son on illər ərzində heç bir ölkə qələbəyə imza atıb ərazilərində suverenliyi bərpa edərək müharibəni sonlandıra bilməyib. Amma Prezident İlham Əliyevin qətiyyəti və xalqımızın öz lideri ətrafında sıx birləşməsi sayəsində "Qarabağ Ermənistandır" deyən Paşinyanı Qarabağ Azərbaycandır deməyinə məcbur etdik. Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi altında tam və inamlı qələbəyə imza atdı. Bu gün keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdaraq xoşbəxtliklərinə qovuşublar. Dövlət başçımızın rəhbərliyi altında Azərbaycan daha da inkişaf edəcək və güclənəcək. Böyük Qayıdışa dair Dövlət Proqramları da uğurla başa çatdırılacaq və bütün keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdaraq firavan yaşamaqda davam edəcəklər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Mart 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see604

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see426

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see307

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see294

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see277

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see267

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see264

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see241

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see221

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see212

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see210

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see202

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see193

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see192

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see191

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see189

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see182

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see177

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see175

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri