Icma.az
close
up
RU
Azərbaycan daxili düyü tələbatını niyə hələ də idxal hesabına ödəyir? EKSPERT AÇIQLADI FOTO

Azərbaycan daxili düyü tələbatını niyə hələ də idxal hesabına ödəyir? EKSPERT AÇIQLADI FOTO

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda çəltikçilik sahəsində müəyyən inkişaflar olsa da, ölkənin daxili istehsalı hələ də ümumi tələbatı ödəmək üçün kifayət etmir.
Avtosfer.az xəbər verir ki, rəsmi statistik göstəricilərə əsasən, Azərbaycan illik düyü tələbatının böyük  hissəsini xarici ölkələrdən – xüsusilə Pakistan, Hindistan və Rusiya kimi əsas təchizatçılardan idxal etməyə davam edir.

Bu isə həm kənd təsərrüfatı istehsalının potensialının tam istifadə olunmadığını, həm də bazarda rəqabətli yerli məhsulun yetərincə formalaşmadığını göstərir. Dövlət qurumları düyü idxalının azalması məqsədilə daxili istehsalın artırılması üçün dövlət proqramı qəbul etmişdir. Lakin hələ də bununla bağlı tədbirlərin görülməsində ciddi nöqsanlar var. 


Məsələ ilə bağlı kənt təsərrüfatı eksperti Vahid Məhərrəmov saytımıza bildirib ki, dövlət proqramında qeyd olunmuşdu ki, müəyyən müddət ərzində ölkədə illik 40 min ton düyü istehsal olunması hədəflənib.
"Lakin hazırda faktiki istehsal cəmi 10 min tondur ki, bu da nəzərdə tutulan həcmin dörddə-biri qədərdir. Nəticə olaraq, Azərbaycanın düyüyə olan ehtiyacının 87%-i idxal hesabına ödənilir. Əslində, Azərbaycanda düyü istehsalının tarixi təcrübəsi və potensialı mövcuddur. Ölkə əvvəlki illərdə indiki göstəricidən 4-5 dəfə artıq məhsul istehsal etmişdir. Sadəcə, bu sahədə məhsuldarlıq olduqca aşağıdır, təkcə düyüdə deyil, digər kənd təsərrüfatı bitkilərində də bu problem müşahidə olunur. Məhsuldarlığın artırılması isə hər hektardan daha çox məhsul əldə olunması deməkdir. Bu, həm də məhsulun maya dəyərini aşağı salır, fermerin qazancını artırır və onu daha çox istehsal etməyə stimullaşdırır".
Ekspert qeyd edib ki, əsas problemlərdən biri, çəltikçiliklə məşğul olan fermerlərin su təminatıdır. 
"Bu bir nömrəli və ən vacib məsələdir. Görünən odur ki, su problemi özlüyündə yoxdur, çünki Azərbaycanın su resursları ölkənin ümumi tələbatından 5 dəfə artıqdır. Lakin problem suyun düzgün idarə olunmamasıdır. Su vaxtında və lazımi miqdarda kənd təsərrüfatına yönəldilmir. Xüsusilə çəltikçilik üçün suyun miqdarı və vaxtında verilməsi həyati əhəmiyyət daşıyır. Su təminatı düzənlənsə, çəltik istehsalını artırmaq və məhsuldarlığı yüksəltmək mümkündür.


Bundan başqa, Keyfiyyətli gübrə təminatı ilə bağlı Azərbaycanda gübrənin qiyməti yüksək, lakin keyfiyyəti aşağıdır. Bu da məhsuldarlığa mənfi təsir göstərir.
Texniki avadanlıq çatışmazlığı da bu məsələyə daxildir. Düyü biçini üçün xüsusi kombaynların sayı azdır və bu texniki çatışmazlıq məhsulun vaxtında yığılmasına mane olur. Həmçinin qurutma və təmizləmə avadanlıqları istehsal sonrası mərhələlərdə ciddi problemlər yaradır".
Vahid Məhərrəmov vurğulayıb ki, keçmişdə bu sahədə uğur qazanılmışdı, çünki hökumət tərəfindən lazımi təminatlar vaxtında verilirdi. İndi isə bütün məsuliyyət fermerlərin üzərinə düşür. Halbuki su təminatı, rəqabətli mühitin yaradılması, texniki avadanlığın gətirilməsi və kənd təsərrüfatına dəstək vermək hökumətin əsas vəzifələrindəndir.
"Azərbaycan sahibkarları Çindən ucuz, keyfiyyətli və mini-ölçülü kənd təsərrüfatı texnikası gətirərək bu boşluğu doldura bilərlər. Bunun üçün dövlət dəstəyi zəruridir.
Nəticə etibarilə, Azərbaycan həm yumru, həm də uzun düyü növləri üzrə daxili tələbatını 100 faiz ödəyə biləcək potensiala malikdir. İranda və Rusiyanın Dağıstan bölgəsində düyü məhsuldarlığı Azərbaycandakı göstəricilərdən 3-4 dəfə yüksəkdir. Bu uğurları təkcə iqlim və təbiətlə bağlamaq düzgün olmaz. Əgər hökumət üzərinə düşən vəzifələri yerinə yetirsə, bu sahənin inkişafı mümkündür və Azərbaycan yüksək keyfiyyətli düyü istehsal edən ölkəyə çevrilə bilər". 


Milli məclisin deputatı Azər Badamov saytımıza bildirib ki, çəltikçilik kənd təsərrüfatının ən çətin sahələrindən biridir.
" Bu səbəbdən fermerlər arasında çəltik əkini ilə məşğul olmaq maraq doğurmur. Eyni zamanda, rentabellik baxımından daha gəlirli sahələrin mövcudluğu da çəltikçiliyə üstünlük verilməməsinin əsas səbəblərindəndir. Fermerlər nə əkəcəkləri barədə qərarı sərbəst şəkildə verirlər. Dövlət isə bu sahəyə yalnız stimullaşdırıcı tədbirlərlə dəstək göstərir".


Fidan

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 23 May 2025 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see211

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see170

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see157

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see151

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see137

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see136

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see135

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see134

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri