Icma.az
close
up
RU
Rusiyadan idxal olunan qidalar niyə bahalaşıb? EKSPERT SƏBƏBLƏRİ AÇIQLADI FOTO

Rusiyadan idxal olunan qidalar niyə bahalaşıb? EKSPERT SƏBƏBLƏRİ AÇIQLADI FOTO

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Artıq bir müddətdir ki, ölkənin iri supermarketlərində bir sıra mallarda qiymət artımları müşahidə olunur.

Avtosfer.az xəbər verir ki, bu məhsullara kiçik diqqət yetirdikdə onların Rusiyadan ölkəmizə gətirilən mallar olduğunu görmək mümkündür. Xüsusən qida mallarında yaranan bu bahalaşmanı bir sıra mütəxəssislər siyasi məsələlərlə əlaqələndirsə də, iqtisadçı ekspertlər bu halın məhz iqtisadi dəyişikliklərdən qaynaqlandığını vurğulayırlar.
Marketlərdə Rusiyadan Azərbaycana idxal olunan məhsullar arasında ən kəskin bahalaşma isə gündəlik tələbat mallarında görünür. Türkiyə və Avropadan gələn qida mallarında qiymətlərin ya stabil qalması, ya da cüzi artımı gözə çarpır. Rusiyadan gətirilən və ötən ay 4,3 manat olan çipslər bu gün 5.05 manat olub. Konservləşdirilmiş ət və balıqlarda 20-30%, yağ və quru qidalarda isə 35% bahalaşma var.

Belə bahalaşmanın qarşısı necə alına bilər?

Mövzu ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov Avtosfer.az-a açıqlamasında deyib ki, son dövrlərdə baş verən iqtisadi proseslər fonunda Rusiyada istehsal olunan məhsulların qiymətlərinin bahalaşması qaçılmaz idi.

“Belə ki, ABŞ-nin yeni administrasiyasının formalaşması və onun həyata keçirildiyi siyasətlər fonunda ötən 8-9 ay ərzində rubl öz dəyərini 25% artırdı və bu bahalaşma aydındır ki, bu və digər şəkildə Rusiyada istihsal olunan məhsulların qiymətlərinə də transformasiya olunur.

Son nəticədə bu ölkədən Azərbaycana idxal olunan məhsulların qiymətləri bahalaşır. Ola bilsin ki, müəyyən dövr üzrə idxalçı şirkətlərin ehtiyatları var və həmin ehtiyatları bazara təklif edirlər. Rusiyanın daxilində də vəziyyətə uyğunlaşma ilə bağlı müəyyən zaman tələb olunur və zaman çərsivəsində məhsulların qiymətlərində dəyişiklər müşahidə olunmur. Amma istənilən halda bu proses sonda məhsulların bahalaşmasına gətirib çıxarır. Digər bir factor, son dövrlərdə Rusiyada yaşanan istehsalın azalması ilə bağlı prosesdir.

Rusiya iqtisadiyyatının bu və digər şəkildə sanksiyalar altında fəaliyyət göstərməsi texnologiyaların yenilənməsi imkanını məhdudlaşdırır və yaxud da texnologiyaların dolayı yolla əldə edilməsi xərcləri artırır. Bu da bilavasitə qiymətlərin üzərinə transformasiya olunur. Parallel olaraq da son ay ərzində, bilirsiniz ki, ölkədə ciddi şəkildə yanacaq böhranı müşahidə olunur və bu yanacaq böhranının yaratdığı təzyiqlər də son nəticədə istehsalçı qiymətlərində əks olunur”.

İqtisadçı bildirib ki, bahalaşmanın yaranmasının digər səbəbi isə Rusiyada əmək bazarı ilə bağlı yaranmış situasiyadır.

“Müharibənin nəticəsi olaraq əməkqüvvəli gənclərin əhəmiyyətli hissəsinin əmək pazarından çıxması, əmək qabiliyyətini itirməsi və yaxud da müxtəlif məsələlərə cəlb olunması, əmək pazarında rəqabətin artmasına, təklifin azalmasına, dolayısıyla da əmək haqqının artımı ilə bağlı ciddi çağışlarının ortaya çıxmasına gətirib çıxarıbdır ki, bu da son nəticədə Rusiyada istehsal mühitinin əlverişliliyinin aşağı salıb, məsulun maya dəyərini artırır və dolayısıyla da bu, Azərbaycana da idxal olunan məsulların qiymətlərində özünü əks etdirir. Amma nəzər almaq lazımdır ki, təbii, Rusiya Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır, ölkəmiz üçün ciddi şəkildə idxal pazarı hesab olunur və təxminən ölkəyə idxal olunan məsulların hər 100 manatından 25 manatı bu ölkənin payına düşür. Amma bununla belə, hükumət orta və uzunmüddətli dövrdə bu riskləri azaltmaq, bu təsirləri zəiflətmək üçün müxtəlif addımlar ata bilər.

Əlində olan alətlərdən istifadə etməklə, vergiləndirmə və s. bu kimi alətlərdən istifadə etməklə, qimmətlərin optimallaşdırılması və rəqabət mühitinin dərinləşdirilməsi istiqamətində bir siyasət formalaşdıra bilər.

İki, idxal bazarlarının şaxələndirilməsilə bağlı addımlar atla bilər. Xüsusilə də əvəzedicisi olan məsulların alternativ bazarlardan idxal olunması yolu ilə Rusiyadan asıllığı azaltmaqla, bu ölkədən idxal olunan iflyasiyanın bu və ya digər şəkildə qarşısını almaq üçün imkanlar formalaşdıra bilər. Paralel olaraq da, xüsusilə də, zəruri tələbat məhsullarında, istehlak səbətinə daxil olan məsullarda yerli istehsalın dəstəklənməsi yolu ilə yerli təklifin artırılması və Rusiyadan idxal olunan məsulların bazar konyuktorunun idarə olunması və dəyişdirilməsi yolu ilə burada mənfəət normasının aşağı salınması, dolayısıyla da qiymətlərin artması istiqamətində təzyiqərin bir qisminin aradan qaldırılması və yaxud da niyətirallaşdırılması mümkündür”.

Səfər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 28 Avqust 2025 20:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri