Icma.az
close
up
RU
Azərbaycan Dəmir Yolları bu reysləri ləğv etdi KONKRET

Azərbaycan Dəmir Yolları bu reysləri ləğv etdi KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Nazirlər Kabinetinin noyabr ayında iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə bağlı qəbul etdiyi qərara uyğun olaraq, həmçinin COP29 tədbir günlərində sərnişin səfərlərinin daha rahat və təhlükəsiz təşkil edilməsi məqsədilə şəhərətrafı və ölkədaxili qatarların hərəkət cədvəlində müvafiq dəyişikliklər edir.

ADY-dən KONKRET.az-a bildirilib ki, sərnişindaşıma xidmətinin təhlükəsiz və vaxtında həyata keçirilməsi üçün oktyabrın 30-da Abşeron dairəvi dəmiryol xətti üzrə götürülmüş texniki fasilə tamamlanıb. Belə ki, qatarlar noyabrın 11-dən etibarən sentyabrın 16-da elan edilmiş qrafik üzrə hərəkətdə olacaq. Sürət qatarları noyabrın 8, 9, 10, 17 və 24-də qeyri-iş günlərinin cədvəlinə uyğun hərəkət edəcək.

Noyabrın 11, 12, 13, 16 və 23-də isə Bakı–Sumqayıt–Bakı marşrutu üzrə qatarlar iş günlərinin cədvəlinə uyğun fəaliyyət göstərəcək.

Ölkədaxili marşrutlara gəlincə, Bakıdan Qəbələyə noyabrın 16-na və 23-nə planlaşdırılan reyslər ləğv edilərək əvəzinə Bakıdan noyabrın 17-nə və 24-nə təyin edilir. Belə ki, qatarlar həmin tarixlərdə hər iki istiqamətdə hərəkətdə olacaq.

Bakı–Ağstafa–Bakı istiqamətində isə noyabrın 8, 9 və 10-da həm paytaxtdan, həm də Ağstafadan əlavə reyslər təyin edilir. Həmin tarixlərdə Bakıdan saat 09:15-də yola düşən qatar Ağstafaya 15:40-da, Ağstafadan saat 17:00-da yola düşən qatar isə Bakıya 23:38-də çatacaq.

Qatarların hərəkət cədvəli və biletlər haqqında əlavə məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az), “ADY Mobile” mobil tətbiqindən, eləcə də 24/7 xidmət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək olar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 Noyabr 2024 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri