Icma.az
close
up
RU
Azərbaycan dili böyük inkişaf yolu keçərək dünya dilləri arasında öz layiqli yerini tutub

Azərbaycan dili böyük inkişaf yolu keçərək dünya dilləri arasında öz layiqli yerini tutub

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

“Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu fikri təkcə statistikanı deyil, dilin arxasında dayanan böyük tarixi, mədəni və milli mənəvi yükü ifadə edir. Azərbaycan dili bu gün təkcə Azərbaycanın dövlət dili deyil, eyni zamanda, dünyanın müxtəlif qitələrində yaşayan milyonlarla soydaşımızın qürurla danışdığı, düşündüyü və öz kimliyini qoruduğu müqəddəs dildir.

Azərbaycan dili bizim varlığımızın, mənəviyyatımızın, milli birlik və həmrəyliyimizin əsas dayaqlarından biridir. Bu dilin səsi minilliklərin dərinliyindən gəlir, xalqımızın zəngin tarixini, ədəbiyyatını, irsini və mədəniyyətini özündə yaşadır. Bu dil Nizami Gəncəvinin, Füzulinin, Molla Pənah Vaqifin, Mirzə Fətəli Axundzadənin və Üzeyir Hacıbəylinin yaradıcılığında ölümsüzləşib. Ana dilimiz həm də bugünkü müstəqil Azərbaycanın səsidir – vətəndaşlarımızın gündəlik həyatında, elm və təhsildə, diplomatiyada, mədəniyyət və informasiya məkanında qürurla səslənən bir dildir.
Məhz Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dili ötən əsrin sonlarında özünün əsl dövlətçilik statusunu qazandı. 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin rəsmi status alması və müstəqillik dövründə bu statusun daha da möhkəmləndirilməsi Heydər Əliyevin dil siyasətinin real nəticələridir. Onun “Hər bir azərbaycanlı öz ana dilini qorumalı, ona hörmət etməli və gələcək nəsillərə çatdırmalıdır” fikri bu gün də dəyərini və aktuallığını qoruyur.
Prezident İlham Əliyevin liderliyi ilə aparılan dövlət dil siyasəti bu strateji xəttin davamıdır. Azərbaycan dili bu gün nəinki ölkə daxilində, həm də diaspor təşkilatlarımızın fəaliyyəti vasitəsilə beynəlxalq miqyasda təbliğ olunur. Xaricdə fəaliyyət göstərən Azərbaycan məktəblərində dilimiz öyrədilir, mədəniyyət mərkəzlərimizdə Azərbaycan dilinin kursları təşkil olunur, milli mətbuat vasitəsilə Azərbaycan dili yaşadılır və inkişaf etdirilir.
50 milyondan çox azərbaycanlının eyni dilin bayrağı altında birləşməsi milli birliyin, mədəni bütövlüyün və ortaq dəyərlərin təntənəsidir. Bu, həm də dünya azərbaycanlılarının informasiya cəbhəsində vahid mövqedən çıxış etməsi, tarixi həqiqətlərimizi dünyaya öz dilimizdə çatdırmaq imkanı deməkdir. Prezident İlham Əliyevin bu fikri hər birimizin məsuliyyətini artırır: biz bu dili qorumağa, onu sevməyə və gələcək nəsillərə daha da zənginləşmiş şəkildə ötürməyə borcluyuq.
Nəticə etibarilə, Azərbaycan dili artıq təkcə coğrafi sərhədlərlə məhdudlaşmır. O, qlobal miqyasda bir mədəniyyət daşıyıcısı, bir kimlik göstəricisi, həm də qürur mənbəyidir. Bu dilin əhatə dairəsi nə qədər genişlənirsə, Azərbaycan xalqının səsi və mövqeyi də bir o qədər güclü eşidilir.

Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 Avqust 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see251

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see160

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see159

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see131

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see129

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see127

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri