Icma.az
close
up
RU
Deputat: “Azərbaycan Cümhuriyyətin siyasi varisi kimi dünyada layiqli yerini tutub”

Deputat: “Azərbaycan Cümhuriyyətin siyasi varisi kimi dünyada layiqli yerini tutub”

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

"Azərbaycanın dövlətçilik tarixi zəngin və qürurvericidir". 

Bu sözləri Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı "Cebheinfo.az"-a açıqlamasında deyib. O bildirib ki, bu tarixin ən parlaq səhifələrindən biri də 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) adı ilə bağlıdır: 

"Şərqdə ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman dünyasında demokratik dəyərlərin və hüquqi dövlətçiliyin təməlini qoymaqla inqilabi yeniliklərə imza atmışdır. Məhz bu səbəbdən, 28 May hər bir azərbaycanlının qürurla xatırladığı müqəddəs bir gündür. 

Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətli fəaliyyəti dövründə Şərqdə ilk, Avropada isə bir çox dövlətdən qabaq qadınların səsvermə hüququnu təmin etdi. Bununla yanaşı, təhsil islahatları çərçivəsində yeni məktəblərin açılması və ən əsası Bakı Dövlət Universitetinin yaradılması ölkə elminin inkişafında mühüm rol oynadı". 

Millət vəkili vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə Sovet işğalı nəticəsində süquta uğrasa da, onun azadlıq və müstəqillik ideyaları xalqın yaddaşından silinmədi: 

"1991-ci ildə Sovet İttifaqının dağılması ilə ölkəmiz yenidən öz müstəqilliyini bərpa etdi və Azərbaycan Respublikası AXC-nin siyasi varisi kimi dünya arenasında öz layiqli yerini aldı. 

Azərbaycan Xalq Cümhuriyyətinin təməlini təşkil edən dəyərlər, milli özünüdərk, xalq hakimiyyəti, hüquqi dövlət quruculuğu bu gündə müasir Azərbaycanın siyasi kursunun əsas istiqamətlərini müəyyənləşdirir".

Deputat diqqətə çatdırıb ki, müstəqilliyin ilk illərində qarşıya çıxan çətinliklər, erməni təcavüzü və daxili hərc-mərcliyə baxmayaraq, Azərbaycan Cənubi Qafqazın siyasi, iqtisadi və hərbi gücünə çevrilməyi bacardı: 

"Təbii ki, əldə olunan uğurlar, ümumiyyətlə, dövlətçiliyimizin varlığı məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin məqsədyönlü rəhbərliyi ilə bağlıdır. 

Əsrin müqaviləsi ilə başlanan enerji siyasəti Azərbaycanın iqtisadi dirçəlişinin təməlini qoyuldu, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi nəhəng layihələr sayəsində ölkəmiz dünya enerji xəritəsində mühüm mövqeyə sahib oldu. Eyni zamanda, qeyri-neft sektorunda aparılan islahatlar, rəqamsal iqtisadiyyatın inkişafı və aqrar sahənin müntəzəm olaraq dəstəklənməsi iqtisadi şaxələnməni təmin etdi". 

Günay Ağamalı qeyd edib ki, bütün bunlar xalqın rifahının yüksəldilməsi ilə yanaşı, erməni təcavüzünü dəf etmək üçün zəruri olan institusional addımlar idi:

"Keçən dövr ərzində Azərbaycan ordusunun gücləndirilməsi məqsədilə atılan addımlar öz məntiqi nəticəsini 2020-ci ilin Vətən müharibəsində göstərdi. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Silahlı Qüvvələrimiz 44 günlük qısa zaman kəsiyində ərazi bütövlüyünü bərpa etdi. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror əməliyyatları ilə də, 200 ilə yaxın tarixi olan ədalətsiz və planlı şəkildə qurulan münaqişə tarixin arxivində öz yerini tutdu. 

Bu Zəfər siyasi və milli iradənin təntənəsi idi. Ordumuzun gücü, xalqımızın birliyi və cənab Prezidentin diplomatik bacarığı sayəsində Azərbaycan regionda yeni geosiyasi reallıqlar yaratdı. Böyük fəxr hissi ilə qeyd edirəm ki, ilk dəfə Cümhuriyyət dövründə dalğalanan şanlı üçrəngli bayrağımız bu gün müstəqil və qüdrətli Azərbaycan Respublikasının hər bir güşəsində şərəflə dalğalanır. Bu uğurda tökülən qanlar, siyasi sabitlik, iqtisadi tərəqqi və hərbi güc bir daha sübut edir ki, xalqımızın azadlıq uğrunda mübarizəsi və müstəqil yaşamaq əzmi sarsılmazdır". 

Elmir Mustafa 
"Cebheinfo.az"

Açar sözlər: 28 May Müstəqillik Günü Deputat Millət vəkili Günay Ağamalı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 May 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see820

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see262

Aylıq gəlirləri aşağı olan fərdi sahibkarların sosial sığorta haqqı yükü azalacaq Dövlət Vergi Xidməti

28 Noyabr 2025 11:32see225

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see204

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see199

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see195

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see193

“Şəmkir xəstəxanasında tibbi xidmətlərin keyfiyyəti yüksəlir” Hikmət İbrahimli

28 Noyabr 2025 10:54see176

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see150

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see149

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see144

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see142

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see141

Südü heç vaxt soyuducunun qapısında saxlamayın Səbəb açıqlandı

26 Noyabr 2025 20:48see137

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see137

Oğlunun toyunda geyindiyi açıq saçıq paltardan DANIŞDI

27 Noyabr 2025 17:17see133

Gündə 4 fincan içmək qocalmanı yavaşladır

28 Noyabr 2025 05:05see131

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see129

KL: Samsunspor səfərdən 1 xalla dönür

28 Noyabr 2025 02:26see129

Yağlısı infarkta aparır Yağsızı min bir dərdə dərmandır

27 Noyabr 2025 01:02see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri