Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Bazar 60 faiz kiçilib...

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Azərbaycan dilinin dialekt bölünməsi Sevinc Qəmbərli

Azərbaycan dilinin dialekt bölünməsi Sevinc Qəmbərli

Icma.az, Kulis.az saytına istinadən bildirir.

Kulis.az Sevinc Qəmbərlinin "Azərbaycan dilinin dialekt bölünməsi" yazısını təqdim edir.

Azərbaycan dili türk dilləri ailəsinə daxil olan ən qədim dillərdən biridir. Azərbaycan dilində digər türk dillərinə nəzərən çoxsaylı innovasiyalar özünü göstərməkdədir. Belə ki, dilçilik ədəbiyyatında göstərilir ki, dillərin qədimliyi arxaizmlərin çoxluğu ilə deyil, innovasiyaların sayı ilə ölçülür. “Aydındır ki, kökdil formalarının dəyişməsi üçün dilin uzun sürən təkamül prosesi tələb olunur. Deməli, innovasiyaların üstün olduğu türk dilləri, o cümlədən Azərbaycan dili daha uzun sürən bir inkişaf yolu keçmişlər. Dialektlərin tarixi öyrənildikcə ədəbi dil faktı, bütünlükdə ədəbi dil mənzərəsi daha aydın, daha bütöv görünəcəkdir. Nəhayət, ayrı-ayrı dillərin tarixi dialektologiyasının yaradılması işi bizi kökdilin öyrənilməsi məsələsinə daha artıq yaxınlaşdıracaqdır” (Elbrus Əzizov “Azərbaycan dilinin tarixi dialektologiyası”. Bakı, 2016).


Azərbaycan dili dialektləri üç əsas ləhcədə birləşir: şimal-şərq ləhcəsi (Kürdən şimalda), qərb ləhcəsi (Kür və Araz çaylarının arasındakı ərazilərdə) və cənub ləhcəsi (Arazın sol sahili hissəsindən və Muğandan cənubda). Ləhcə dialektologiyada daha geniş miqyaslı bir ərazini əhatə edən termin kimi səciyyələndirilir, dilin dialekt bölünməsinin ən böyük vahididir. Çünki hər bir ləhcəyə bir çox şivələr daxildir ki, onlar da bir-biri ilə daha çox uyğunluq təşkil etməsinə görə şivə qruplarında birləşir. Şimal-şərq ləhcəsi Bakı-Şamaxı, Quba-Xaçmaz və Dərbənd şivə qrupları, qərb ləhcəsində Qazax-Borçalı, Qarabağ və Ayrım (Gədəbəy, Daşkəsən) şivə qrupları, cənub ləhcəsində isə Naxçıvan, Təbriz, Ərdəbil, Urmiya və s. şivə qrupları fərqləndirilir. Qarışıq tipli şimal-qərb şivələri də vardır ki, buraya Şəki, Oğuz, Qax, Zaqatala və Balakən şivələri daxil edilir. (Məhərrəm Məmmədli “Azərbaycan dialektologiyası”. Bakı, 2019).


Azərbaycan ərazisində keçid xarakterli şivələr də vardır ki, həmin şivələr eyni bir dilin daxilində olan iki ləhcənin sərhədində yerləşir, hər iki ləhcənin təsir dairəsindədir və onlara xas xüsusiyyətləri özündə əks etdirməkdədir. Dialektloloji araşdırmalara görə, Mingəçevir, Ağdaş, Göyçay, Ucar, Zərdab, Cəlilabad, İmişli, Cəbrayıl, Zəngilan, Qubadlı, Qarakilsə rayonlarının ərazisində keçid xarakterli şivələr yerləşir. Aralıq şivələr, başlıca olaraq, Kür çayının sol sahili boyunca və Azərbaycan Respublikasının cənub rayonları zonasında əmələ gəlmişdir. Azərbaycanın Şərqi Gürcüstan (Bolnisi, Dmanisi və s.), Qərbi Azərbaycan (Basarkeçər, Dərələyəz, Zəngəzur və s.) və Cənubi Azərbaycan (Təbriz və s.) ərazilərində mövcud olan şivələri də indiyədək kifayət qədər tədqiqata cəlb olunmuşdur. Şərqi Anadolu ərazisində iki dilin (Azərbaycan, türk) təsir dairəsində olan aralıq şivələri (Qars və s.) də tədqiqatdan kənarda qalmamış və dialektoloqlar tərəfindən müqayisəli şəkildə araşdırılmışdır.


Son onilliklərdə dilimizin dialekt təsnifi ilə yanaşı, bu sahədə olan termin və anlayışlarda da müəyyən dəyişikliklər olmuşdur. Belə ki, əvvəl “dialekt” termininə daha çox müraciət edildiyi halda, hazırda bunun yerinə “şivə” termininə üstünlük verilir. “Dialekt” daha çox məhdu bir ərazi, region ilə bağlıdır, areal yükü çoxdur, “şivə” termini isə daha çox linqvistik yönümlü hesab edilərək onun istifadəsi məqsədəuyğun hesab edilir. Əgər XX əsrdə olan araşdırmalarda “Gəncə dialekti” deyirdiksə, hazırda bunun yerinə “Gəncə şivəsi” deməyimiz məqbul sayılır. Əvvəl rayon mərkəzinin danışığı “dialekt”, kəndlərininki isə “şivə” adı altında izah edilirdi. Hazırda bunları yaxınmənalı terminlər kimi istifadə edirik və bir cümlə daxilində hər ikisinin verilməsi özünü doğrultmur, biri qeyd edilərsə daha məqsədəuyğun olardı.


Dialektoloji ədəbiyyatda verildiyi kimi, dialektlərin iki növü vardır: məhəlli dialektlər və sosial dialektlər. Sosial dialekt dedikdə, əhalinin müəyyən ictimai və peşə qruplarının nitqi nəzərdə tutulur. Azərbaycanın ayrı-ayrı bölgələrində maldarlıq, əkinçilik, meyvəçilik, balıqçılıq, ipəkçilik, arıçılıq, toxuculuq, dülgərlik və s. peşələrlə məşğul olurlar. Hər peşə sahəsinin özünəməxsus lüğət tərkibi vardır. Ədəbi dildə belə bu tip sözlər peşə-sənət leksikasına aid edilir. Sovetlər dönəmində dialektologiyaya həsr edilmiş müəyyən dissertasiya işlərinin adlarında “termin” ifadəsi verilmişdir (“Azərbaycan dilinin qərb qrupu dialekt və şivələrində heyvandarlıq terminləri” və s.). Lakin sonralar haqlı olaraq əlaqədar müzakirələrdə birmənalı olaraq qeyd edildi və qərara alındı ki, dialektologiyada termin axtarmaq və tematik söz qruplarını bu ad altında vermək doğru hesab olunmur. Halbuki, son illərdə bu sahə üzrə nəşr olunan kitablarda bunu izləyə bilirik (heyvandarlığa, bağçılığa, atçılığa, məişətə aid terminlər və s.).


Dialektlər dilimizin canlı arxividir, ədəbi dil ilə müqayisədə dialektlərə müdaxilələr və təsirlər daha az olur, nitqin daha təbii şəklidir. Dialektlərin müxtəlif laylarında (fonetik, leksik və qrammatik) rast gəlinən heç bir xüsusiyyət təsadüfi deyildir. Bu xüsusiyyətləri tarixin qədim və qaranlıq qatlarına işıq salan çıraqlar hesab etmək olar. Dialektlərin öyrənilməsi sürətli dağ çaylarında axıb gedən odun parçalarını tuta bilməyə bənzədilir. Dialektoloqlar dilçilik sahəsində ən çox xalq içərisində olan, xalqın ruhunu yaxından hiss edən alimlər hesab olunur. Artıq bir əsrdən çoxdur ki, Azərbaycan dialektologiyasında çox dəyərli, sanballı işlərə imza atılmışdır. Buraya müxtəlif bölgələrin şivələrinə həsr edilmiş çoxsaylı dissertasiya işlərini, dialektoloji lüğətləri, türk dilləri ailəsi içərisində ilk dəfə olaraq tərtib edilən dialektoloji atlasları, qohum dillər və onların dialektləri ilə müqayisəli şəkildə aparılan araşdırmaları və s. daxil etmək olar.

Nolanın "Odisseya"sı: Odisseyi kim oynayacaq? Dünyanın nə gözəl vaxtı görüşdük - Zəlimxan Yaqub Ailə biznesi haqqında film çəkilir
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:520
embedMənbə:https://kulis.az
archiveBu xəbər 26 Fevral 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see568

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see415

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see412

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see386

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see368

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see364

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see325

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see271

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see261

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see250

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see244

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see238

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see231

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see229

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see212

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see209

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see208

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see208

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see208

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri