Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Azərbaycan dilinin getdikcə inkişaf etməsini təmin edəcəyik

Azərbaycan dilinin getdikcə inkişaf etməsini təmin edəcəyik

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Bu gün dünyanın bütün xalqları üçün çox özəl və önəmli bir gündür. Belə ki, fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Biz bu günün yaranma, qeyd olunma tarixçəsinə fikir versək görərik ki, bu gün ana dili uğrunda mübarizənin nəticəsi olaraq beynəlxalq əhəmiyyət qazanıb. 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan dörd tələbənin öldürülməsi hadisəsi illər sonra (1999-cu ilin noyabrında) bu günün Beynəlxalq Ana Dili Günü elan edilməsi ilə nəticələnib. Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.
Beynəlxalq Ana Dili Günü həmin dörd gəncin qəhrəmanlığını bir daha insanların xatirəsində canlandırmaqla yanaşı, həmçinin Yer üzündə hər bir insana öz ana dilinə sahib çıxmağın nə qədər vacib olduğu düşüncəsini aşılayır. Hər bir insan başa düşür ki, öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Çünki ana dili (dövlət dili) hər bir xalqın maddi-mənəvi irsini qoruyan və onun əqli-intellektual inkişafını stimullaşdıran, yaradıcı potensialını zənginləşdirən ən mühüm və ən güclü vasitədir. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, o millətin hər bir fərdinə öz soydaşları ilə ünsiyyət qurmasında kömək edir, körpü rolunu oynayır. Millətin həmrəyliyi ana dilindən başlayır.
Bir dilin dövlət dili statusuna yüksəlməsi isə həm o dilin öz tarixinin, həm də bütövlükdə milli dövlətçilik tarixinin ən parlaq, qızıl səhifəsi sayılır. Dilin dövlət dili səviyyəsinə yüksəlməsi suverenlik, milli mövcudluq məsələsidir. Azərbaycan dili (Azərbaycan türkcəsi) də bu tarixi mərhələyə uğurla adlayan dünya dillərindən biridir. "Kitabi-Dədə Qorqud" dastanımız dövlət dilimizin tarixi təsdiq nümunəsidir. Səfəvilərin zamanında ana dilimiz yenidən dövlət (saray) dili səviyyəsinə yüksələrək ərəb-fars dillərinin hökmranlığına son qoyub. Həmçinin Cümhuriyyət dönəmində də (1918-1920) ana dilimiz bütün Türk-İslam dünyasında ilk rəsmi dövlət dili statusu qazanan bir dil kimi tanınıb.
Ulu Öndər Heydər Əliyev isə ana dilimizin hərtərəfli inkişafında və onun müstəqil ölkənin dövlət dili kimi beynəlxalq miqyasda qəbul olunmasında, milli varlığımızın simvoluna çevrilməsində müstəsna rol oynayıb. Məhz Ulu Öndərin təşəbbüsü ilə 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi qorunması və inkişaf etdirilməsi sahəsində yeni mərhələnin əsasını qoyub. Bu qanun Azərbaycan dilinin bütün dünya azərbaycanlılarının mənəvi dayaq nöqtəsinə çevrilməsində mühüm rol oynayıb. Prezident İlham Əliyev də Ulu Öndərin dil siyasətini prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayır.
2015-ci ilin noyabr ayının 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyində çıxışı zamanı Prezident İlham Əliyev ana dilimizin zənginliyindən danışaraq bildirmişdi ki, "Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik". Məhz bu məqsədlə, İlham Əliyev dilimizin saflığını qorumaq üçün AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun qarşısında mühüm vəzifələr qoyub. Həmçinin, 2017-ci il oktyabr ayının 6-da dövlət başçısının tapşırığı ilə Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfransın keçirilməsi dilimizin qorunması və inkişafı istiqamətində atılan növbəti addım idi. Daha sonra, 2018-ci il iyulun 18-də ­Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam imzalaması dilimizin tətbiqi dairəsinin genişləndirilməsinə təkan verib. Prezident İlham Əliyevin 1 noyabr 2018-ci il tarixində imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı da dilimizin inkişafı və qorunması işinə böyük diqqət və qayğının təzahürüdür.
Bütün bu qanun və fərmanlar ana dilimizin qorunması və inkişaf etdirilməsinə xidmət edir. Lakin ana dilimizi qorumaq və inkişaf etdirmək həm də bizim hər birimizin müqəddəs borcumuzdur. Biz öz ana dilimizi sevməli və onu göz bəbəyimiz kimi qorumalıyıq. Ana dilimizi yad dillərin ayağına verməməliyik. Çünki ana dili millətin mənəvi güc və siyasi dirilik vasitəsidir. Bu həqiqəti Ayaz Salayev kimi rus dili aşiqləri də başa düşməlidirlər. Ulu Öndərimiz Heydər Əliyevin bu sözlərini hər bir soydaşımız yadda saxlamalıdır: “Mən bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan dili XX əsrdə böyük inkişaf yolu keçmişdir. İndi baxın bizim dilimiz nə qədər zəngindir, nə qədər məlahətlidir, nə qədər şirindir və bütün fikirləri ifadə etməsi üçün nə qədər söz ehtiyatlarına malikdir. Biz Azərbaycanda Azərbaycan dilinin hakim olmasını, Azərbaycan dilinin getdikcə inkişaf etməsini təmin edəcəyik”.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 21 Fevral 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see443

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see425

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see407

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see277

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see273

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see262

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see257

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see244

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see237

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see227

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see218

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see213

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see199

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see195

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see189

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see189

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see188

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see183

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see165

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri