Icma.az
close
up
RU
Azərbaycan diplomatik krizin qarşısını aldı Terrora cəhdin təfərrüatları

Azərbaycan diplomatik krizin qarşısını aldı Terrora cəhdin təfərrüatları

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dövlət Təhlükəsizliyi Xidməti yanvar ayının 27-də xarici ölkənin Azərbaycandakı səfirliyinə qarşı terror hücumu etməyə hazırlaşan şəxsləri həbs edib. 

Bu, dövlətin terrorla mübarizə sisteminin yüksək səviyyədə işlədiyini göstərir.

Həmçinin məlum olub ki, sözügedən şəxslər İsrailin Bakıdakı səfirliyinin yaxınlığında ələ keçiblər. İsrailin xarici kəşfiyyat xidməti (Mossad) qeyd edib ki, hədəf onların səfirliyi olub. 

Bu hadisə Azərbaycan üçün yalnız daxili təhlükəsizlik məsələsi deyil, həm də regiondakı geosiyasi dinamika və beynəlxalq əməkdaşlığa təsir edən bir amildir. Hədəf kimi diplomatik obyektlərin seçilməsi dünyanın müxtəlif yerlərində terror hücumlarının prioritetlərindən biridir və belə planların qarşısının alınması hər bir dövlət üçün əsas siyasi və təhlükəsizlik vəzifəsidir.

Xatırlatmaq lazımdır ki, oxşar terror hücumu planı üç il bundan əvvəl Azərbaycanın Tehrandakı səfirliyinə də edilmişdi. Təəssüf ki, bu plan reallaşmışdı. 

Terroru törədən İran vətəndaşı Yasin Hüseynzadə "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Cinayətkarı zərərsizləşdirən Tağıyev Vasif Natiq oğlu isə ağır yaralanıb. 

Şəhid Orxan Əsgərovun dəfn mərasimi.  30 yanvar, 2023-cü il. Foto: "Unikal"

Hadisədən sonra Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri 29 yanvar 2023-cü il tarixində Tehrandan Bakıya təxliyə olunub.

İki dövlət arasında aparılmış danışıqlar nəticəsində 15 iyul 2024-cü il tarixindən etibarən Azərbaycanın İrandakı səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib, səfir və səfirliyin heyəti İrana geri dönüb.

Bu mənada demək yerinə düşər ki, səfirliyə hücumun uğurla iflasa uğradılması ilə Azərbaycanın xüsusi xidmət orqanı diplomatik krizin qarşısını alıb. 

Ümumiyyətlə, Azərbaycan-İsrail münasibətləri son illərdə strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Əlaqələrin güclü olduğu bir dövrdə səfirliyə yönəlik terror planının ortaya çıxması, ehtimal ki, bu əməkdaşlığın əleyhdarlarının narahatlığından qaynaqlanır. 

Həbs olunmuş şəxslərin yaşının gənc olması (2000 və 2005-ci il təvəllüdlü) radikallaşma tendensiyası barədə cəmiyyətdə suallar yaradır. Əksər hallarda radikal ekstremist qruplar gənclərə təsir göstərərək onların ideologiyasını mənimsəməyə çalışır. Bu isə həm təhsil, həm sosial siyasət, həm də dini maarifləndirmə sahələrində dövlətin daha çox diqqət tələb edən mövqeyə malik olduğunu xatırladır.

Bəlkə də elə bunun nəticəsidir ki, yanvar ayının 28-də Milli Məclisdə müzakirə olunan "Uşaq hüquqları haqqında" qanun layihəsində uşaqların dini ayinlərdə iştiraka məcbur edilməsinin qadağan olunacağı bildirilib. 

Qeyd olunub ki, uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır. Uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir.

Nazirin Bakıya səfərindən bir gün sonra...

Daha bir diqqətçəkən məqam odur ki, "Vilayəti-Xorasan" silahlı qruplaşmasının İsrail səfirliyinə qarşı terror cəhdi Xarici İşlər Naziri Gideon Saarın Bakıya səfərindən bir gün sonra baş verib. Bəlkə də hadisələr elə həmin gün cərəyan edib və hədəf nazirin özü olub. 

Belə hücum planları adətən təsadüfi vaxta salınmır. Zamanlama göstərir ki, məqsəd fiziki zərərdən çox simvolik təsir yaratmaqdır.

Mesajın mahiyyəti isə bunlardır: Azərbaycan-İsrail yaxınlaşması qəbul edilmir, bu əməkdaşlıq təhlükəsizlik riski yaradır, Azərbaycan-İsrail münasibətlərinin regionda əleyhdarları var.

Yəni hədəf təkcə İsrail səfirliyi yox, Azərbaycanın seçdiyi xarici siyasət kursudur.

Gideon Saarın səfəri iki ölkə arasında təhlükəsizlik, enerji, regional əməkdaşlıq mövzularında əlaqələrin dərinləşdiyini göstərirdi. Terror planı isə bu yaxınlaşmaya qarşı dolayı yolla sabotaj cəhdi kimi oxuna bilər.

Azərbaycanın təmkinli cavabı

Terror cəhdindəki siyasi mesaj bu əməkdaşlığın risksiz olmadığını və daxili sabitliyə təsir göstərə biləcəyindən ibarətdir. 

Bu, klassik asimmetrik təzyiq üsuludur. Yəni dövlətə yox, onun tərəfdaşına zərbə vurmaqla mesaj vermək.

İsrailin regiondakı fəaliyyəti ilə bağlı gərginliklərin Cənubi Qafqaza daşınması cəhdi də bu kontekstdə mümkündür.

Burada mesaj həm İsrailə, həm də Azərbaycanadır. 

İsrailə: "Siz harada varsınızsa, risk də oradadır"!

Azərbaycana: "Bu münaqişənin tərəfi kimi görünə bilərsiniz"!

Bu, xüsusən radikal ideoloji qrupların tez-tez istifadə etdiyi ritorikadır.

Azərbaycanın verdiyi cavab isə səssiz, amma aydın oldu. 

Ən önəmli cavab, əslində, sürətli əməliyyat və həbslərlə verildi.

Azərbaycan öz ərazisində kiminlə necə əməkdaşlıq edəcəyinə özü qərar verir və bunu güc və ya terror yolu ilə dəyişmək mümkün deyil!

Ağarza Elçinoğlu 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://unikal.az
archiveBu xəbər 29 Yanvar 2026 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see436

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see269

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see202

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see201

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see184

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see184

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see180

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see180

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see166

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see163

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see163

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see156

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see152

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see152

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see151

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see151

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see150

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see149

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see146

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri