Yerli turistlər meşə zonasını zibilxanaya çevirib; sakinlər narazıdır ŞİKAYƏT VİDEO
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanın şimal zonası paytaxta yaxınlığı, meşələri, çayları, dənizi və dağ mənzərələri ilə həm yerli, həm də xarici turistlərin ən çox üz tutduğu bölgələrdən biridir. Xüsusilə Xudat və Nabran bölgəsi təbiəti və iqlim şəraiti ilə seçilir. Lakin bu potensiala baxmayaraq, bəzi yaşayış məntəqələrində ciddi nəzarətsizlik müşahidə olunur.
Avtosfer.az xəbər verir ki, Xudat şəhərinin Çaxçaxlı kəndi ərazisində ekoloji vəziyyətlə bağlı narahatlıq doğuran faktlar qeydə alınıb. Yerli sakinlərin və bölgədə olan şəxslərin bildirdiyinə görə, məişət tullantılarının atılması üçün kənd sakinlərinə meşə və çay kənarları göstərilib. Bu isə həm ətraf mühitin çirklənməsinə, həm də bölgənin turizm potensialının zədələnməsinə səbəb olur.
Məlumata görə, zibil məhz meşə ərazilərinə və çay yataqlarının yaxınlığına atılır. Bu hal su ehtiyatlarının çirklənməsi ilə yanaşı, flora və fauna üçün də ciddi təhlükə yaradır. Sakinlər bildirirlər ki, tullantıların basdırılması və ya müvafiq poliqona daşınması üçün heç bir alternativ təqdim edilməyib.
Diqqət çəkən digər məsələ isə kəndin infrastrukturu ilə bağlıdır. Qeyd olunur ki, bəzi yaşayış məntəqələri faktiki olaraq sivilizasiyadan kənarda qalıb, normal avtomobil yolları mövcud deyil. Hətta ictimai nəqliyyatın davamlı fəaliyyəti belə təmin olunmayıb ki, bu da sakinlərin gündəlik həyatını daha da çətinləşdirir.
Eyni zamanda yay mövsümündə çimərlik ərazilərinə iribuynuzlu heyvanların buraxılması ilə bağlı da narazılıqlar səsləndirilir. Bu hal həm sanitar-gigiyenik normalara ziddir, həm də istirahətə gələn vətəndaşların narazılığına səbəb olur.
Sakinlər aidiyyəti qurumlara müraciət edərək bölgədə tullantıların idarə olunması, yol infrastrukturu və ekoloji nəzarətin gücləndirilməsini tələb edirlər.
Eltac Zülfüqaroğlu
Oxunub 238
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 29 Yanvar 2026 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















