Icma.az
close
up
RU
Azərbaycan diplomatiyasının növbəti uğuru

Azərbaycan diplomatiyasının növbəti uğuru

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dövlətimizin başçısı İlham Əliyevin bu günlərdə Almaniya Federativ Respublikasına rəsmi səfəri ölkə və dünya mətbuatında geniş işıqlandırılır. Cənubi Qafqazın iqtisadi və siyasi güc mərkəzi olan Azərbaycan ilə Avropa İttifaqının aparıcı hərəkətverici qüvvəsi olan Almaniya arasındakı yüksəksəviyyəli təmaslar, sadəcə ikitərəfli əlaqələrin deyil, bütövlükdə Avrasiya məkanındakı strateji dialoqun yeni mərhələsini rəsmiləşdirir. Səfər zamanı keçirilən görüşlər, imzalanan sənədlər iki ölkənin münasibətlərinin gələcək inkişafı barədə aydın təsəvvür yaratdı.

Qeyd edək ki, Almaniya Federativ Respublikası ilə Azərbaycan arasında diplomatik münasibətlər 20 fevral 1992-ci il tarixində qurulmuşdur. Elə həmin il hər iki ölkədə səfirliklər fəaliyyətə başlayıb. Həmin vaxtdan indiyə qədər Azərbaycan və Almaniya arasında davamlı siyasi dialoq, iqtisadiyyat və humanitar sahələrdə geniş əməkdaşlıq həyata keçirilir. Dövlətimizin başçısı İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə apardığı müzakirələr regional təhlükəsizlik, Cənubi Qafqazda dayanıqlı sülhün və sabitliyin təmin olunması istiqamətində tərəflərin mövqelərinin yaxınlığını növbəti dəfə nümayiş etdirdi. Almaniya tərəfi Azərbaycanın regionda sülh gündəliyinin formalaşdırılması sahəsindəki səylərini və lider rolunu yüksək qiymətləndirir. Federal Kansler Fridrix Merts ilə keçirilən təkbətək və geniş tərkibdə görüşlər siyasi münasibətlərin iqtisadi müstəviyə uğurlu transformasiyasını sürətləndirdi. Kanslerin bəyanatlarında səslənən fikirlərdən bir daha aydın olur ki, Berlin rəsmi Bakını təkcə regional tərəfdaş deyil, həm də Avropanın enerji və logistika təhlükəsizliyinin əsas təminatçılarından biri kimi qəbul edir.

Dövlətimizin başçısı İlham Əliyev Federal Kansler Fridrix Merts ilə mətbuata birgə bəyanatında “İkitərəfli gündəliyimiz kifayət qədər genişdir. Biz bu barədə Sizinlə həm təkbətək görüşdə, həm də geniş tərkibdə görüş əsnasında fikir mübadiləsi aparmışıq. Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda öz təsirini artırmaqdadır. Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcəkdir” söyləyərək onu da əlavə etdi ki, bir çox Almaniya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir. Fəal iş görən şirkətlərin sayı 200-dən çoxdur. Bugünkü səfərdən sonra onların sayı daha da artacaq. Qarşılıqlı sərmayə qoyuluşu məsələləri müzakirə edilir. Alman şirkətlərinin daha geniş çərçivədə Azərbaycanda fəaliyyəti üçün konkret təkliflər irəli sürülmüşdür. O da qeyd edildi ki, bu ildən başlayaraq Azərbaycan öz təbii qazını Almaniyaya ixrac etməyə başlamışdır. Beləliklə, bizim qazımız bu gün Avropa İttifaqına üzv 10 ölkəyə çatdırılır və şübhəsiz, bu, enerji təhlükəsizliyi üçün çox böyük töhfədir. Nəzərə alsaq ki, Azərbaycan öz neftini də Almaniyaya ixrac edir və gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir, enerji sahəsində əməkdaşlıq çox genişmiqyaslı olacaqdır.

İmzalanmış sənədlər əlaqələrimizi yeni səviyyəyə qaldıracaq. Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Mertsin “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”ni imzalamaları, həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamənin imzalanması iki ölkə arasında əməkdaşlığın inkişafını yeni mərhələyə yüksəldəcək. İkitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə iki ölkə arasında əməkdaşlığı ayrı-ayrı sahələr üzrə münasibətlərdən çıxararaq vahid strateji çərçivəyə salır və siyasi dialoq, iqtisadiyyat, enerji, təhlükəsizlik, elm, texnologiya, təhsil və humanitar əməkdaşlıq istiqamətlərini uzunmüddətli inkişaf konsepsiyası ətrafında birləşdirir.

Almaniya İtaliyadan sonra Azərbaycanın Qərbi Avropanın böyük dövlətləri ilə strateji çərçivə sənədi imzaladığı ikinci ölkədir. Bu, Azərbaycanın Avropanın aparıcı siyasi və iqtisadi gücləri ilə münasibətlərinin dərinləşməsinin ardıcıl xarakter aldığını nümayiş etdirir.  Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri birmənalı olaraq Azərbaycan diplomatiyasının növbəti böyük uğurudur.

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 İyul 2026 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri