Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında milli opera incilərindən ibarət möhtəşəm simfonik konsert FOTO
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri, teatrın baş dirijoru və Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi altında yüksək peşəkarlıqla çıxış edərək tamaşaçılara yaddaqalan musiqi gecəsi bəxş edib.
Konsertdə Xalq artisti Elçin Həşimov, Əməkdar artist Elnur Əhmədov, eləcə də solistlər Renata Abubəkirova, Nərgiz Hüseynzadə, Yuliya Motorina və Mirxalid Məmmədzadə iştirak ediblər. Tar ustası Elçin Həşimov və kamança ifaçısı Elnur Əhmədovun virtuoz çıxışları tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Proqram Qara Qarayev, Oqtay Zülfüqarov, Hacı Xanməmmədov və Azər Rzayevin əsərlərini əhatə edib. Gecənin zirvəsi isə Fikrət Əmirovun "Nəsimi dastanı" əsərinin səsləndirilməsi olub və zalda xüsusi emosional atmosfer yaradıb.
Konsert gurultulu alqışlarla başa çataraq milli musiqi irsinin təbliği istiqamətində növbəti uğurlu layihə kimi yadda qalıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 02 Dekabr 2025 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















