Azərbaycan dövlət və icmal büdcələrin gəlirləri proqnozu üstələyib
Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu ilin yanvar-mart aylarında Azərbaycan dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub.
"Unikal" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 265 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.
Bu ilin yanvar-mart ayları ərzində dövlət büdcəsinin gəlirləri 9 599,0 milyon manat təşkil edib ki, bu da proqnozu 458,9 milyon manat və ya 5 % üstələyib.
Yanvar-mart ayları ərzində dövlət büdcəsinin xərcləri 8 milyard 12,5 milyon manat proqnoza qarşı 7 milyard 817,1 milyon manat məbləğində icra edilib ki, bu da 97,6 % təşkil edir.
Bu ilin yanvar-mart ayları ərzində icmal büdcənin gəlirləri 8 milyard 852,6 milyon manat, xərcləri isə 9 milyard 43,6 milyon manat məbləğində icra edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 07 Aprel 2026 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















