Icma.az
close
up
RU
İcmal büdcənin gəlirləri proqnozu 11% üstələyib

İcmal büdcənin gəlirləri proqnozu 11% üstələyib

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Bu ilin 10 ayında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub.

Bu barədə "APA-Economics"ə Maliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, dövr ərzində xəzinədarlıq orqanları tərəfindən 1 milyon 283 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.

Cari ilin yanvar-oktyabr ayları ərzində icmal büdcənin gəlirləri 40 960,7 milyon manat təşkil edib ki, bu da on aylıq proqnozu 3 946,5 milyon manat və ya 10,7 faiz üstələyib.

Eyni dövrdə dövlət büdcəsinin gəlirləri 32 891,4 milyon manat təşkil edib ki, bu da on aylıq proqnozu 536,8 milyon manat və ya 1,7 faiz üstələyib.

Dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 14 378,3 milyon manat təşkil edərək proqnozdan 752,3 milyon manat və ya 5,5 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 38,6 milyon manat təşkil edərək proqnozdan 9,5 milyon manat və ya 32,6 faiz, sair daxilolmalar 614,8 milyon manat təşkil edərək proqnozdan 156,1 milyon manat və ya 34,0 faiz çox, Dövlət Neft Fondundan transfert isə 12 067,5 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.

Eyni zamanda, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 5 255,7 milyon manat təşkil edərək proqnoza qarşı 96,8 faiz, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 536,5 milyon manat təşkil edərək proqnoza qarşı 72,2 faiz icra olunub.

2025-ci ilin 10 ayı ərzində İcmal büdcənin xərcləri 32 691,7 milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin 10 aylıq icra göstəriciləri ilə müqayisədə 872.7 milyon manat və ya 2,7 faiz çoxdur.

Həmin dövrdə dövlət büdcəsinin xərcləri isə 27 720,6 milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 387,6 milyon manat və ya 1,4 faiz azdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://apa.az
archiveBu xəbər 13 Noyabr 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see614

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see315

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see305

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see298

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see294

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see293

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see281

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see265

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see260

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see252

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see247

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see238

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see233

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see229

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see229

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see227

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see225

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri