Icma.az
close
up
RU
Azərbaycan dövlətçiliyi tarixi və milli adət ənənlərin təbliği

Azərbaycan dövlətçiliyi tarixi və milli adət ənənlərin təbliği

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İSTİQAMƏT: 6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

`Azərbaycanın dövlətçilik tarixi qədim dövrlərə gedib çıxır. Belə ki, tarixən bu ərazidə Manna, Midiya, Qafqaz Albaniyası, Şirvanşahlar, Eldənizlər, o cümlədən ilk dəfə Azərbaycanın vahid dövlət altında birləşdiyi Səfəvilər İmperiyası kimi böyük dövlətlərimiz olub. Cəsarətlə deyə bilərik, Azərbaycan dövlətçiliyi deməkolar ki, bütün tarixi dövlət tiplərini yaşayıb. Səfəvilər dövlətinin süqutundan sonra parçalanan, xanlıqlara bölünərək idarə olunan Azərbaycan Rusiya ilə İran arasında poliqona çevrilmişdi.

Gülüstan müqaviləsindən sonra faktiki olaraq Azərbaycan ikiyə parçalandı: Şimali və Cənubi Azərbaycan. 1828-ci il Türkmənçay və 1829-cu il Ədirnə sülh müqavilələrindən sonra Azərbaycanın şimalı və Cənubi Qafqaz bütövlükdə Çar Rusiyasının idarəetməsinə keçdi. Nəhayət, 1918-ci il 28 mayda Zaqafqaziya Seymindən ayrılaraq Şərqdə ilk demokratik ölkə qurduq. Təəssüf ki, bu dövlət cəmi 23 ay yaşaya bildi və 70 illik müddətdə SSRİ tərəfindən işğal edildi.

Mövzu ilə bağlı “Cebheinfo.az”-a danışan Ümid Partiyası sədrinin müavini İlahə Sadıqova deyib ki, XX yüzilin sonunda dünyada baş verən qlobal proseslər, xüsusən də Varşava Müqaviləsi Təşkilatının ləğv edilməsi, “soyuq müharibə”nin başa çatması, SSRİ-nin dağılması beynəlxalq aləmdə siyasi mühitin ciddi şəkildə dəyişməsinə və yeni geosiyasi vəziyyətin yaranmasına səbəb oldu:

“Postsovet məkanında meydana çıxan yeni müstəqil dövlətlərin bilavasitə beynəlxalq münasibətlər sisteminə qatılması və öz maraqlarını ifadə edən xarici siyasət kursunu həyata keçirməyə başlaması dünyada dövlətlərarası münasibətlərin yeni düzəninin formalaşmasına gətirib çıxardı.

Bu, bir tərəfdən, beynəlxalq aləmdə siyasi gərginliyin azalması, qlobal qarşıdurmanın aradan qalxması ilə səciyyələnirdisə, digər tərəfdən, siyasi, iqtisadi və hərbi baxımdan strateji əhəmiyyət kəsb edən və mənafelərin kəsişdiyi məntəqələrə çevrilən bir sıra məhəlli mərkəzlərin meydana çıxması ilə müşayiət olunurdu”.

Partiya yetkilisi qeyd edib ki, mühüm geosiyasi məkanda yerləşən Azərbaycan Respublikasının 1991-ci il oktyabrın 18-də yenidən öz dövlət müstəqilliyini bəyan etməsi və 80-ci illərin sonu - 90-cı illərin əvvəllərində beynəlxalq aləmdə baş verən dəyişikliklər milli dövlətçilik prinsiplərinə uyğun yeni xarici siyasət kursunun formalaşdırılması və həyata keçirilməsini ən vacib məsələ kimi ön plana çəkdi:

“Qısa müddət ərzində dünyanın bir sıra dövlətləri tərəfindən rəsmi surətdə tanınmış Azərbaycan Respublikası 1992-ci il martın 2-də BMT-nin üzvlüyünə qəbul edildi. Azərbaycan dövlətinin xarici siyasət fəaliyyətinin Dağlıq Qarabağda erməni separatizmi və Ermənistanın hərbi təcavüzü ilə dərinləşən ciddi siyasi və iqtisadi problemlərlə müşayiət olunması onun diplomatiyası qarşısında çox mühüm vəzifələr qoyurdu.

Təcavüzün və millətçi separatizmin qarşısını almaq, onların ağır nəticələrini aradan qaldırmaq, dövlətin ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək, dünya birliyi ilə siyasi və iqtisadi inteqrasiyaya girmək zərurəti məqsədyönlü, ardıcıl və fəal xarici siyasətin həyata keçirilməsini tələb edirdi.

Beynəlxalq birliyi Azərbaycan ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması zəruriliyinə inandırmaq, milli maraqları dünya dövlətlərinin kəsişən və toqquşan mənafeləri ilə uzlaşdırmaq, Azərbaycanın müstəqilliyinə və təhlükəsizliyinə beynəlxalq təminat almaq üçün çox ciddi səylər edilməli və gərgin fəaliyyət göstərilməli idi. Nəhayət, göstərilən səylər nəticə verdi.

Dünyada yeni geopolitik vəziyyətin yaranmasından məharətlə istifadə edən Azərbaycan erməni separatçıları tərəfindən işal olunan torpaqlarını azad etməklə regionda yeni bir gücə çevrildi. Azərbaycanın bu tarixi qələbəsi milli özünüdərk, milli kimlik baxımından da əhəmiyyətli bir hadisə oldu”.

İ.Sadıqova bildirib ki, XXI əsrdə artıq dünya fərqli baxışlarla idarə olunmağa başlanıldı:

“Milli və ideoloji konsepsiyalar sıradan çıxarıldı və qloballaşma ideyası ortaya atıldı. Qloballaşma mahiyyət etibarilə dünya dövlətlərinin bütövlüyünün, mədəni, iqtisadi münasibətlərdə ayrı-seçkiliyin aradan gotürülməsinə xidmət etməlidir. Təbii ki, bu gün qloballaşmanın bir çox ölkələr üçün yaratmış olduğu problemlər bizi çox narahat edir. Çünki qloballaşmanın üzdə olmayan məqsədləri də vardır ki, son nəticədə mədəni tərəqqiyə ağır ziyan vurur. Siyasi sahədə qloballaşma milli dövlətçilik, milli-mənəvi dəyərlər problemi ilə qarşılaşır.

Milli özünüdərk, milli ləyaqət siyasi qloballaşmanın əsas problemidir. İnteqrasiya prosesinin qaçılmaz olduğu bir zamanda milli-mənəvi, əxlaqi və tərbiyəvi dəyərlərimizin qorunmasına maraq daha da artmışdır. Buna səbəb, qloballaşmanın doğurduğu ziddiyyətlərdir. Bir tərəfdən qalballaşma mədəniyyətlərin inteqrasiyasına xidmət edir, digər tərəfdən milli mədəniyyətləri sıradan çıxarır. Buna gorə də biz milli-mənəvi dəyərləri qorumalı, milli mədəniyyətimizi millətin qloballaşmadan özünü müdafiə vasitəsinə çevirməliyik.

Bu gün cəmiyyətimizi narahat edən məsələlərdən biri də milli adət-ənənələrimizin itirilməsi, yeni dəyərlərlə əvəzlənməsidir. Xüsusilə gənclərqloballaşmanın təsirinə daha çox məruz qalırlar və öz köklərindən, dəyərlərindən uzaqlaşırlar. Bu, bizim mədəniyyətin gələcək perspektivdə yox olaraq digər mədəniyyətlərin assimizlyasiya qurbanına çevrilməsinə səbəb ola bilər. Çünki müasir Azərbaycan böyük bir coğrafiyanı əhatə etmir və onun böyük mədəniyyətlərin təsiri altında yox olma riski yüksəkdir.

Əslində, bunun qarşısını almaq elə də çətin məsələ deyil. Çünki müasir dövrdə təbliğat üçün çox geniş platformalar var ki, böyük auditoriyaya xitab edə bilir. Bunlardan ən populyarı sosial şəbəkələrdir ki, onların da ən çox istifadəçləri gənclər və yeniyetmələrdir. Sosial şəbəkələrdə müxtəlif axınlar yaradılır və o axınlara dünyanın hər bir yerindən qoşulanlar olur.

Həmin üsullardan istifadə etməklə milli dəyərlərimizi, adət-ənənələrimizi təbliğ etmək üçün yararlana bilərik. Bunun üçün sadəcə Mədəniyyət nazirliyi daha praktik fəaliyyətlə məşğul olmalı, kreativ gəncləri ətrafına toplamalıdır”.

Sədr müavini əlavə edib ki, mədəniyyət təkcə maddi irsdən ibarət deyil:

“Təəssüf ki, maddi irsimizi də kifayət qədər qoruya bilməmişik. Bu gün Azərbaycan daxilində nə qədər diqqətdən kənarda qalan maddi abidə nümunələrimiz var ki, ciddi restavrasiyaya və ümumiyyətlə, tanıdılmasına ehtiyac var. Bu, Azərbaycanın turizm bazasını da genişləndirməyə kömək ola bilər. Eləcə də adət-ənənələrin qorunması və təbliği. Bu gün dünya artıq ənənəvi yayım vasitələrindən uzaqlaşıb.

Hər kəs artıq smartfonlar vasitəsilə hər şeyi araşdırır, öyrənir, marağı yaranır. Bir turist dincəlmək üçün hər hansı ölkəni seçmək üçün onun təbiəti, mətbəxi, maddi və mənəvi mədəniyyət nümunələri və xidmət sektorunun keyfiyyəti ilə maraqlanır və bu gün bütün bu məlumatları əldə etmək olduqca rahatdır. Ona görə də düşünürəm ki, internet bu gün ən güclü təbliğat maşınıdır və ondan istifadə etməyi bacarmalıyıq.

Eləcə də adət-ənənələrimizin yox olmasından şikayətlənən böyüklər övladlarını tərbiyə edərkən onlara ənənələrimizi aşılamağı bacarmalıdırlar, çünki hər şey ilk növbədə ailədən gəlir. Təəssüf ki,bu gün artıq elə bir nəsil yetişib ki, tamamilə mənəvi mədəniyyətimizdən uzaqlaşıb, yad dəyərləri mənimsəyib və onun daşıyıcısına çevrilib.

Yad ünsürləri mədəniyyətimizdən uzaqlaşdırmağın, arındırmağın yeganə yolu öz dəyərlərimizin, adət-ənələrimizin düzgün və effektik metodlarla yenidən aktuallaşmasına təkan verməkdir. Bunun üçün də vətəni, milləti sevən kreativ ideyalı gəncləri bu sahəyə cəlb etmək və effektiv platformalarda təbliğat zəncirini qurmaq mütləqdir”.

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Vilayət Muxtar
“Cebheinfo.az”

 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Avqust 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri