Icma.az
close
up
RU
Azərbaycan dünyada ekoloji tarazlığın qorunmasına mühüm töhfələr verir

Azərbaycan dünyada ekoloji tarazlığın qorunmasına mühüm töhfələr verir

525.az saytına istinadən Icma.az xəbər verir.

Gələn il Azərbaycan "Ümumdünya Ətraf Mühit Günü"ü ("World Environment Day") tədbirinə ev sahibliyi edəcək. Bu barədə Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Cənubi Koreyanın paytaxtı Seulda keçirilən eyni adlı tədbirdə çıxışı zamanı bildirib. Nazir müavini 2026-cı ildə Azərbaycanda 13-cü "Ümumdünya Şəhərlər Forumu"nun (WUF13) keçiriləcəyini də xatırladıb. O, gələn il Bakının iki tədbiri qəbul etməyə hazırlaşdığını vurğulayaraq, bu istiqamətdə töhfə verməyə, beynəlxalq ictimaiyyətlə təcrübə mübadiləsində, daha dayanıqlı şəhərlər və icmalar yaratmağa imkan verəcək.

Koreyada keçirilən tədbirdə estafet 2026-cı il "Ümumdünya Ətraf Mühit Günü" tədbirinin ev sahibi olaraq Azərbaycan tərəfindən rəsmən qəbul edilib. Bununla, bu mötəbər tədbirin ölkəmizdə UNEP ilə birgə təşkili prosesinə start verilib.

Xatırladaq ki, "Ümumdünya Ətraf Mühit Günü" 1972-ci ildə Stokholmda keçirilən BMT konfransında təsis olunub və dünyanın ən genişmiqyaslı ətraf mühit kampaniyasıdır. İlk dəfə 1973-cü ildə qeyd olunmağa başlayan bu gün artıq 150-dən çox ölkədə milyonlarla insanı birləşdirən qlobal platformaya çevrilib. Bu platforma vasitəsilə fərdlər, hökumətlər, bizneslər və təşkilatlar ətraf mühitin qorunması istiqamətində fəaliyyətlərini geniş ictimaiyyətlə bölüşür və iqlim dəyişikliyi, biomüxtəlifliyin qorunması, hava və su ehtiyatlarının mühafizəsi kimi məsələlərə diqqəti artırırlar.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bildirib ki, Azərbaycan dünya dövlətlərini 2026-cı il iyunun 5-də Bakıda keçiriləcək "Ümumdünya Ətraf Mühit Günü"ndə (World Environment Day) iştiraka dəvət edir: "Azərbaycan 2026-cı ildə hər iki tədbiri Bakıda qəbul etməyə hazırlaşır. Biz öz töhfəmizi verməyə, beynəlxalq ictimaiyyətlə təcrübə mübadiləsində, daha dayanıqlı şəhərlər və icmalar yaratmağa imkan verəcək həllərin tətbiqində əməkdaşlıq etməyə hazırıq. Bu baxımdan biz Cənubi Koreyanın "ağıllı şəhərlər"in inkişafında liderliyini alqışlayırıq. Cənubi Koreya "Dünya Ətraf Mühit Günü"ndə sədrliyi Azərbaycana təhvil verib. Bu məsuliyyəti öz üzərimizə götürmək və işi davam etdirmək bizim üçün böyük şərəfdir. Biz sizi 5 iyun 2026-cı il tarixində bu mühüm missiyanı birlikdə davam etdirmək üçün Azərbaycana qoşulmağa səmimi qəlbdən dəvət edirik".

Ölkədə həyata keçirilən genişmiqyaslı yaşıllaşdırma kampaniyaları, ətraf mühitə zərərli tullantıların azaldılması istiqamətində reallaşdırılan tədbirlər, alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi respublikamızda ekoloji mühitin əsaslı şəkildə sağlamlaşmasını təmin edib

Ekoloji problemlər müasir dünyada getdikcə daha çox narahatlıq doğuran məsələlərdən birinə çevrilib. Çin, Hindistan kimi böyük dövlətlərin iri şəhərlərində ekoloji problemlər, havanın, suyun çirklənməsi böhran həddinə çatıb. Canlılar aləmini təhdid edən qlobal istiləşmənin sürətlənməsində də ekoloji problemlərin, atmosferdəki zərərli qazların artmasının rolu artıq geniş miqyasda qəbul olunur.

Təsadüfi deyil ki, ekoloji tarazlığın və ətraf mühitin qorunması Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Son illərdə bu sahədə görülən işlər daha intensiv və genişmiqyaslı xarakter alıb.

Yaşıllıqların artırılması və meşə zolaqlarının salınması ətraf mühitin qorunması sahəsində ən təsirli tədbirlərdən hesab olunur. Genişmiqyaslı yaşıllaşdırma kampaniyalarının keçirildiyi Azərbaycan bununla özünün ekoloji vəziyyətini yaxşılaşdırmaqla bərabər, qlobal iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə də töhfəsini vermiş olur.

Azərbaycanda biomüxtəlifliyin qorunmasına da böyük diqqət yetirilir. Cənubi Qafqazda Vəhşi Təbiətin Bərpası və Reabilitasiya Mərkəzi ilk olaraq 2006-cı ildə Azərbaycanda Altıağac Milli Parkının nəzdində yaradılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi mütəmadi olaraq milli parkların ərazisində brakonyerliyə son qoymaq, sivil balıq ovlanması qaydalarına əməl edərək icazə verilən ərazilərdə məqbul sayılan alətlərlə balıq ovu qaydalarını təbliğ və təşviq etmək məqsədilə həvəskar balıqçıların turnirlərini təşkil edir.

Ölkəmizdə ekoloji mühitin qorunması istiqamətində görülən tədbirlər sırasında atmosfer havasına atılan tullantıların zərərsizləşdirilməsi üçün reallaşdırılan layihələrin də əhəmiyyəti xüsusi qeyd edilməlidir. Son illərdə ölkənin böyük şəhərlərində bu məqsədlə 500-ə yaxın iri ictimai-iaşə obyektində təmizləyici qurğuların quraşdırılması təmin olunub.

Sirr deyil ki, ötən əsrlərdə nizamsız neft hasilatı və təmizlənmədən axıdılan tullantılar Xəzər sularının çirklənməsinə səbəb olub. Xəzər dənizinə daxil olan tullantı sularının 60 faizi Volqa çayının payına düşür. Ermənistan və Gürcüstan ərazisində formalaşan kommunal və sənaye tullantı suları da Kür çayı vasitəsilə Xəzərə daxil olur.

Su mənbələrinin çirklənməsinin qarşısının alınması tədbirləri, çirklənmə baş verən ərazilərdə təmizləmə işlərinin həyata keçirilməsi, bu məqsədlə ən müasir texnologiyadan istifadə olunması ölkəmizdə gerçəkləşdirilən ekoloji siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Bu sahədə fəaliyyətin əsas hüquqi bazasını "Hidrometeorologiya fəaliyyəti haqqında", "Su Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının qanunları və bu qanunların icrasına xidmət edən "Ətraf mühit və təbii ehtiyatların monitorinqinin aparılması qaydaları haqqında" Əsasnamə təşkil edir.

Məlumat üçün bildirək ki, ötən il dövlət büdcəsindən ətraf mühitin mühafizəsi üçün 361,9 milyon manat xərclənib, bununla da nəzərdə tutulan vəsaitin 96,0 faizi (15 milyon manat az) istifadə olunub. Bu da 2023-cü illə müqayisədə 3,3 milyon manat və ya 0,9 faiz çoxdur. Hesabat ilində ətraf mühitin mühafizəsi xərcləri ÜDM-in 0,3 faizin, dövlət büdcəsi xərclərinin isə 1 faizini təşkil edib.

Bundan başqa, 2024-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli xərclərdən və ehtiyat mənbələrdən ayrılmış əlavə olaraq 29,1 milyon manat məbləğində vəsait də nəzərə alınmaqla ətraf mühitin mühafizəsi sahəsinə dövlət büdcəsi xərclərinin 1 faizi həcmində və ya 391 milyon manat vəsait yönəldilmişdir ki, bu da 2023-cü illə müqayisədə 26,4 milyon manat və ya 7,2 faiz çoxdur.

Azərbaycan ərazilərinin 30 illik işğalı dövründə həmin torpaqlarda ekoloji problemlər yaranmış, biomüxtəlifliyə ciddi ziyan dəymiş, yaşıllıqlar vəhşicəsinə məhv edilmiş, yandırılmış, yaxud təbii sərvətlərimiz qəddarcasına talan edilmişdir. Azərbaycan ərazilərində törədilən ekoloji terror əhalinin sudan məhrum edilməsi, transsərhəd çayların qabağının kəsilməsi və çirkləndirilməsi, su anbarlarının baxımsızlıqdan qəza vəziyyətinə düşməsi ilə ətrafdakı yaşayış məntəqələri və yüz minlərlə əhalinin təhlükə altında qalması Ermənistanın ölkəmizə qarşı törətdiyi təcavüzdür. Milli Ordumuzun əzmi sayəsində işğaldan azad edilən bütün Azərbaycan torpaqlarında təbii ekostemin bərpası da bu gün dövlətimiz qarşısında duran təxirə salınmaz vəzifələrdən biridir. Ermənistanın işğalı zamanı dağıdılmış ekoloji tarazlığı bərpa etmək üçün Azərbaycanda, xüsusilə də Qarabağda həyata keçirilən ağacəkmə təşəbbüsləri diqqətəlayiqdir. Qeyd etmək lazımdır ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Təsadüfi deyildir ki, İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Ətraf mühitin qorunması, yaşıllıqların artırılması iqtisadiyyata, xüsusilə də birbaşa aqrar sektora müsbət təsir edən amildir. Yaşıllıqlar dünyada tədricən qlobal problemə çevrilən su böhranının müəyyən edilmısində çox mühüm rol oynayır. Yaşıllıqlar təbiətdə suyun balanslaşdırılması, yağıntıların torpaqdan buxarlanması, yenidən yağıntılar şəklində ərazilərə düşməsini müəyyən edir.

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://525.az
archiveBu xəbər 12 İyun 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri