Icma.az
close
up
RU
Azərbaycan regional və beynəlxalq enerji təhlükəsizliyinə mühüm töhfələr verir

Azərbaycan regional və beynəlxalq enerji təhlükəsizliyinə mühüm töhfələr verir

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünya birliyində etibarlı tərəfdaş kimi tanınan, Cənubi Qafqaz regionunun lider ölkəsi olan Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Respublikamızın xarici siyasətinin səciyyəvi xüsusiyyətlərindən biri bu strateji kursun müstəqillik və suverenlik prinsiplərinə əsaslanmasıdır. Yəni, Azərbaycan tam müstəqil siyasət həyata keçirir, buna görə də ölkəmizə rəğbət daim artır, yüksək hörmət və etimad göstərilir.

Azərbaycan regional təhlükəsizliyə özünəməxsus səviyyədə töhfələr verir ki, bu da beynəlxalq müstəvidə olduqca yüksək qiymətləndirilir. Ölkəmizin apardığı enerji siyasəti dünyada regional, beynəlxalq təhlükəsizliyə xidmət edən yeni əməkdaşlıq platformalarının yaranmasını şərtləndirir. Bu gün Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan aparıcı dövlətlərdəndir.

Aprelin 9-da ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə keçirilən "Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda bir daha bu reallıqlara diqqət yönəldildi. Artıq ənənəvi olaraq keçirilən bu forumların mövzularına diqqət yetirsək dövrün çağırışlarını özündə ehtiva etdiyini aydın şəkildə görərik. Azərbaycanın balanslaşdırılmış xarici siyasəti müxtəlif dövlətlərlə istər ikirərəfli, istərsə də beynəlxalq təşkilatlar daxilində əlaqələrin yüksək səviyyədə qurulmasını və yeni istiqamətlər üzrə inkişaf etdirilməsini şərtləndirir. ADA Universitetində keçirilən forumun mövzusundan da göründüyü kimi, hazırkı dövrün əsas müzakirə mövzusu yeni dünya nizamının formalaşdırılması, ədalət və beynəlxalq hüquq məfhumlarının mövcudluğunu təsdiqləməklə yanaşı, onların fonunda qarşılıqlı etimad mühitinin qorunmasıdır.

Prezident İlham Əliyev forumda çıxış edərək qeyd edib ki, Azərbaycan türkdilli aləmə, türk dünyasına aid olan dövlətlər arasında əməkdaşlığa hər zaman öz dəstəyini verib. Bizi tarix, etnik köklər birləşdirir. Dillərimiz arasında oxşarlıqlar var, mədəniyyətlərimiz, adət-ənənələrimiz kifayət qədər oxşardır. İstərdik ki, Türk Dövlətləri Təşkilatı daha güclü olsun və nəticələrə köklənsin. Bu baxımdan Azərbaycan hər zaman əlindən gələni edib. O ki qaldı, üzv dövlətlər arasında qarşılıqlı əlaqələrə, bizim aramızda çox yaxşı mühit var. Dünya türk dövlətlərinin birliyini, həmrəyliyini hazırda işğaldan azad edilmiş ərazilərimizin bərpasında görür. Dövlət başçısı İlham Əliyevin Forumdakı çıxışında qeyd etdiyi kimi, COVID-i idarə etmək, COP-a ev sahibliyi etmək, bütün bunlar onu göstərir ki, gündəliyimiz aydındır. Azərbaycan səylərimizə olan müsbət reaksiyanı bir çox Afrika dövlətlərindən də gördü. Bu fakt da xüsusi vurğulandı ki, COVID zamanı Azərbaycan 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım çatdırdı. O ölkələrin əksəriyyəti Afrika qitəsində yerləşən ölkələr idi.

Ötən il ölkəmizin ev sahibliyi etdiyi, tarixə Bakı nailiyyəti kimi yazılan COP29 iqlim konfransı da Azərbaycanın sabitləşdirici, birləşdirici aktor roluna bir daha işıq saldı. Azərbaycan belə bir mötəbər tədbirə ev sahibliyi ilə zəngin təcrübəyə malik olduğunu nümayiş etdirdi. Reallıq budur ki, ölkəmiz dünyanın 120 ölkəsini sıralarında birləşdirən Qoşulmama Hərəkatına dörd illik rəhbərliyi ilə zəngin təcrübə qazandı. Ölkəmizə beynəlxalq dəstəyin, baxışın yüksək səviyyədə olması üzv dövlətlərin Azərbaycanın quruma sədrlik dövrünün bir il uzadılması ilə bağlı yekdil qərarında özünün aydın ifadəsini tapdı. Azərbaycana etimadın, inamın belə yüksək səviyyədə olması uğurlu gələcəyə hesablanmış siyasətin nəticəsidir.

Prezident İlham Əliyev forumda çıxışı zamanı Avropa Komissiyasının Azərbaycana münasibətinə də diqqəti yönəltdi. Bildirdi ki, bu gün Avropa Komissiyasında çəhrayı eynəkləri çıxarmalıdırlar, dünyaya real gözlə baxmalıdırlar, Azərbaycan kimi dövlətlərə dəyər verməlidirlər. Cənubi Qafqazı özlərinin sevimli və ya qeyri-sevimli dövlətlərinə bölməli deyillər. Azərbaycanın Cənubi Qafqazın aparıcı ölkəsi, Qlobal Cənubun bir hissəsi olduğunu önə çəkən dövlətimizin başçısı bildirdi ki, ölkəmizin Qoşulmama Hərəkatında güclü mövqeyi, Mərkəzi Asiya ilə yaxşı əlaqələri var. Azərbaycan iqtisadi baxımdan güclü, enerji resurslarına, ordusunun döyüş meydanında sübuta yetirilmiş gücə malik olan ölkədir. 

Yeni dünya nizamının formalaşdırılması ədalətə, beynəlxalq hüquqa çağırışlar edir. Bu prinsiplərin qorunduğu, öndə saxlanıldığı dünyada sülhün, təhlükəsizliyin bərqərar olması qaçılmazdır. Təəssüflər olsun ki, əksər dünya gücləri ikili standardlara əsaslanan siyasətlərindən yaxa qurtara bilmir, maraqlar ədaləti üstələyir. Bunu bəzi dünya güclərinin siyasətində aydın görmək mümkündür. 

30 illik işğal, həmçinin postmünaqişə dövrünün reallıqları əksər dünya güclərinin təcavüzkarın, işğalçının yanında olduğunu nümayiş etdirir. Azərbaycanın tarixi Zəfərdən sonra Ermənistana təklif etdiyi sülh müqaviləsinin imzalanması prosesinin uzanmasında da belə dəstəklərin rolu aydın şəkildə görünür. Azərbaycanın beynəlxalq hüququn prinsiplərini özündə ehtiva edən təklifləri Ermənistan tərəfindən qəbul edilib. Sülh müqaviləsinin imzalanması üçün iki şərtin qəbul edilməsi gündəmdədir ki, bunun biri Ermənistanın konstitusiyasında dəyişiklik etməsidir. 

Dövlət başçısı İlham Əliyevin hər bir çıxışının bu günümüzün reallıqları fonunda dünyaya mühüm çağırışlarla zəngin olduğunu diqqətə çatdırıb. Söhbət yeni dünya nizamının formalaşmasından gedirsə, hər bir ölkənin xarici, təhlükəsizlik və müdafiə siyasətini ciddi nəzərdən keçirməsi əsas şərtlərdən biridir. Forum çərçivəsində rəylərdə bu məqam xüsusi qeyd olundu ki, qlobal miqyasda Azərbaycanın rolunu görmək olduqca vacibdir. 


 Naftalan şəhər sakini  Həsənova Tamara

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 11 Aprel 2025 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri