Azərbaycan Efiopiya ilə ticarət, investisiya və “yaşıl enerji” üzrə əməkdaşlığı müzakirə edib
Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Efiopiya Azərbaycanın sənaye parkları sahəsində təcrübəsindən istifadə və iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.
“Report” xəbər verir ki, müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun Efiopiyanın Baş nazirinin ofisində dövlət naziri Aklilu Tadessenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdı aparılıb.
Görüşdə ölkələr arasında iqtisadi əməkdaşlıq potensialının reallaşdırılmasının əhəmiyyəti vurğulanıb, ticarət, investisiya, “yaşıl enerji” sahələrində tərəfdaşlıq imkanları nəzərdən keçirilib.
Həmçinin əlaqələrin inkişafına dəstək məqsədilə hüquq-müqavilə bazasının genişləndirilməsinin, biznes subyektlərinin iştirakı ilə işgüzar tədbirlərin təşkilinin, eləcə də qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsinin həyata keçirilməsinin məqsədəuyğunluğu vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 28 Noyabr 2024 18:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















