Azərbaycan Əfqanıstanda xalçaçılıq mərkəzinin yaradılmasını maliyyələşdirəcək
Missiya.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Kabulda Peşəkar Xalçaçılıq Mərkəzinin yaradılması layihəsinin maliyyələşdirilməsi haqqında saziş imzalanıb.
Missiya.Az İslam Əməkdaşlıq Təşkilatına (İƏT) istinadən xəbər verir ki, saziş İƏT-in Əfqanıstandakı missiyası, Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) və Azərbaycanın Kabuldakı səfirliyi arasında bağlanıb.
"Ənənəvi əfqan sənətkarlığının qorunması və inkişafı üçün xalçaçılıq üzrə texniki və peşəkar təlim mərkəzinin yaradılması" adlı layihə Əfqanıstanda xalçaçılıq ənənələrinin qorunması və təbliğinə yönəlib. Təşəbbüs çərçivəsində yerli ustaların, ilk növbədə, qadınlar və gənclərin təlim keçməsi planlaşdırılır.
"AIDA-nın maliyyə dəstəyi ilə bu təşəbbüs çərçivəsində müasir toxuculuq texnologiyaları, biznesin inkişafı və bazarlara çıxış üzrə təlimlər təşkil ediləcək ki, bu da yaşayış vasitələrinin davamlı şəkildə təmin edilməsinə və iqtisadi perspektivlərin gücləndirilməsinə töhfə verəcək", - İƏT-dən bildirilib.
Baxış sayı:83
Bu xəbər 29 Aprel 2025 19:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















