Icma.az
close
up
RU
Azərbaycan əhalisinin sayı 8 milyona enəcək XƏBƏRDARLIQ

Azərbaycan əhalisinin sayı 8 milyona enəcək XƏBƏRDARLIQ

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Azərbaycanda ötən illə müqayisədə doğulan uşaqların sayında azalma var. Bu ilin yanvar-oktyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 80 min 802 doğulan körpə qeydə alınıb.

Ötən il bu rəqəm 86 min 274 nəfər olub. Beləliklə, doğulan uşaqların sayında 6 minə yaxıb azalma var.

Sosioloq Mail Yaqubov mövzu ilə bağlı Modern.az-a açıqlamasında qeyd edib ki, doğumun sayının aşağı düşməsinin birinci səbəbi insanların dünyagörüşünün, həyata baxışının dəyişməsidir. İnsanların düşüncəsində kök salan özü üçün yaşamaq, övladdan - çoxuşaqlılıqdan imtina, “övladım olsa, hər şeylə təmin olunmalıdır” fikirləri burada güclü təsirə malikdir. Cərəyan Avropadan, Rusiyadan ölkəmizə sirayət edib:

“İkinci-zəif səbəb maddi təminat çatışmazlığıdır. Bu, o qədər də tutarlı arqument deyil. Biz müşahidə edirik ki, kifayət qədər imkanlı şəxslər var ki, bir uşaqla kifayətlənib. Varlı ata-ana düşünür ki, həyata uşaq böyütmək üçün gəlməyib. Öz əyləncəsini, öz maraqlarını önə çəkir.

Problemin səbəbi bununla bitmir. Ənənəvi düşüncədə olan valideyn dünyaya gətirdiyi övladın sonuna qədər yanında olur, qayğısına qalır. Hər şeyin ən yaxşısına nail olmasına çalışır. Zamanımızda bu, daha qabarıq xətlə inkişaf edir. Hamı istəyir ki, müasir və dəyərli hesab olunan nə varsa, uşağı ona sahib olsun. Bu fikir valideynləri çox uşaq dünyaya gətirməkdən saxlayır.

Bu da faktdır ki, əvvəllər ailədə bir paltarı bütün uşaqlar geyinirdilər. Yemək çeşidləri bu qədər zəngin deyildi. 60-cı illərin minimalizmi indi yoxdur".

Sosioloq bildirib ki, fərdlər halından məmnun görünə bilər:

"Amma artımın olmaması cəmiyyət üçün, dövlət üçün ciddi faciədir. 70 ildən sonra Azərbaycan əhalisi 8 milyona düşə bilər. Real və effektli addımlar atılmalıdır. Dövlət 3-cü, 4-cü uşaq üçün böyük pul məbləği ödəməlidir.

Əhalinin artımı islamı, mənəvi dəyərlərin təbliği ilə çox əlaqəlidir. Ölkədə həqiqi dəyər təbliğ edən beş nəfər şəxsin adını çəkin. Bu yoxdur. Təəssüf ki, zərərli müasir cərəyanlar klassik görüşə qalib gəlir”.

Sosioloq qeyd edib ki, azalma bütün bölgələrdə və müşahidə olunan haldır və istisna heç nəyi dəyişməyəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Dekabr 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri