“Azərbaycan Əlcəzair iqtisadi tərəfdaşlığının genişləndirilməsi üçün böyük potensial var” Nazir
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Azərbaycanla Əlcəzair arasında iqtisadi tərəfdaşlığın genişləndirlməsi üçün enerji, ticarət kənd təsərrüfatı, turizm sahələrində böyük potensial var”.
525.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov bildirib.
Onun sözlərinə görə, Əlcəzairin Azərbaycana yatırdığı investisiyalar, ölkəmizdə fəaliyyət göstərən şirkətləri və ticarət dövriyyəsinin dinamikası ticari əlaqələrin inkişafını göstərir:
“Xüsusilə, enerji sahəsində OPEC+ və Qaz İxrac Edən Ölkələrin Forumu çərçivəsində, həmçinin neft, neft-qaz məhsulları, ticarət və mikro ticarət üzrə mövcud əməkdaşlığın daha da dərinləşməsi üçün əlverişli imkanlar var. Bu əməkdaşlıq karbohidrogen, neft- kimya, yaşıl enerji layihələri, enerji məhsullarının tədarükü və daşınması, birgə layihələrin reallaşdırılması və təcrübə mübadiləsi kimi istiqamətləri əhatə edən Anlaşma Memorandumu ilə də təsdiqlənib. Bu prosesdə birgə İşçi Qrupunun fəaliyyəti, eləcə də SOCAR və “Sonatrach” mühüm rol oynayır.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 07 Noyabr 2025 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















