Icma.az
close
up
RU
Azərbaycan əleyhinə təbliğat maşınının sükanı Xameneinin ƏLİNDƏDİR

Azərbaycan əleyhinə təbliğat maşınının sükanı Xameneinin ƏLİNDƏDİR

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

İranla Azərbaycan arasında münasibətlərdə ara-sıra üzə çıxan gərginlik yalnız kiçik diplomatik narazılıqların nəticəsi deyil. Burada daha dərin, daha sistemli və daha təhlükəli düşmənçilik faktoru rol oynayır.

Artıq heç bir şübhə yoxdur ki, bütün bu nifrət kampaniyasının arxasında duran əsas fiqur isə İranın ali rəhbəri Əli Xameneidir.

Əgər bu gün Tehran ardıcıl olaraq Azərbaycanı hədəf alan təbliğat, təxribat və şər-böhtan siyasəti aparırsa, bunun kökündə bir nəfərin ideoloji göstərişləri dayanır. Bu siyasət şəxsi qərəz və tarixi komplekslərlə formalaşıb. Əli Xameneinin Azərbaycana olan antipatiyası mədəni və tarixi kodlarla yüklənib.

Xamenei üçün Ermənistan toxunulmzdır...

Xameneinin rəhbərliyi dövründə İran Ermənistanla əlaqələrini heç vaxt pozmayıb, işğal dövründə də, müharibədən sonra da. Minlərlə azərbaycanlının evindən didərgin salındığı, şəhər və kəndlərimizin viran qoyulduğu bir dövrdə belə İran-Ermənistan ticarət yolları açıq saxlanıldı. Bütün bu müddət ərzində Xameneidən nə bir dəstək bəyanatı, nə bir humanist çağırış eşidilmədi. Əvəzində isə Azərbaycan haqqında "sionizmin aləti", "İslamın düşməni", "regionun sabitliyinə təhlükə" kimi ifadələr səsləndi.

Son günlərdə İranın Ermənistandakı səfiri Mehdi Sübhani yenidən Azərbaycan əleyhinə absurd və təxribatçı bəyanatlarla çıxış edib. O, guya İsrailin pilotsuz uçuş aparatlarının Azərbaycandan İrana keçdiyini iddia edib. Bunu sadəcə dezinformasiya hesab etmək doğru deyil, bu iddia Xameneinin ağzından çıxan ssenarilərin tərkib hissəsidir. Çünki belə cəsarətli, sərsəm və sübut olunmamış iddialar yalnız ali rəhbərin dəstəyi ilə səsləndirilə bilər. Sübhani diplomat deyil, rəsmi yalanların mikrofonudur.

Əli Xamenei bütün bu proseslərdə mərkəzi fiqurdur. O, İranda fəaliyyət göstərən anti-Azərbaycan mərkəzlərini maliyyələşdirir, yönləndirir və ideoloji baxımdan bəsləyir. Bu mərkəzlər vasitəsilə Azərbaycanda süni “şiə narazılığı” görüntüsü yaradılmağa, cəmiyyət daxilində parçalanma toxumu səpilməyə çalışılır. Məqsəd Azərbaycanın uğur modelini - dünyəvi, türk və suveren dövlət quruluşunu zəiflətməkdir.

Ali liderin Azərbaycan qorxusu 

Xamenei müasir Azərbaycanın varlığından qorxur. Çünki Azərbaycan onun qurduğu repressiv teokratik rejimin tam ziddidir. Burada dini azadlıq şəxsi seçimdir, dövlət ideologiyası yox. Bu isə Xameneinin ideoloji dünyasını silkələyir, ona ideoloji təhdid kimi görünür.

Bu səbəbdən anti-Azərbaycan kampaniyaları davam edəcək, gah dini çalarla, gah regionda sabitlik adı ilə, gah da guya qonşuluq məsuliyyəti ilə ört-basdır ediləcək. Amma bu riyakarlığın arxasında duran əsas motiv dəyişməzdir: Xameneinin nifrəti.

Azərbaycan cəmiyyəti, diplomatiyası və medianın əsas vəzifəsi bu həqiqəti açıq şəkildə göstərməkdir: İran xalqı bizim dostumuz ola bilər, amma anti-Azərbaycan siyasətin mərkəzi bir nəfərdir. Onun adı Əli Xameneidir. Onun məqsədi isə Azərbaycanın nüfuzunu sarsıtmaq, inkişafını ləngitmək və müstəqil kimliyini sual altına almaqdır...

Elnur Əmirov 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:232
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 İyun 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri