Icma.az
close
up
RU
Azərbaycan elmi yeni strateji hədəflərə doğru inamla irəliləyir

Azərbaycan elmi yeni strateji hədəflərə doğru inamla irəliləyir

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 26 mart, AZƏRTAC

2018-ci il aprelin 9-da Prezident İlham Əliyev ölkədə elmin rolunun daha da gücləndirilməsi məqsədilə Elm Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Bu sənəd dövlətimizin başçısının elmə göstərdiyi diqqət və qayğının, alimlərin əməyinə verilən dəyərin bariz nümunəsi olmaqla yanaşı, cəmiyyətin inkişafında elmin, innovasiyanın və elmi düşüncənin xüsusi əhəmiyyət daşıdığını bir daha sübut edir. Təsadüfi deyil ki, Elm Günü məhz Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təsis olunduğu tarixə təsadüf edir. Bu əlamətdar gün gənc nəslin elmə marağının artırılması, elmi nəticələrin cəmiyyətə təqdim olunması, təşviq edilməsi və Azərbaycanın elmi potensialının daha da inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanova deyib. O bildirib ki, AMEA fəaliyyət göstərdiyi 80 il ərzində ölkənin elmi potensialının formalaşmasında, fundamental və tətbiqi tədqiqatların aparılmasında, həmçinin milli elmi kadrların yetişdirilməsində mühüm rol oynayıb: “Bu gün Akademiyada müasir çağırışlara adekvat tədqiqatlar aparılır, gənc alimlərin yetişdirilməsi və ölkənin elmi potensialının artırılması istiqamətində real addımlar atılır. Bununla yanaşı, Azərbaycan elminin dünya elminə inteqrasiyası, cəmiyyətdə alim və ziyalıların nüfuzunun artırılması, ölkəmizin tarixi, dili və mədəni irsinin qorunması, təbliği istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Beynəlxalq elmi əlaqələr çərçivəsində AMEA tərəfindən 2025-ci ildə 30-a yaxın əməkdaşlıq sənədi imzalanıb. Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının Baş Assambleyasının iclasında iştirak edilib. Həmçinin Rəqəmsal Akademiya, süni intellekt və elektron xidmətlər şöbəsi tərəfindən Azərbaycan dilinin süni intellekt tərəfindən işlənilməsinin dəqiqliyinin artırılmasına xidmət edən “qızıl standart”ın yaradılması üçün model işlənilib.

Ötən il noyabrın 3-də AMEA-nın yaradılmasının 80 illik yubileyi təntənəli şəkildə qeyd olundu. Bu münasibətlə keçirilən yubiley yığıncağında Prezident İlham Əliyev ölkədə elmin inkişafı, müasir çağırışlar və qarşıda duran strateji vəzifələr barədə mülahizələrini bölüşdü. Prezidentin yubiley tədbirində səsləndirdiyi fikirlər, alim və mütəxəssislərin qarşısında müəyyənləşdirdiyi hədəf və vəzifələr Azərbaycan elminin inkişafında yeni mərhələnin əsasını qoydu”.

Nərgiz Qəhrəmanova qeyd edib ki, yubiley yığıncağında ölkə rəhbərinin Azərbaycan tarixinin öyrənilməsi və təbliği, ana dilimizin qorunması və inkişafı məsələlərinə dair səsləndirdiyi fikirlər və irəli sürdüyü yeni çağırışlar AMEA-nın alim və mütəxəssisləri, eləcə də bütövlükdə Azərbaycan elmi qarşısında mühüm vəzifələr qoyub: “Prezidentin xüsusilə kibertəhlükəsizlik sahəsinin gücləndirilməsi, süni intellekt texnologiyalarının inkişafı və rəqəmsal dövlət quruculuğunun genişləndirilməsi ilə bağlı gündəmə gətirdiyi məsələlər elmin prioritet istiqamətlərini aydın şəkildə ortaya qoyub. Dövlətimizin başçısının bir sıra fərman və sərəncamları ölkə elmində prioritet istiqamətləri müəyyənləşdirib. Xüsusilə “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın, “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nın qəbul olunması, habelə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” üzrə vahid fəaliyyət planının müzakirəsi ölkəmizdə elmin yeni mərhələdə inkişafı istiqamətində atılan real addmlardır.

Prezidentin Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə imzaladığı Fərmana əsasən, Rəqəmsal İnkişaf Şurası yaradılıb və bu Şuraya Birinci vitse-prezident Mehriban Əliyeva rəhbərlik edir. Bütün bu tədbirlər Azərbaycan elminin gələcəyi ilə bağlı geniş perspektivlər və mühüm nailiyyətlər vəd edir, rəqəmsallaşma və süni intellekt sahələrində atılan addımlar ölkənin elmi potensialının daha da güclənməsinə şərait yaradır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Mart 2026 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see346

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see311

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see305

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see298

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see288

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see286

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see282

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see277

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see270

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see251

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see248

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see240

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see234

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see233

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see233

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see230

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see218

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri