Icma.az
close
up
RU
Azərbaycan qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir

Azərbaycan qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi azad olunmuş bütün ərazilərimizdə bərqərar olmuşdur.
Baxmayaraq ki, 1991-ci il avqustun 30-da Azərbaycan SSR Ali Sovetinin sessiyasında Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında “Azadlıq Bəyannaməsi”, oktyabrın 18-də Konstitusiya Aktı, dekabrın 29-da Ümumxalq səsverməsi ilə yekdilliklə Azərbaycan xalqı Dövlət Müstəqilliyinə tərəfdar çıxsa da, 1992-1993-cü illərdə Azərbaycanın dövlətçiliyi və müstəqilliyi görünməmiş təhlükə qarşısında idi. Baş vermiş qarışıqlıqdan xarici və daxili qüvvələr hər vasitə ilə istifadə etməyə fürsət gözləyirdilər. 1993-cü il iyunun ortalarında yeganə legitim prezident sayılan Ə.Elçibəy və onun komandası tamamilə iflasa uğramışdı.
1993-cü il iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikasının prezidentinin səlahiyyətləri Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevə verildi.
1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı səs çoxluğu ilə Heydər Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi. Daxili və xarici düşmənlərin də hücumları dayanmaq bilmirdi.Respublikada baş verən bu qarışıqlıqdan və hakimiyyət davasından məharətlə istifadə edən erməni yağıları torpaqlarımızı fəth etməkdə davam edirdilər.Məlum olduğu kimi torpaqlarımız tamamilə işğal olunmuş, sərhəd rayonlarında isə tamamilə təhlükəli vəziyyət yaranmışdı. Artıq Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunmuşdu və hücumlar ara vermirdi.
1994-cü il mayın 4-də prezidentin Brüsselə səfəri çox əhəmiyyətli olmuşdur.Heydər Əliyev burada,NATO-nun baş qərargahınada “Sülh naminə tərəfdaşlıq” proqramının çərçivə sənədini imzalamışdır.Heydər Əliyev həmin mərasimdən bəyanat verərək bildirdi ki,biz müharibə vəziyyətində olan bir ölkə kimi ümidvarıq ki, NATO-nun“Sülh naminə tərəfdaşlıq” proqramında iştirak etmək Ermənistan-Azərbaycan münaqişəsinin ədalətlə dayandırılmasına, işğal olunmuş ərazilərimizin azad olunmasına imkan verəcəkdir.
Mütləq fasilə lazım idi.Məhz bu mülahizələrlə 1994-cü il mayın 8-də Qırğızıstanın paytaxtında “Bişkek protokolu” imzalandı.Sənəd mayın 12-də qüvvəyə mindi, cəbhədə atəşkəsə nail olundu. Həmin dövrdə Azərbaycana atəşkəs mütləq lazım idi. Çünki ordu və iqtisadiyyat olmadan müharibəni davam etdirmək daha acı nəticəyə gətirə bilərdi.
Heydər Əliyev yenidən hakimiyyətə gəldiyi ilk iki il ərzində atəşkəsə nail olmaqla bərabər, həm də daxildəki zorakı qüvvələri cilovlaya bildi.1993-1995-ci illər Azərbaycan dövlətçiliyinin, dövlət müstəqilliyinin qorunub saxlanmasının çox mühüm tarixi dövrünü təşkil edir. Heydər Əliyev çıxışlarının birində demişdir: 1995-ci ilin ortalarında Azərbaycan bütün qeyri- qanuni silahlı qüvvələrdən xilas olmuş,keyfiyyətcə yeni mərhələyə daxil olmuş, böyük işlərə başlamaq üçün ictimai-siyasi sabitlik və qanunçuluq şəraitinə gətirilmiş dövlətə çevrilmişdi”. Heydər Əliyevin həyata keçirdiyi əsaslı islahatlar yeni milli Konstitusiyanın hazırlanmasına şərait yaratdı.
Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ tərkibində olduğu dövrə təsadüf edir. AXC 23 ay mövcud olsa da, Dövlətin Əsas Qanununu qəbul edə bilməmişdi.İlk Konstitusiya 1921-ci il mayın 19-da,2-ci Konstitusiya 1937-ci ildə, Azərbaycan SSR-nin son Konstitusiyası isə 1978-ci ildə SSRİ Konstitusiyasına uyğynlaşdırılmış olsa da müəyyən özünəməxsusluğa malik idi.
1995-ci il noyabrın 12-də Müstəqil Azərbaycan dövlətinin Əsas Qanunu referendumla qəbul olundu. Müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində 4-cü Konstitusiyadır.
Referendumda 4 milyona yaxın seçicinin 86%-i iştirak etdi. Onların 94,8%-i Konstitusiya layihəsini bəyəndiyini bildirdi. Konstitusiyanın Preambulasında, yəni girişində deyilir ki, Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək aşağıdakı niyyətlərini bəyan edir:
- Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;
- Konstitutsiya çərçivəsində demokratik quruluşuna təminat vermək;
- vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;
- xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;
- ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək;
- ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.
Ölkəmizin sürətli inkişafı və yeni dövrün tələblərinə uyğun olaraq Konstitusiyaya bir neçə dəfə Əlavə və dəyişikliklər edilmişdir. Konstitusiyaya Əlavə və dəyişikliklər 2002-ci ildə, 2009-cu ildə və 2016-cı illərdə baş vermişdir
Konstitusiyanın preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilmişdir. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 30 ilə yaxın torpaqlarımızın 20%-nin işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməmişdir.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi ölkəmizin qələbəsi ilə başa çatdı. Lakin müharibədən sonra ötən müddət göstərdi ki,bəzi beynəlxalq güclər Azərbaycanın bu möhtəşəm qələbəsini həzm etmək istəmirlər.Onlar Azərbaycanın qələbəsinin əhəmiyyətini azaltmağa çalışır, hədə-qorxu gəlir, ölkəmizə təzyiq göstərirlər. Hətta Ermənistandakı revanşıstləri, separatçıları silahlandırıb Azərbaycana qarşı terror,təxribat əməllərinə təhrik edirlər.Qərb dövlətləri və beynəlxalq təşkilatların himayə etdiyi Ermənistan sülh, dinc qonşuluq yolunda addımlar atmaq əvəzinə yenə də təxribatla məşğul olurdu.Bu da 2023-ci ilin 19-20 sentyabrında Azərbaycanı Qarabağ bölgəsində lokal antiterror tədbirləri həyata keçirməyə məcbur etdi.
2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi azad olunmuş bütün ərazilərimizdə bərqərar olmuşdur. Konstitusiyada yer alan bütün müdəalar reallaşdı.
2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında 28 dekabr 2024-cü il tarixdə Sərəncam imzalamışdır.
Sərəncamda deyildiyi kimi, bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.
Ramilə Mustafayeva: Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 27 Yanvar 2025 08:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri