Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Azərbaycan elmində akademik tədqiqat ənənəsi və təcrübəsi

Azərbaycan elmində akademik tədqiqat ənənəsi və təcrübəsi

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

III MƏQALƏ

Milli Elmlər Akademiyası bizim milli sərvətimizdir. Onu qoruyub saxlamalıyıq.
Heydər ƏLİYEV,
Ümummilli lider

Şüur təcrübəsi və elmi tədqiqat ənənəsi

Burada əsas olaraq AMEA-nın tədqiqat ənənəsi, təcrübəsi və araşdırma kültürünün müasir fəlsəfi yanaşmalar işığında Azərbaycan elmində yeri və roluna son ümumi yığıncaqda müzakirə edilən məsələlər fonunda baxmağa çalışacağıq.

Hələ də fəlsəfədə “şüur təcrübəsi” anlayışının yekdil izahı yoxdur. Hətta şüurun təcrübəsinə “çətin problem” kimi yanaşanlar vardır (bu, fəlsəfi olaraq çox mürəkkəb məsələdir və həmin tərəfi bir kənara qoyuruq). Lakin etiraf olunur ki, insan oğlunun elmi fəaliyyətində “şüur təcrübəsi” adlandırılan fenomen həlledici yer tutmuşdur. Fikir ayrılığı bu təcrübənin formalaşması və funksiyasının müxtəlif cəhətlərinin izahı ilə əlaqəlidir.

C.Syörl yazır ki, “şüur subyektiv təcrübəni ifadə edir. O unikaldır”. M.Fuko, J.Delyoz və F.Qvattari isə şüurun təcrübəsinə kəsintisiz unikal proses kimi baxmışlar. Bu o deməkdir ki, şüur həmişə özünəməxsus təcrübədir və daim prosessual xarakterlidir. D.Çalmers isə şüuri təcrübəni şüurun çətin problemi adlandırmışdır. Lakin o da bütün hallarda hər bir fərdi və kollektiv şüurun özünəməxsus təcrübəyə malik olduğuna inanmışdır (yeri gəlmişkən, C.Syörl D.Çalmersin yanaşmasını kəskin tənqid edir).

Burada şüurla bağlı mürəkkəb fəlsəfi diskusiya açmaq fikrimiz yoxdur. Vurğuladığımız ümumi fikirlərin iki aspektinə diqqət çəkmək istərdik. Birincisi, fərdi və kollektiv səviyyədə şüurun təcrübəsi unikaldır, başqalarında təkrar olunmaya bilər. İkincisi, burada fəlsəfi ənənədə olan universalizm keçərli deyildir – hər tarixi dönəmin özünəməxsus şüuri təcrübəsi olur. Lakin bu o demək deyildir ki, sonrakı mərhələlərdə şüuri təcrübəni öncəki mərhələdə olan kriteriyalarla izah etmək adekvat yanaşmadır.

Ancaq əgər söhbət şüurun yaradıcı aspektindən zaman kəsilməzliyi kontekstində gedirsə və ortada təcrübə varsa, bu, hər bir nümunə üçün müəyyən yolun olması anlamına gəlir. Bu yoldan sapmalar şüuri təcrübəni də poza bilər. Bu tezis xüsusilə “elmi tədqiqat ənənəsi” prosesinə daha çox aiddir.

Məsələ bundadır ki, şüuri təcrübə ilə elmi tədqiqatın ənənəsi, kültürü və təcrübəsi daxili məntiqi bağlantıya malikdir. Konkret səviyyədə bu, şüuri təcrübənin elmi tədqiqat ənənəsi, kültürü və təcrübəsini müəyyən etdiyi anlamına gəlir. Başqa sözlə, hər bir cəmiyyət üçün tarixin müəyyən dönəmlərində kollektivin ümumi şüuri təcrübəsi ilə elmi fəaliyyət təcrübəsi, ənənəsi və kültürü arasında sıx bağlılıq mövcud olur. Bəlkə, elmi yaxşı inkişaf etmiş cəmiyyətlərdə şüuri təcrübənin “nəbzini elmi təcrübə” təşkil edir. Və yaxud elmi təcrübə cəmiyyətin öz şüuri təcrübəsini anlaması ilə əlaqəlidir.

Onda belə nəticə çıxır ki, əgər elmi tədqiqat ənənəsi olubsa, onda onun şüuri təcrübə və düşüncə kültürü kimi çox vacib atributları da mövcuddur. Ayrıca, bu faktorlar elmi yaradıcılıq, elmi fəaliyyətin təşkili və bütövlükdə elmin institutlaşması bağlılıqlarında həlledici müəyyənləşdirən faktorlar statusu alırlar. Bu anlamda, kollektiv şüuri təcrübənin üstündən elmi tədqiqat ənənəsi, təcrübəsi və kültür kimi xətt çəkmək, zamanın sürəkliliyini sındırmaq, qazanılan təcrübəni yox etmək və bütövlükdə yoldan sapmaq deməkdir.

Əlbəttə, burada yeniləşmə və müasirləşmə deyilən məqamları çox ciddi surətdə nəzərə almaq gərəkdir. Lakin hər hansı kollektiv şüuri təcrübəni heç bir halda müasirləşmə bəhanəsi ilə şüuri təcrübə prosesi kontekstindən qırağa atmaq olmaz.

Bütün bunlara görə, AMEA-nın mövcudluğu və inkişafı fəlsəfəsi üzərində çox dərindən düşünmək lazımdır. Bu mövzuda öncəki məqalələrdə qısa izah edilən məqamlar belə göstərirlər ki, AMEA haqqında səthi düşünmək Azərbaycan elmi ənənəsi, təcrübəsi, düşüncə kültürünə ciddi ziyan vura bilər. Məsələnin bu aspektini ən dolğun duyub, ona uyğun addımlar atan Ulu öndər olmuşdur. Heydər Əliyevin “AMEA Azərbaycan xalqının milli sərvətidir” kəlamında vurğuladığımız fəlsəfi məqamlar və onlardan daha geniş anlamda vacib məqamlar yığcam ifadə olunmuşdur. Çünki “milli sərvət” anlayışı çox geniş məna çalarlarına malikdir. Burada kollektiv fəaliyyətin strateji məqamları da ifadə edilmişdir.

Yeni mərhələnin dinamikası

Ümumi yığıncağa bu prizmada baxanda bütövlükdə Azərbaycan elmində yeniləşmələrin dinamikasının bir sıra cəhətlərini görə bilərik. Məsələ həm ümumilikdə AMEA-nın yeniləşmə fəlsəfəsi, həm də perspektivdə elmi yaradıcılığın inkişafı, elmi fəaliyyətin təşkili və institutlaşmanın xüsusiyyətləri ilə bağlıdır. Burada akademik tədqiqat ənənəsi və təcrübəsinə strateji kontekstdə tədqiqat kültürünün araşdırma və proqnostik aspektlərinin nisbəti də diqqətə alınmalıdır. Nəhayət, həmin faktorlar nəzəri ilə praktiki tətbiqi tərəflərin münasibətlərinin fəzilətliliyi kənarda qalmamlıdır.

Bu şərtlərin işığnda ümumi yığıncağın başlıca mesajının akademik tədqiqat ənənəsi, təcrübəsi və tədqiqat kültürünün müstəqil dövlətçiliyə xidmət istiqamətində yenidən məzmunlaşdırılması zərurətindən ibarət olduğunu deyə bilərik. Həmin prosesin asan olmadığının fərqinə varmağımız lazımdır. Həm də ona görə ki, burada subyektivizmə, özünəqapanmaya yol açmaq olmaz. AMEA elmi yaradıcılığı, təcrübəni və düşüncə kültürünü dünya elminin qabaqcıl kəsimi ilə harmoniyada inkişaf etdirməsi mühüm şərtidir. Özlüyündə, bu, həmişə inklüziv (bütün aspektlərində qəbul edilən) və dinamik prosesdir. Və daima yaradıcı yanaşma tələb edir. Onun müxtəlif cəhətləri mövcuddur. Biz burada ancaq onlardan birinə toxunacağıq.

Elmi tədqiqatın institutlaşması

Müasir mərhələdə elmi tədqiqatın institutlaşması AMEA-nın yaranma tarixindən başlayaraq, bu günə qədər keçilən yol baxımından nəzəri və praktiki əhəmiyyət kəsb edir. Ölkənin baş elmi təşkilatının yeniləşmə kursunda da bu özəllik ayrıca yer tutur. Məsələ indiki tarixi mərhələnin bir vacib xüsusiyyəti ilə bağlıdır: faktiki olaraq qloballaşma insan və cəmiyyət həyatının bütün sferalarında ciddi ontoloji, aksioloji və ekzistensial dəyişikliklər edir.

Bu prosesin yaxın illərdə bütövlükdə bəşəriyyəti və insanın birgəyaşam qaydalarını keyfiyyətcə yeni mərhələyə “atacağı”na inananlar az deyillər. Bu transformasiyanın mümkünlüyünü qəbul etsək, onda bir dövlət və cəmiyyət olaraq elmi fəaliyyətin institutlaşmasını strateji məsələ kimi qəbul etməliyik.

Çünki vurğulanan miqyasda inteqrativ proseslər gedirsə, onda onun adekvat elmi dərki üçün mütləq institutlaşmanın yenilənməsi də lazımdır. Bu anlamda kollektiv yaradıcı fəaliyyət göstərmək indeksinin ön plana çıxdığı qənaətinə gələ bilərik. Bütün dünyada olduğu kimi yeni mərhələdə əsas elmi fəaliyyət ağırlığı birgə yaradıcı kollektivlərin səmərəliliyinə düşəcəkdir. Buna görə də AMEA-nın yeniləşmə kursunda iki məqam ayrıca vurğulanır.

Birincisi, elmi fəaliyyətin (nəzəri yaradıcılıq – praktiki tətbiq) institutlaşması. İkincisi, elmlə təhsilin inteqrasiyası.

İndi bu prosesləri bir-birindən ayırmaq mümkün deyildir. Faktiki olaraq tarixi baxımdan unikal bir situasiya yaranmışdır: elmi tədqiqatla təhsil bir-birini stimullaşdırmalıdır. Məhz buna görədir ki, AMEA-nın ümumi yığıncağında təşkilatın qarşıdakı 5 illik fəaliyyətinə aid Strateji İnkişaf Konsepsiyasında və yol xəritəsində elmlə təhsilin inteqrasiyasının əsas göstəricisi olan doktoranturaya ciddi önəm verilmişdir. Bu baxımdan ümumi yığıncağın yekun qərarlarına həmin istiqamətdəki fəaliyyətin yeni mərhələsinin startı kimi qiymət vermək olar. Strateji İnkişaf Konsepsiyası və yol xəritəsinə bununla bağlı maraqlı bir anlayış daxil edilmişdir.

“Akademiyanın sinerjisi”

Burada “sinerji” termini ümumi fəlsəfi və sinergetik kontekstin elmi tədqiqat və təşkilatlanma ilə bağlı aspektinin elm-təhsil vəhdəti anlamında işlədilir. Deməli, AMEA-nın sinerjisi həm elmi araşdırmaların akademik aspektlərinin, həm də onun bütöv halında təhsil sferası ilə sinergetik vəhdətinə aiddir. Bu baxımdan akademiyanın sinerjisi ümumilikdə Azərbaycan elminin tərəqqisinin sinerjisi ola bilərmi?

AMEA-nın yeniləşmə kursunun ümumi ruhu və Strateji İnkişaf Konsepsiyasının (üstəgəl yol xəritəsi) fəlsəfi-elmi prinsiplərinin məzmunu və məqsədi bu suala müsbət cavab verməyə əsas yaradır. Ancaq burada bir mühüm şərt vardır ki, mütləq ödənməlidir.

Həmin şərt strateji xarakterli yaradıcı prosesdə kollektiv fəaliyyətin zəruriliyi ilə bağlıdır. Bu o deməkdir ki, akademiyanın sinerjisi ölkənin digər elm və təhsil təşkilatları, mərkəzləri və müəssisələri ilə kollektiv fəaliyyətdə praktiki səmərə verə bilər. O cümlədən, Elm və Təhsil Nazirliyi ilə doktorantura məsələsində geniş və dərin ortaq fəaliyyət çox əhəmiyyətlidir. AMEA həmişə bu kimi əməkdaşlığa hazır olmuşdur. Ayrıca, Strateji İnkişaf Konsepsiyası və yol xəritəsinin ümumi mahiyyəti, məzmunu və reallaşma mexanizmləri göstərir ki, qarşıdakı 5 il müddətində kollektiv fəaliyyət AMEA üçün prioritet olacaq.

Məsələnin başqa tərəfi AMEA-nın kadrlarının gəncləşdirilməsi ilə bağlıdır. Doktoranturada islahatlar birbaşa gənclərin daha səmərəli şəkildə elmi tədqiqatlara cəlb edilməsini nəzərdə tutur. Bu prosesin AMEA-da davamlı olaraq aparılması qarşıda duran vəzifələrdən biridir.

Görünür, burada gənclərin elmi tədqiqat kültürünün formalaşmasında ənənə ilə müasirliyin vəhdəti aktual məsələlərdən biri kimi diqqətdə olacaqdır. Çünki elmi tədqiqaatlarda fənlərarası araşdırma kültürünün inkişaf etməsi aparıcı olmalıdır. Dünya təcrübəsi göstərir ki, bu prosesin real nəticəverici olması üçün akademik tədqiqatlarla tədrisin sintezi çox önəmlidir. Problemin bu aspekti də doktorant hazırlığının aktuallığını önə çəkir.

Beləliklə, qarşıdakı 5 il müddətində Azərbaycan elmində maraqlı və əhəmiyyətli yeniləşmələr ola bilər. Bunun baş verməsi üçün AMEA-da yeniləşmə kursunun davamlı aparılması və başa çatdırılması əsas şərtlərdən biridir. Yəni ölkənin baş elmi təşkilatının elmi cəhətdən güclənməsi və fəaliyyətinin genişlənməsi dövlətçilik baxımından strateji məna kəsb edir.

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Fevral 2025 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see486

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see391

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see381

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see325

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see293

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see292

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see286

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see206

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see188

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see171

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see167

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see166

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see166

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see158

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see154

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see138

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri