Icma.az
close
up
RU
AMEA 80: Elmin təşkilatlanmasının tarixi mərhələsi məqalə

AMEA 80: Elmin təşkilatlanmasının tarixi mərhələsi məqalə

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 7 aprel, AZƏRTAC

“Ölkəmizin gələcəyi elmi potensialın səviyyəsi ilə bilavasitə bağlıdır. Hər bir ölkədə, o cümlədən Azərbaycanda inkişaf elmin səviyyəsi ilə bağlıdır. Bu gün yeni texnologiyalar əsridir. O ölkələr ki, bu texnologiyaların sahibidir, əlbəttə, onlar dünya miqyasında öz maraqlarını daha böyük dərəcədə müdafiə edə bilirlər”.

                                                        İlham Əliyev

                                                           Azərbaycan Respublikasının Prezidenti

“Elmin məqsədi bəşəriyyətə xidmət, mövcudluğun çoxaldılmasıdır” bu fikir dahi filosof, riyaziyyatçı Qotfrid Leybnitsə aiddir. Aparıcı fəaliyyət sahəsi olan elmi ixtiralar və kəşflərin həyatımızı necə dəyişdirdiyini gördükdə bu fikrin nə qədər düz olduğunu etiraf etməyə məcburuq. Doğrudan da elmi biliklərin, innovasiyaların düşüncəli tətbiqi iqtisadiyyatın və sosial mühitin güclü stimulunu özündə ehtiva edir. Elm xalq təsərrüfatının mühüm zəncirvari etibarlı əlaqə və qarşılıqlı asılılığını təmin edərək, dövlətimizə misilsiz faydalar gətirir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA Rəyasət Heyəti Aparatının Elmi irs şöbəsinin müdiri tarix elmləri doktoru, dosent Zemfira Hacıyevanın “Azərbaycan Milli Elmlər Akademiyası-80: Elmin təşkilatlanmasının tarixi mərhələsi” sərlövhəli məqaləsində yer alıb. Məqaləni ixtisarla təqdim edirik.

Çoxəsrlik ənənələrə malik olan Azərbaycan elmi dünyaya böyük simalar bəxş edib. Eyni zamanda, XX əsrin birinci yarısında mühüm elmi nailiyyətlərin siyahısına Azərbaycan alimlərinin minə qədər elmi araşdırmalarının nəticəsi daxil edilib. Sonrakı illərdə Elmlər Akademiyasının başlıca prioritetləri mədəniyyət, təhlükəsizlik, milli iqtisadiyyat, sənaye, tarix problemlərinin həll edilməsinə yönəldi. Bütün bunlara baxmayaraq, indiyə qədər neft sahəsi prioritet istiqamət olaraq qalmaqdadır. Bu, geologiya, neft-kimya, neft emalı sahələri, yüksəkkeyfiyyətli yanacaq və sürtkü yağlarının əldə edilməsidir.

Həmçinin Azərbaycan humanitar tədqiqatlar sahəsinə linqvistika, ədəbiyyatşünaslıq, Azərbaycan dili və ədəbiyyatı, fəlsəfə, şərqşünaslıq və sənətşünaslıq, tarix, iqtisadiyyat daxildir. İlk növbədə, bu tədqiqatların ümumi səviyyəsinin yüksəldilməsi müasir, yenilənən dünyanın öyrənilməsində istiqamətlərin təkmilləşdirilməsi ilə bağlıdır, azərbaycançılıq ideologiyasının işlənib-hazırlanması və tədqiqi vacib məsələlərdəndir.

Azərbaycan Elmlər Akademiyasının təsis edilməsini əsaslandıran Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti 1923-cü ildə yaradıldı. Elmin müxtəlif sahələrinin daha mütəşəkkil öyrənilməsini təmin etmək məqsədilə 1929-cu ildə daha geniş laboratoriyalara malik Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu fəaliyyətə başladı. Bu institutun 1929-1932-ci illər Azərbaycan elminin inkişafı və qədim tarixə malik elmi irsinin, ənənələrinin davam etdirilməsində, həmçinin yeni nəsil Azərbaycan alimlərinin formalaşmasında müstəsna rolu danılmazdır.

SSRİ Elmlər Akademiyası Rəyasət Heyətinin 1932-ci il 10 noyabr tarixli qərarı ilə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu (AzDETİ) Elmlər Akademiyasının Zaqafqaziya filialı kimi yenidən təşkil edildi. 1932-ci ildə SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan bölməsinin məhz AzDETİ-nin bazasında yaradılması təsadüfi deyildi.

XX əsrin I yarısında Azərbaycanda elmin təşkilatlanmasının yeni mərhələsi başlandı. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1932-ci il 29 dekabr tarixli qərarı ilə Azərbaycan Məhsuldar Qüvvələrin Tədqiqi İnstitutunun SSRİ EA Zaqafqaziya filialının Azərbaycan şöbəsinə çevrilməsi bu mərhələnin təməlini qoydu. Zaqafqaziya filialının bazasında yaradılan Komissiyaya, o cümlədən Zaqafqaziya filialının Rəyasət Heyətinə bölmənin strukturu və SSRİ Elmlər Akademiyasının Rəyasət Heyəti ilə əməkdaşlıq əlaqələrini qurmaq tapşırıldı.

Azərbaycan şöbəsinin 1932-1935-ci illərdəki çoxistiqamətli fəaliyyətini arxiv materiallarında qeyd olunan faktlar bir daha təsdiqləyir. Belə ki, Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1933-cü il 20 aprel tarixli 421 nömrəli qərarı ilə müxtəlif ekspedisiyaların əsasında regionun geokimyəvi cəhətdən öyrənilməsi, Daşkəsən filizi və Bakı sulfat turşusu zavodlarının bərpası üçün təbii neft qazından istifadə, zəylik alunit filizlərindən kompleks yararlanmaq məqsədilə tədqiqat işlərinin aparılması, Gəncə regionunun radioaktiv filizlərinin ətraflı öyrənilməsi, Azərbaycanın rayonlarında yabanı və meyvə bitkilərinin ekspertizası, Abşeronun abadlaşdırılması, yaşıllaşdırılması ilə bağlı işlər, İstisu və Naftalan neftinin tədqiqata cəlb edilməsi Zaqafqaziya filialı Azərbaycan şöbəsinin əsas istiqamətləri kimi müəyyənləşdirildi. Elmi tədqiqatların akademik səviyyədə aparılması üçün şöbənin strukturu təkmilləşir, yeni sektor, laboratoriya və institutlar yaradılırdı. 1934-cü ilin sonuna doğru SSRİ EA ZF Azərbaycan şöbəsinin kifayət qədər nizamlı strukturu formalaşdı, bölmələrdə, sektorlarda irihəcmli elmi tədqiqat işləri aparılırdı.

Daha mükəmməl elmi nəticələr əldə etmək üçün aktual məsələlərin həllində peşəkar mütəxəssis, alim və mühəndis rəylərinə üstünlük verilməsi, SSRİ Elmlər Akademiyasının həmkarlarının, partiya və təsərrüfat işçilərinin tövsiyələrinə baxılması Zaqafqaziya filialının Azərbaycan şöbəsinin əsas özəlliklərindən idi.

Kəlbəcər mağara yaşayış məskənləri, həmçinin Kürətrafı rayonlarda qaradamların öyrənilməsi, ayrı-ayrı yaşayış ərazilərinin coğrafi paylanmasına dair əldə olunan materiallar əsasında qaradam və alaçıqların minimum xərclərlə daha müasir tikililərlə əvəz edilməsi, Azərbaycan Dövlət Muzeyi ilə birgə kustar sənətlərin tədqiqinə görə Şamaxı-Nuxa (Şəki) regionlarına ekspedisiyaların təşkili, Abşeronda maddi mədəniyyət abidələrinin araşdırılması SSRİ EAZFAŞ-nin maddi mədəniyyət sahəsində aparılan tədqiqatlara aiddir.

SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsinə akademik Frans Levinson-Lesinq – sədr, professor Aim Qarber, mühəndis Cəfər Kazımov müavin təyin edilib. Azərbaycan şöbəsinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti respublikanın pedaqoji, elmi-texniki ictimaiyyəti ilə birgə Azərbaycan İcraiyyə Komitəsi və Azərbaycan SSR Xalq Komissarları Soveti həyata keçirirdi.

SSRİ EA Zaqafqaziya filialının Azərbaycan şöbəsi 1935-ci il 1 yanvar tarixli qərara əsasən Rəyasət Heyəti, İnzibati maliyyə-təsərrüfat sektoru, Tikinti idarəsi, Botanika bağı, zoopark, akvarium və Kimya İnstitutundan ibarət idi.

Elm ocağının strukturuna Botanika, Torpaqşünaslıq, Geologiya, Fizika və Kimya sektorları daxil olmaqla Təbiətşünaslıq bölməsi, Tətbiqi kimya və Energetika sektorundan ibarət Texnika, Dil, Ədəbiyyat və Tarix sektorlarından ibarət İctimai Elmlər Bölməsi daxil edilmişdi. Təbiətşünaslıq bölməsinin tərkibində fəaliyyət göstərən Kimya sektorunda qeyri-üzvi kimya, üzvi kimya və fiziki kimya seksiyaları, Fizika sektorunda fizika və üç şöbəni (iqlimşünaslıq, hidrologiya, seysmologiya) özündə birləşdirən geofizika seksiyaları, Seysmik stansiya, Geologiya sektorunda nadir elementlər, petroqrafiya, tətbiqi geologiya və paleontologiya seksiyaları, geokimya laboratoriyası, Botanika sektorunda geobotanika, alkaloid və efirli yağların tədqiqi laboratoriyalarının olduğu flora, təbiətin mühafizəsi və yaşıllaşdırma seksiyaları, həmçinin Mərkəzi Azərbaycan Herbarisi, bitki xammalı laboratoriyası, Zoologiya sektorunda su faunası, yerüstü fauna və heyvandarlıq seksiyaları, zookabinet və Torpaqşünaslıq sektoru fəaliyyət göstərirdi.

Struktura daxil olan İctimai Elmlər Bölməsinin tərkibində yazılı ədəbiyyat və folklor seksiyalarının Ədəbiyyat sektoru, türk dili və milli azlıqlar seksiyalarının Dil sektoru, maddi-mədəniyyət, Azərbaycan tarixi, antropologiya, arxeologiya və memarlıq-arxeoloji sahələri araşdıran, o cümlədən Yaxın Şərq, İqtisadiyyat seksiyalarından ibarət Tarix sektoru fəaliyyət göstərirdi. Texnika bölməsinin tabeliyində Energetika sektorunda hidrotexniki, elektrotexniki və istilik texniki seksiyaları, Tətbiqi kimya sektorunda texniki və mineral maddələr seksiyaları mövcud idi.

Nəşriyyat, Kitabxana, Biblioqrafiya Komissiyası, Elmi nailiyyətlərin təbliğatı, elmi konsultasiya, ekspedisiya komissiyaları, fotolaboratoriya Azərbaycan şöbəsinin strukturuna daxil edilmişdi.

Bölmələrdə elmi tədqiqatlar SSRİ Elmlər Akademiyası ilə razılaşdırılaraq Zaqafqaziya filialının qərarlarına uyğun aparılırdı.

SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan şöbəsində akademiklər – Frans Levinson-Lessinq, İvan Meşşaninov, müxbir üzv Konstantin Krasuski, professorlar – Aleksandr Qrossqeym, İosif Yesman, Aslan Vəzirzadə, Vəli Xuluflu, Vladimir Yelpatyevski, Vladimir Boqaçov kimi tanınmış alimlərlə bərabər 123 əməkdaş çalışırdı. Azərbaycan şöbəsinin Rəyasət Heyətinə akademik Frans Levinson-Lessinq, akademik İvan Meşşaninov, dövlət xadimi Ruhulla Axundov, mühəndis Cəfər Kazımov, professor Aleksandr Qrossqeym, dosent Məmməd Əmin Əfəndi (Əli oğlu) daxil edilmişdi.

Elmin inkişaf tarixinə nəzər salsaq Azərbaycan şöbəsinin həyata keçirdiyi mühüm tikinti işlərinin, maddi-texniki bazanın təkmilləşdirilməsinin, tədqiqat imkanlarının genişləndirmək məqsədilə Botanika bağının, akvarium, zoopark, kimya korpusu, laboratoriyaların inşa edilməsi, müxtəlif elm sahələri üçün avadanlıqların alınması SSRİ EAZFAŞ-nin fəaliyyətinin nəticəsidir.

EAZF Azərbaycan şöbəsinin 1936-cı il 1 yanvar qərarıyla tərkibində Qızılağac və Zaqatala qoruqlarının olduğu Zoologiya sektoru institut kimi fəaliyyətə başladı.

Azərbaycan xalqının mədəni irsinin öyrənilməsinə xüsusi önəm verən İctimai Elmlər Bölməsi Azərbaycan dilinin qrammatikası, türk dilinin, bu ərazilərdə yaşayan milli azlıqların lüğətlərini, Azərbaycanın orta və ali məktəbləri üçün dərslikləri çapa hazırlayır, respublikanın kustar sənayesinin inkişafını təmin etmək üçün çoxsaylı layihələr hazırlayırdı.

Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1935-ci il iyunun 8-də yeni Azərbaycan əlifbası komitəsinin yaradılması qərarı Azərbaycan şöbəsinin çox önəmli xidmətlərindən sayılır. Əlifba komitəsinin tərkibinə Hüseyn Rəhmanov (sədr), Məcid Əfəndiyev, Ruhulla Axundov, Müseyib Şahbazov Mikayıl Hüseynov, Cəmil Rəhim, İsmayıl İsmayılov, Məmmədkərim Ələkbərli, Abdulla Tağızadə, Bəkir Çobanzadə, Vəli Xuluflu kimi tanınmış mütəxəssislər daxil edilmişdi.

Azərbaycan ərazilərində yaşayan çoxsaylı xalqların dillərinin qorunub saxlanılması üçün EAZF Azərbaycan şöbəsinin qısamüddətli və məqsədyönlü fəaliyyəti ölkəmizdə bütün dövrlərdə tolerantlığın yüksək səviyyədə olduğunu bir daha təsdiq edir. Respublikanın təbii sərvətlərinin sistematik tədqiqi, şərq dillərində yazılmış, mövcud əlyazmaların, nadir kitabların toplanması və təsnifatına başlanması, Azərbaycanın regionlarının araşdırılması, nəticələrin çap edilməsi, praktiki və aktual xarakterə malik Dövlət Təcrübi Botanika bağının yaradılması, geologiya sahəsində faydalı mədənlərin oçerk xəritələri, Azərbaycan SSR-də yaşayan müxtəlif xalqların dil xəritələrinin tərtibi, Kimya sektorunun təşəbbüsü ilə 1934-cü ildə Dmitri Mendeleyev adına Ümumittifaq Kimya Cəmiyyətinin Azərbaycan bölməsinin təşkili elmin inkişaf tarixində tədqiqat perspektivlərinin genişlənməsi üçün çox vacib mərhələ idi.

Azərbaycan ərazilərində yaşayan xalqların inkişaf tarixi, respublikanın zəngin təbii sərvətlərinin sistemli, hərtərəfli tədqiqi ilə yanaşı elm və tədrisin inkişaf etməsinə təkan verəcək qərarların qəbul edilməsi qurumun əsas istiqamətlərini müəyyənləşdirirdi. Belə ki, 1930-cu illlərdə Azərbaycanda 30-dan çox elmi idarə, 10 ali təhsil müəssisəsi var idi. Bu müəssisələrin respublikanın rayonlarında dayaq məntəqələri və təcrübə stansiyaları mövcud idi.

Beləliklə, SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının (1932-1935) əsas vəzifəsi bütövlükdə ümumi mütərəqqi prosesin təkmilləşməsinə, bu prosesin vacib mahiyyəti isə xalq təsərrüfatının bütün sahələrinin inkişafına, ən əsası dəyişməklə yeniləşdirmək məqsədini özündə ehtiva edən respublikanın vahid elmi-tədris sisteminin yaradılmasına yönəlmişdi. Ali elmi qurum kimi fəaliyyət göstərən Zaqafqaziya filialı respublikada mövcud elmi idarə və təşkilatların işini koordinasiya etməklə bərabər elmi-tədqiqatların hərtərəfli inkişaf, habelə əldə edilən nəticələrin mədəni quruculuq, ictimai, sənaye, xalq təsərrüfatı sahələrinə tətbiqinin təmin edilməsinin qarantı idi desək yanılmarıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:48
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Aprel 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Maşını 2 azyaşlı olan avtomobilin üzərinə sürüb qorxulu anlar yaşatdı VİDEO

07 Aprel 2025 10:01see134

Bakı bazarında qiyməti “od tutub yanan” meyvələr

07 Aprel 2025 01:42see133

CHP li bələdiyyə başqanı Öcalanı təhqir etdi:

07 Aprel 2025 19:52see133

HƏMAS İsrailə raket atdı Yaralılar var gərginlik artır

07 Aprel 2025 01:10see125

Əhalinin diqqətinə: Sabah Bakının iki qəsəbəsində işıq olmayacaq

06 Aprel 2025 19:48see125

Virus insanlara keçə bilər BÖYÜK TƏHLÜKƏ

06 Aprel 2025 17:31see124

Dedik güldük, dalaşdıq, indi iş vaxtıdı, Abasov! YAZI

07 Aprel 2025 00:54see123

Sabah Kəpəz ə qarşı

06 Aprel 2025 09:00see122

Britaniyadan olan iki deputat İsrailə buraxılmayıb və deportasiya edilib

06 Aprel 2025 08:22see122

Fidandan müxalifət liderinə CAVAB

06 Aprel 2025 21:30see121

Liqa 1 tarixinin rekordu

06 Aprel 2025 15:49see119

“Kəpəz” “Sabah”a, “Zirə” “Qarabağ”a qarşı YENİLƏNİR

06 Aprel 2025 08:23see117

Ceyhun Sultanov: Santuş ad olaraq gəlib, lakin ortada bir iş yoxdur

06 Aprel 2025 22:27see114

Gəncədə 23 yaşlı kişi bıçaqlandı, şübhəli şəxs saxlanıldı KONKRET

06 Aprel 2025 10:16see112

Mançester derbisində səssizlik VİDEO

06 Aprel 2025 22:37see112

Rusiya: Ukraynada atəşkəslə bağlı məsələləri həll etmək lazımdır

07 Aprel 2025 15:51see110

Ayaqlarınız sağlamlığınız haqqında nə deyir? Şişkinlik, uyuşma, iynəbatma hissi...

07 Aprel 2025 01:01see110

Ağdamda azad edilmiş ərazidə mina hadisəsi baş verib, rayon sakini yaralanıb

06 Aprel 2025 10:56see109

Tramp: Halın pisləşəndə gərək dərman qəbul edəsən ki, düzələsən!

07 Aprel 2025 12:40see109

Elmar Məmmədyarovdan SON DƏQİQƏ sülh sazişi AÇIQLAMASI BU TARİXDƏ...

06 Aprel 2025 15:29see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri