Icma.az
close
up
RU
Azərbaycan əməyin mühafizəsi sahəsində fəal dövlət siyasətinə malikdir

Azərbaycan əməyin mühafizəsi sahəsində fəal dövlət siyasətinə malikdir

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 28 aprel, AZƏRTAC

Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşəbbüsü ilə 2003-cü ildən aprelin 28-i Ümumdünya Əməyin Mühafizəsi Günü kimi qeyd edilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin günün qeyd olunmasında məqsəd işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasına ictimaiyyətin diqqətinin artırılmasıdır.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyasında hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ əksini tapıb. Ulu Öndərin tapşırığı əsasında ölkəmizin əmək və məşğulluq sahəsində qanunvericilik bazası yaradılıb. 1997-ci ildə Azərbaycanda vətəndaşların əmək, o cümlədən əməyin mühafizəsi hüquqlarının təmin olunmasına dövlət nəzarətini həyata keçirən dövlət qurumu yaradılıb. 1999-cu ildə isə yeni sosial-iqtisadi münasibətlər dövrünə uyğun olan, əməyin mühafizəsi normaları, qaydaları və prinsiplərini də əhatə edən Əmək Məcəlləsi təsdiq edilərək qüvvəyə minib.

Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti ölkəmizdə məşğulluq imkanlarının ildən-ilə artmasına imkan yaratmaqla, işçilərin təhlükəsiz və sağlam əmək şəraitdə çalışmasını nəzərdə tutan dövlət siyasətinin də daim güclənməsini təmin edib. Bu sahədə BƏT-lə geniş əməkdaşlıq gündəliyinə malik olan Azərbaycan ötən dövrdə bu təşkilatın 60-a yaxın Konvensiyasını, o cümlədən əməyin mühafizəsi ilə bağlı sənədlərini ratifikasiya edib. Həmin Konvensiyalardan irəli gələn prinsiplər əsasında ölkənin əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində mühüm addımlar atılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti iş yerlərində əmək qanunvericiliyinə əməl olunmasına, eyni zamanda, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına dövlət nəzarəti həyata keçirir. Qurum, eyni zamanda bu sahədə ardıcıl maarifləndirmə işləri aparır. Bu il də Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar Xidmətin təşkilatçılığı ilə bölgələrdə 400-dən çox işəgötürənin nümayəndələrinin iştirakı ilə maarifləndirmə tədbirləri keçirilib, Əmək Məcəlləsinə edilmiş son dəyişikliklər, əməyin mühafizəsi üzrə yeni qəbul edilmiş standartlar ilə bağlı ətraflı məlumatlar verilib.

Xidmətin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi tərəfindən işəgötürənlərə əməyin mühafizəsi və təhlükəsizliyi sahələrində təlim və məsləhət xidmətləri, metodiki dəstək göstərilir. 2022-ci ildə istifadəyə verilən "Əmək və Məşğulluq" altsistemi ilə bütün əmək münasibətlərinin e-platformaya keçidi təmin olunub. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sahəsində də rəqəmsal həllərin tətbiqi məqsədilə son illər mühüm addımlar atılıb.

Qeyd edək ki, rəqəmsallaşma və süni intellektin tətbiqi iş mühitinə də təsir edir və layiqli əməyin təmin edilməsində, əməyin təhlükəsizliyində bu amilin diqqətdə saxlanması xüsusi önəm kəsb edir. Ona görə də əməyin mühafizəsi sahəsində ənənəvi iş üsulları bərabər, yeni çağırışlara uyğun müasir yanaşmaların tətbiqi də vacibdir. Bütün bunlıar nəzərə alınmaqla BƏT tərəfindən bu ilki Ümumdünya Əməyin Mühafizəsi Günü də “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusuna həsr olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Aprel 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see168

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri