Icma.az
close
up
RU
Benfika Qarabağ : Azərbaycan çempionunun Portuqaliya təmsilçiləri ilə beşinci dueli

Benfika Qarabağ : Azərbaycan çempionunun Portuqaliya təmsilçiləri ilə beşinci dueli

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

UEFA Çempionlar Liqasının əsas mərhələsində "Benfika" ilə üz-üzə gələcək "Qarabağ" daha əvvəl avrokuboklarda 4 dəfə Portuqaliya təmsilçiləri ilə qarşılaşıb.

Ölkə.az-ın məlumatına görə, "köhlən atlar"ın ilk belə dueli 2018-ci ilə təsadüf edib. 

Azərbaycan çempionu həmin vaxt Avropa Liqasının qrup mərhələsinin I turunda "Sportinq"in qonağı olub. Sentyabrın 20-də gerçəkləşən görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Həmin mövsüm qrup mərhələsinin V turunda da Lissabon komandası sevinən tərəf olub. Bakı Olimpiya Stadionunda reallaşan oyunda yeddi qol vurulub - 6:1. "Qarabağ"ın heyətində 14-cü dəqiqədə Abdullah Zubir fərqlənib.

Ağdam klubu 2023/2024 mövsümündə UEFA Avropa Liqasında H qrupunu ikinci pillədə başa vurduqdan sonra pley-offda "Braqa" ilə üz-üzə gəlib. Azərbaycan çempionu səfərdə rəqibini məyus edib - 4:2. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan cavab matçının əsas vaxtı qonaqların 2:0 hesablı qalibiyyəti ilə bitiyi üçün əlavə vaxta ehtiyac duyulub. "Qarabağ"ın heyətində 102-ci dəqiqədə Mateuş Silva, 120+2-ci dəqiqədə isə Nəriman Axundzadə rəqib qapısına yol tapıblar. "Braqa"dan Simon Banza 115-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Beləliklə, "köhlən atlar" iki qarşılaşmanın nəticəsinə (6:5) əsasən 1/8 finala yüksəlib.

Qeyd edək ki, bu gün Lissabondakı "Eştadiu da Luş" stadionunda təşkil edəcək "Benfika" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://olke.az
archiveBu xəbər 16 Sentyabr 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see226

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see224

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see219

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see217

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see205

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see204

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see187

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see181

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see174

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see173

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see164

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see158

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see150

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see149

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see146

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see146

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see142

İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək

18 Dekabr 2025 11:31see136

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see133

Emil qayınatası ilə qızının fotosunu yayımladı

18 Dekabr 2025 12:12see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri