Bakının bu ərazisində söküntüyə başlanılır 17 milyon manatlıq müqavilə
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakının Yasamal rayonunda söküntü işlərinə başlanılır.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Yasamal Rayon İcra Hakimiyyəti yeni müqavilə bağlayıb.
Müqavilədə köçürülmə ilə əlaqədar daşınmaz əmlakların sökülərək ərazinin təmizlənməsi işləri nəzərdə tutulur.
Belə ki, RİH həmin işlərin icrasını "Ramco" Qapalı Səhmdar Cəmiyyətinə həvalə edib və onunla 17 milyon manat dəyərində müqavilə bağlayıb.
Bundan əlavə, rayon ərazisində yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi ilə əlaqədar daşınmaz əmlakların ekspertizası və kütləvi qiymətləndirilməsi işləri həyata keçiriləcək. RİH bununla əlaqədar isə "Ekspert Audit" şirkəti ilə 2 milyon manat dəyərində müqavilə bağlayıb.
Milli.Az
Baxış sayı:73
Bu xəbər 16 Sentyabr 2025 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















