Icma.az
close
up
RU
“Azərbaycan enerji sahəsində əsas söz sahiblərindən biridir”

“Azərbaycan enerji sahəsində əsas söz sahiblərindən biridir”

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Onu qeyd etmək lazımdır ki, Mingəçevirdə açılış mərasimi keçirilən “8 Noyabr” Elektrik Stansiyası yalnız yeni sənaye obyekti deyil, həm də müstəqil Azərbaycanın strateji baxışının, iqtisadi və siyasi gücünün rəmzidir. Prezident İlham Əliyev açılış mərasimindəki çıxışı zamanı bu layihənin ölkənin milli inkişaf konsepsiyasında tutduğu yeri, onun iqtisadi və geosiyasi əhəmiyyətini kifayət qədər aydın və konkret şəkildə bəyan etdi. Belə ki, “8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın enerji sisteminin sabitliyi, daxili tələbatın tam qarşılanması və ixrac imkanlarının genişlənməsi nöqteyi-nəzərindən çox mühüm əhəmiyyət kəsb edir. Çünki bu stansiya yalnız texniki yenilənmə deyil, eləcə də dövlətin enerji sahəsində tam suverenliyini təmin edən çox önəmli addımdır”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Aytən Qurbanova deyib.

Politoloq əlavə edib ki, Azərbaycan bu gün yalnız özünü enerji ilə təmin edən ölkə deyil, eyni zamanda, onu ixrac edən və regional bazarlara istiqamət verən güc mərkəzidir: “Heç şübhəsiz ki, “8 Noyabr” Elektrik Stansiyası bu liderliyi daha çox möhkəmləndirəcək. Stansiyanın adının “8 Noyabr” adlandırılması cənab Prezidentin vurğuladığı kimi, dərin siyasi və mənəvi məna daşıyır. 8 Noyabr – Vətən müharibəsində tarixi Qələbəməzin, Şuşamızın işğaldan azad olunmasının rəmzidir. Ona görə də, bu stansiya həm də Şuşa zəfərinin şərəfinə Azərbaycan xalqının iradəsini, əzmini və gələcəyə olan inamını əks etdirir”.

A.Qurbanova vurğulayıb ki, cənab Prezidentin “Mingəçevir təkcə Azərbaycanın yox, Cənubi Qafqazın enerji mərkəzidir” fikri Azərbaycanın regional liderliyini ifadə edən mühüm mesajdır: “Azərbaycan enerji sahəsində artıq istər texniki, istərsə də siyasi mənada əsas söz sahiblərindən biridir. Heç şübhəsiz ki, bu mövqe Azərbaycanın regional təhlükəsizlik arxitekturasında və əməkdaşlıq sistemində də əsas aktor olduğunu təsdiqləyir. Məhz bu baxımdan yanaşdıqda, “8 Noyabr” Elektrik Stansiyasının Azərbaycanın iqtisadi müstəqilliyini, enerji təhlükəsizliyini, ekoloji məsuliyyətini və regional liderlik potensialını özündə birləşdirən çoxşaxəli model olduğunu aydın şəkildə ifadə edə bilərik”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 27 İyun 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see604

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see426

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see307

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see294

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see277

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see267

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see264

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see241

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see221

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see212

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see210

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see202

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see193

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see192

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see191

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see189

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see182

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see177

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see175

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri