Icma.az
close
up
RU
Azərbaycan enerji sektorunda həyata keçirdiyi uğurlu siyasət və strateji layihələrlə dünya miqyasında özünü etibarlı tərəfdaş kimi təsdiqləyib

Azərbaycan enerji sektorunda həyata keçirdiyi uğurlu siyasət və strateji layihələrlə dünya miqyasında özünü etibarlı tərəfdaş kimi təsdiqləyib

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İyunun 24-də Mingəçevirdə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən “8 Noyabr” Elektrik Stansiyası bu siyasətin yeni mərhələyə keçidini, ölkənin enerji sahəsindəki texnoloji və təşkilati yetkinliyini, eləcə də beynəlxalq əməkdaşlığa əsaslanan inkişaf modelini parlaq şəkildə nümayiş etdirir. 1880 meqavat generasiya gücünə malik olan bu stansiya Azərbaycanın tarixində ən iri enerji layihəsi olmaqla bərabər, dünya təcrübəsində də nadir hallarda rast gəlinən bir sürətlə – cəmi iki il ərzində tam şəkildə inşa edilib. Məlumdur ki, bu səviyyədə gücə malik enerji obyektlərinin inşası adətən 3-5 il, bəzən isə daha uzun müddət tələb edir. Bu uğur Azərbaycanın daxili mühəndislik resursları, təşkilati çevikliyi və beynəlxalq tərəfdaşlarla səmərəli əməkdaşlığının nəticəsi kimi dəyərləndirilir. Yeni stansiyanın istifadəyə verilməsi Mingəçevirin Azərbaycanın energetika sektorundakı mərkəzi mövqeyini daha da möhkəmləndirib. Hazırda ölkədə istehsal olunan elektrik enerjisinin 40 faizindən çoxu məhz Mingəçevirin payına düşür. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Sovet dövründə Qafqazın aparıcı enerji mərkəzlərindən birinə çevrilən bu şəhər hazırda müasir texnologiyalara əsaslanan güclü enerji infrastrukturu ilə ölkənin iqtisadi inkişafına töhfə verməkdədir.

Layihənin həyata keçirilməsində İtaliya və Çin kimi dünyanın qabaqcıl ölkələrinin şirkətləri iştirak etmişdir. Bu əməkdaşlıq Azərbaycan ilə həmin ölkələr arasında strateji tərəfdaşlığın mühüm komponentinə çevrilib. İtaliya artıq uzun illərdir ki, Azərbaycanın əsas ticarət tərəfdaşıdır və xüsusilə neft-qaz sahəsində geniş əməkdaşlıq mövcuddur. Çin isə son illərdə ölkəmizin bərpaolunan enerji layihələrində əsas texnologiya və təchizat təminatçısı kimi çıxış edir. “8 Noyabr” Elektrik Stansiyası bu iki ölkə ilə yüksək səviyyəli siyasi və iqtisadi əlaqələrin praktiki nəticəsi kimi qiymətləndirilə bilər. Açılış mərasimində dövlətimizin başçısı qeyd edib ki, strateji tərəfdaşlıq haqqında İtaliya ilə iki, Çinlə iki bəyannamə imzalanmışdır: “İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Çin də ticarət tərəfdaşlarımız arasında qabaqcıl yerlərdədir. Biz İtaliya ilə xüsusilə energetika sahəsində, xam neft, təbii qaz sahəsində uzunmüddətli və strateji əməkdaşlığa bir neçə il bundan əvvəl başlamışıq. Çinlə isə bu yaxınlarda daha çox bərpa olunan enerji layihələrini birgə icra etməyə başlayırıq”.

“8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi enerji sisteminin səmərəliliyini artırmaqla yanaşı, şərti yanacaq sərfiyyatını da azaldacaq. Bu isə Azərbaycan üçün yalnız daxili iqtisadi qənaət deyil, eyni zamanda beynəlxalq bazarlara daha çox təbii qaz ixrac etmək imkanı deməkdir. Məlumdur ki, Azərbaycanın qaz ixracı hazırda 12 ölkəni əhatə edir və bunların 10-u Avropa İttifaqının üzv dövlətləridir. Bu fakt ölkəmizin Avropa üçün etibarlı qaz təchizatçısı kimi mövqeyini daha da gücləndirir və enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyətini artırır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün dünyada, xüsusilə Avropa məkanında və digər bölgələrdə enerji xətlərinin təhlükə altında olmasının nə qədər böyük fəsadlara gətirib çıxardığını hər kəs öz gözləri ilə görə bilər: “Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır və təsadüfi deyil ki, Avropa İttifaqı tamamilə haqlı olaraq Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırır”. Azərbaycanın enerji siyasətinin əsas prioritetlərindən biri də yaşıl enerji istehsalıdır.

“8 Noyabr” kimi müasir texnologiyalı stansiyalar bu keçidə mühüm dəstək verir, çünki onlar təbii qaz sərfiyyatını azaldaraq yaşıl enerjiyə daha çox yer ayırmağa şərait yaradır. Bu, həm daxili enerji balansının diversifikasiyasına, həm də ixrac üçün əlavə qaz ehtiyatlarının formalaşmasına imkan yaradır. Prezident İlham Əliyevin çıxışında qeyd edildiyi kimi, imzalanmış, icra edilən və icra ediləcək bərpaolunan enerji layihələri 2030-cu ilə qədər bizə 6500 meqavat yaşıl enerji verəcəkdir və əgər bu gün bizim ümumi generasiya gücümüz 9000 meqavatdırsa, bu, nə deməkdir, bunu hər kəs başa düşə bilər: “Eyni zamanda, bizə təbii qaza qənaət etmək üçün imkanlar yaradılacaq və belə olan halda təbii qazımızın ixracı daha da artacaq. Yəni, bir neçə məqsəd burada təmin edilir və əlbəttə ki, bütün bu işlərin təməlində bizim düşünülmüş siyasət dayanır”.

Beləliklə, “8 Noyabr” Stansiyası Azərbaycanın yalnız enerji sisteminə deyil, eyni zamanda milli yaddaşına və qələbə ruhuna verilmiş dəyərdir. Nəticə etibarilə, “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi müasir Azərbaycanın iqtisadi, texnoloji və strateji uğurlarını təcəssüm etdirən mühüm hadisədir. Azərbaycanın enerji siyasəti bundan sonra da regional və qlobal miqyasda ölkəyə strateji üstünlüklər qazandırmağa davam edəcək və “8 Noyabr” Stansiyası bu siyasətin güclü dayaqlarından biri olaraq tarixə yazılacaq.

Şövqi Həsənov,

YAP Şəmkir rayon Təşkilatı Aparatının əməkdaşı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 İyun 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see217

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see212

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see207

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see176

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see145

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see143

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see132

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see132

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see132

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see130

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri