Icma.az
close
up
RU
Beynəlxalq enerji dialoqu: Azərbaycan etibarlı və perpektivli tərəfdaş kimi

Beynəlxalq enerji dialoqu: Azərbaycan etibarlı və perpektivli tərəfdaş kimi

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Enerji diplomatiyasının qlobal diqqət mərkəzinə çevrilən Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları 2025-ci ilin mühüm beynəlxalq tədbirlərindən biri kimi böyük önəm kəsb edir. Azərbaycanın təşəbbüsü və Avropa Komissiyasının dəstəyi ilə baş tutan bu toplantılar enerji təhlükəsizliyi, regional əməkdaşlıq və bərpaolunan enerji keçidi baxımından strateji əhəmiyyət daşıyır.

Tədbirdə iştirak edən Prezident İlham Əliyev çıxışında bildirib ki, Cənub Qaz Dəhlizi hamımız üçün böyük uğur hekayətidir. 3500 kilometrlik bu inteqrasiya olunmuş boru kəməri sistemi – Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP vasitəsilə – 12 ölkəyə, o cümlədən 10 Avropa dövlətinə Azərbaycan qazını çatdırır. Qaz təchizatının coğrafiyası isə durmadan genişlənir, son bir il ərzində daha 5 ölkə Azərbaycan qazının alıcısına çevrilib və bu artım tendensiyası davam edir. Ölkəmiz Pan-Avropa qaz təchizatçısına çevrilib, dövlətimizin fəal enerji siyasəti nəticəsində SOCAR-ın hasilat, nəql və çatdırılma sahəsində rolu daha da güclənir.
Enerji təhlükəsizliyi artıq milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib. Bu baxımdan istehsalçı, tranzit və istehlakçı ölkələr arasında maraqların tarazlaşdırılması beynəlxalq maliyyə institutlarının dəstəyi ilə mümkün olub. Yaşıl gündəliyin sürətlənməsi ilə paralel olaraq, Azərbaycan bərpaolunan enerji sektorunda ciddi addımlar atır. İndiyədək imzalanmış müqavilələrə əsasən, 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi istehsalı nəzərdə tutulur. Bu investisiyalar daxili təbii qaz istehlakının azalmasına və qazın ixrac üçün yönləndirilməsinə imkan verəcək.
Şərqi Zəngəzur və Qarabağda artıq 270 meqavatlıq su elektrik stansiyası qurulub, yaxın illərdə bu rəqəm 500 meqavata çatdırılacaq. Beləliklə, 2030-cu ilə qədər Azərbaycanın bərpaolunan enerji istehsalı gücü 6,5 giqavata çatacaq. Avropaya uzanacaq yaşıl enerji kabeli layihəsinin texniki əsaslandırma mərhələsi yekunlaşmaqdadır. Layihə maliyyələşmə mərhələsinə keçdikdən sonra regionun enerji xəritəsində yeni səhifə açılacaq.
Toplantıda, xüsusilə vurğulanan məsələlərdən biri faydalı qazıntı layihələrinin maliyyələşdirilməsi ilə bağlı bəzi beynəlxalq maliyyə təsisatlarının siyasətinin yenidən nəzərdən keçirilməsi idi. Uzunmüddətli müqavilələrin bağlanması və investorlar üçün dayanıqlı bazar təminatı mühüm şərtlər kimi irəli sürülüb. Prezident İlham Əliyev çıxışında qeyd edib ki, biz nəhəng hasilat və nəqletmə layihələrinin icrasını mümkün etmiş korporativ maliyyələşmə, o cümlədən borca götürülmüş pul vəsaitlərinin kombinasiyasında böyük təcrübəyə malikik: “AÇG, “Şahdəniz” və “Abşeron” - bütün bunlar bu gün bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edən neft və qaz yataqlarıdır. Bir neçə ildən sonra bir çox digər neft-qaz yataqlarının da istismarına başlanılacaq. Beləliklə, müqavilələr artıq imzalanıb, işçi proqram təsdiqlənib. Boru kəmərlərinin çəkilməsi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft boru kəmərləri və həmçinin Cənub Qaz Dəhlizi – bütün bu işlər qeyd etdiyim kimi, bütün iştirakçılarla əməkdaşlıq sayəsində görülmüşdür. Beləliklə, faydalı qazıntı layihələrinin maliyyələşdirilməsinin dayandırılması siyasəti başlayanda, bu, investorlara, şirkətlərə, ölkələrə müsbət olmayan siqnal göndərir. Bir sözlə, düşünürəm ki, həmin mühüm məqam da, ola bilsin, müzakirə ediləcək”.
18 iyul 2022-ci il tarixində imzalanmış “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” əsasında Avropaya qaz ixracı 60 faiz artaraq 13 milyard kubmetrə çatıb. Yaxın gələcəkdə bu həcmin daha da artacağı proqnozlaşdırılır.
İştirakçı sayı baxımdan rekord göstərici ilə yadda qalan builki tədbirdə 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti təmsil olundu. Nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələrin iştirakı, həmçinin Məşvərət Şurası çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında yaşıl enerjinin ötürülməsi və ticarəti üzrə II Nazirlər Görüşü kimi formatlar regional enerji inteqrasiyası baxımından mühüm platforma oldu.
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 2015-ci ildən bəri davam edən fəaliyyəti və Yaşıl Enerji Məşvərət Şurasının qlobal yaşıl keçiddə rolu Azərbaycanın həm ənənəvi, həm də bərpaolunan enerji sahəsində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir.

Bədəl Bədəlov
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Aprel 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri